Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1074/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə ELT000055 saylı 30.07.2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 212 manat əsas borcun, 31.80 manat cərimə borcunun və 30 azn məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” ilə Cavabdeh arasında bağlanmış ELT000055 saylı 30.07.2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1012 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq, hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb, İddiaçı MMC ilə fiziki şəxs “X1” arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən “X1”-nın Cavabdeh qarşı olan 1012 manat məbləğindəki tələb hüququ İddiaçı MMC–yə keçmişdir, tələb hüququnun İddiaçı MMC–yə keçməsi barədə Nisyə-alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir, İddiaçı MMC 18.11.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir, cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq göndərilmiş, lakin o öhdəliyini icra etməkdən yayınmışdır, cavabdehin bugünə 212 manat əsas, 31.80 manat cərimə borcu yaranmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 ilə Cavabdeh arasında 30.07.2020-ci il tarixdə ELT000055 saylı Nisyə Alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, dəyəri 1012 AZN olan mal müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 30.07.2020-ci il tarixli ELT000055 saylı Nisyə Alqı-Satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh nisyə məbləği 1012 manat olan rahat künc divanını 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, aylıq ödənişi 84.33 manat olmaq şərti ilə almışdır. İş materiallarından görünür ki, X1 ilə "xxxx" MMC arasında 21.06.2019-cu il tarixli R- 72/19 saylı Faktorinq müqaviləsi və 05.08.2020-ci il tarixli Faktorinq müqaviləsinə əlavə olunan R-72/19-0046 nömrəli Saziş bağlanmışdır. Bu Müqavilə və ona əlavə olunan Sazişə əsasən tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İş materiallarından görünür ki, Cavabdeh X1 ilə bağlanan 30.07.2020-ci il tarixli ELT000055 saylı müqavilədən irəli gələn pul tələbinin hamısının "xxxx" MMC-yə güzəşt edilməsi barədə bildiriş təqdim edilmişdir. İş materiallarında olan 29.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29.11.2021-ci il tarixə 30.07.2020-ci il tarixli ELT000055 saylı müqavilə üzrə borcu əsas məbləğ üzrə borcu 212 manat, cərimə borcu 31,80 manat olmaqla, cəmi borcunun məbləği 243,80 manat təşkil edir. İş materiallarında olan 30.07.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 1012 AZN məbləğində rahat künc divanı Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC 30.11.2021-ci il tarixdə cavabdehə borcunu 03.12.2021-ci il tarixinədək ödəməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan 21.12.2021-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X1 ilə Cavabdeh ELT000055 saylı 30.07.2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermişdir, X1 ilə İddiaçı MMC arasında bağlanmış müqavilə və sazişə əsasən tələb hüququ İddiaçı MMC-yə keçmişdir, alıcı Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan əsas borcu 212 manat, cərimə borcu 31.80 manat olmaqla, ümumilikdə 243,80 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ELT000055 saylı 30.07.2020-ci il tarixli Nisyə alqısatqı müqaviləsinə əsasən, 212 manat əsas borc, 31.80 manat cərimə borcu, ümumilikdə 243,80 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ELT000055 saylı 30.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 212 manat əsas borc, 31,80 manat cərimə borcu olmaqla ümumilikdə 243 (iki yüz qırx üç) manat 80 (səksən) qəpik və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat, dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş xidmət haqqı kimi 0,40 (qırx) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1074/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1074/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver