Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1073/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş üzrə məhkəmənin təşəbbüsü ilə əlavə qətnamə çıxarılmasına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı cavabdehdən 1678,00 manatın və 40 manat məbləğində cərimənin, 38,18 manat məbləğində dövlət rüsumunun, hüquqi yardım ilə əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, ümumilikdə 1856,18 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş maddi ziyana görə 1576,00 (bir min beş yüz yetmiş altı) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, əlavə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun, hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul vəsaiti və ekspertiza tədqiqatının dəyərinin cavabdedən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verilsə də, həmin məsələr nəticə hissəsində öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğu halda məhkəmə iddianın 38,18 manat məbləğində dövlət rüsumunun, hüquqi yardım ilə əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı hissəsi üzrə, eyni zamanda mülki iş üzrə üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri məbləğində 100 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməmişdir. Odur ki, iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər. Beləliklə, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38,18 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. Məhkəmə iddianın dövlət rüsumuna görə ödənilmiş 38,18 manat məbləğində və hüquqi yardım ilə əlaqədar ödənilmiş 100 manat pulun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,18 (otuz səkkiz manat, on səkkiz qəpik) manat, hüquqi xidmətə görə ödənilmiş haqqın əvəzi olaraq 100 (yüz) məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-ekspertizanın dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin Əlavə qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1073/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(011)-1073/2022
19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver