Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1080/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi barədə” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 137 619 (yüz otuz yeddimin altı yüz on doqquz) manat məbləğində pulun, ödənilmiş 27,62 (iyirmi yeddi manat altmış iki qəpik) manat dövlət rüsumunun, 400 (dörd yüz) manat mediasiya rüsumunun, cəmi 138 046,62 (yüz otuz səkkiz min qırx altı manat altmış iki qəpik) manatın cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və onların məhkəmə iclasında iştirak etməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını nəzərdə keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onun “məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyi” barədə xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanladığı ərizəsi isə üzürlü səbəblər göstərilmədiyi və məhkəmədə iştirakının mümkünsüzlüyü barədə sübutlar əlavə olunmadığından məhkəmə tərəfindən nəzərə alınmır. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixli məhkəmə iclası barədə də lazımi qaydada məlumatlandırılmasına baxmayaraq o, həmin tarixli məhkəmə iclasında da iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin ərizəsinə münasibətdə isə qeyd edir ki, Vəkil2 hazırki məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbi kimi Zəngilan rayon Məhkəməsində saat 10:30-da məhkəmə iclası olmasını göstərmiş, bununla belə, hazırki mülki iş üzrə məhkəmə hazırlıq iclası Zəngilan rayon Məhkəməsində olan iclasdan daha əvvələ (saat 10:15) təyin edilmişdir. Belə olan halda məhkəmə, cavabdehin vəkilinin məhkəmə iclasında iştirak etməməsi barədə dəlillərini üzrlü səbəb kimi qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, məhkəməyə gəlməmə səbəblərinin üzrlü olması barədə sübutlar təqdim etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi barədə” iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1080/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1080/2023
19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver