Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-105/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 2096/2019 №-li kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "xxxx" MMC-nin xeyrinə əsas borc üzrə 6901,48 manat, faiz borcu 3010,14 manat olmaqla, cəmi 9911,62 qəpik məbləğində borcun, habelə ödənilmiş 120 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.H.Məmmədov iddia tələbini müdafiə edərək məhkəməyə izahatında bildirdi ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 2096/2019 №-li kredit müqaviləsinə əsasən, Cavabdeh1 24 ay müddətinə, illik 29% olmaqla 10000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında 11 iyun 2019-cu il tarixli 2096/2019 №-li, eyni zamanda Cavabdeh3 ilə 18 iyul 2019-cu il tarixli 2096/2019 №-li zaminlik müqaviləsi bağlanmışdır, Cavabdeh1 bugünədək sözügedən kreditin əsas borcundan 3098,52 manat, faiz borcundan 4724,37 manat olmaqla, cəmi 7822,89 manat ödəniş etmişdir, Cavabdeh1 öhdəliyini vaxtında yerinə yetirə bilməmiş, dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə ona müraciətlər edilmiş, lakin o verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini yenidən kobud surətdə pozmuşdur, bunun nəticəsi olaraq Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə 05 aprel 2022-ci il tarixinə əsas borc üzrə 6901,48 manat, faiz borcu üzrə 3010,14 manat, cəmi 9911,62 manat məbləğində borcu mövcuddur. Sonda iddiaçının nümayəndəsi R.H.Məmmədov iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 11 iyun 2019-cu il tarixli 2096/2019 №-li kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, kreditor 24 ay müddətinə, illik 29 % olmaqla, 10000 məbləğində kredit verməyi, borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür, gecikdirməyə görə hesablanacaq faiz məbləğ 0,3, aylıq ödəniş məbləği 553,99 manat təşkil edir, . İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında 11 iyun 2019-cu il tarixli 2096/2019 №-li zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, zamin Cavabdeh2 2096/2019 №-li xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında 18 iyul 2019-cu il tarixli 2096/2019 №-li zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, zamin Cavabdeh3 2096/2019 №-li xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC borcun ödənilməsi barədə borclu Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 xəbərdar etmişdir. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli 807 №-li maliyyə arayışından görünür ki, Cavabdeh1 10,000 manat kredit verilmişdir. Ödənilmiş əsas borcu 3098,52 manat, faiz borcu isə 4724,37 manatdır. Ödənilməli olan əsas borcun məbləği 6901,48 manat, faiz borcu isə 3010,14 manat, ümumilikdə 9911,62 manatdır. İş materiallarından olan 11 iyun 2019-cu il tarixli 2096/2019 saylı müqaviləyə №1 ödəniş tapşırığından görünür ki, Azərbaycan Mikro Kredit BOKT MMC tərəfindən Cavabdeh1 10000 manat məbləğində köçürülmə olunmuşdur. İş materiallarında olan №9/3028, 12 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 2096/2019 saylı Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 iddia tələbinin tarixinə, yəni xx.xx.2022-ci il tarixinə iddiaçı "xxxx" MMC-yə olan cəmi borcu 9781,43 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə - 6990,20 manat, faiz borcu üzrə - 2791,23 manat təşkil edir. İş materiallarında olan qəbzdən görünür ki, iddia tələbinin məhkəməyə verilməsi üçün 120 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan №9/3028, 12 iyun 2023-cü il tarixli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 24 ay müddətinə, illik 29% olmaqla, 10000 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2019-cu il tarixli 2096/2019 saylı Kredit müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək cavabdehə 10000 manat məbləğində kredit vermişdir, cavabdeh Kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, hazırda onun banka əsas və faiz borcu qalmışdır, bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh Kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, Kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən 12 iyun 2023-cü il tarixli 9/3028 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehlərin kredit müqaviləsi üzrə tutulmalı faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 2791,23 manat həddində müəyyən edilməlidir. Məhkəmə, əsas borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə həmin məbləğ barədə ekspertin nəticəsi ilə razılaşmayaraq iddianı 6901,48 manat həddində müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği 6901,48 manat həddində müəyyən edilməlidir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli 2096/2019 saylı Kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 6901,48 manat, faiz borcu üzrə 2791,23 manat, ümumilikdə 9692,71 manat alınaraq "xxxx" MMCyə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 120 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019cu il tarixli 2096/2019 saylı kredit müqaviləsi üzrə əsas borc kimi 6901,48 manat, faiz borcu kimi 2791,23 manat olmaqla ümumilikdə 9692 (doqquz min altı yüz doxsan iki) manat 71 (yetmiş bir) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (yüz iyirmi) manat pul məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-105/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-105/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver