Məhkəmə qərarları › İş №e-2(011)-1097/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1097/2021

12.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1097/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə İddiaçı “xxxx” X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” X3 Cavabdeh qarşı “xxxx” X2 vurulmuş 6712 (altı min yeddi yüz on iki) manat məbləğində maddi ziyanın 1712 (bir min yeddi yüz on iki) manat hissəsini, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı daxil olmaqla, cəmi 1742.40 (bir min yeddi yüz qırx iki manat qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində “Kia Cerato minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “xxxx” X2 məxsus olan 1 ədəd cuqun altlıqlı “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəmizə 6712 (altı min yeddi yüz on iki) manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru İsmayıl Məmmədov xx xxxxx 2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Kia Cerato minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası “xxxx” ASC-də sığortalanmışdır. Bu səbəbdən “xxxx” ASC tərəfindən “xxxx” X1 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2019cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 6712 (altı min yeddi yüz on iki) manat məbləğində maddi ziyanın 1712 (bir min yeddi yüz on iki) manat hissəsi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq “xxxx” X4 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Nəqliyyat vasitəsinin AC seriyalı 53967 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “Kia Cerato minik” markalı **-OS-*** nömrə nişanlı avtomobil Cavabdeh məxsusdur. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən müəyyən olunmuşdur ki, xx xxxxxx 2019-cu ul tarixdə saat 00:30-da vət. Cavabdeh Bakı şəhəri Xətai rayonu Nobel prospektində Zığ yolu istiqamətində özünə məxsus **-OS-*** dövlət qeydiyyat nişanlı "Kia Cerato” markalı avtomobili idarə edərkən yaşayış məntəqəsi daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, avtomobili 100 km/saat sürətlə hərəkət etdirməklə idarə etməni itirərək yoldan çıxaraq avtomobili yol kənarındakı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 məxsus çuqun altlıqlı "Polermo” tipli işıq dirəyinə vuraraq, işıq dirəyinin aşaraq istismara yararsız hala düşməsinə səbəb olmaqla Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 6712,00 manat ziyan vurulmuş və ehtiyatsızlıqdan özü özünə az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “xxxx” X1 Baş mühəndisi tərəfindən təsdiq edilmiş Akta əsasən, xx.xx.2019-cu il tarixdə “Kia Cerato” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Müəssisəyə məxsus 1 ədəd çuqun altlıqlı "Polermo” tipli işıq dirəyi yararsız hala düşmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “xxxx” X1 direktoru tərəfindən təsdiq edilmiş “Kia” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin smetasına əsasən çuqun altlıqlı "Polermo” tipli işıq dirək 6712 manat dəyərindədir. İş materiallarında olan ödəniş qəbzinə əsasən mülki məsuliyyətinin icbari sığortası “xxxx” ASC-də sığortalanmış “Kia Cerato minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “xxxx” X2 vurduğu zərərə görə “xxxx” ASC tərəfindən “xxxx” X1 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu ul tarixdə saat 00:30-da vət. Cavabdeh Bakı şəhəri Xətai rayonu Nobel prospektində Zığ yolu istiqamətində özünə məxsus **-OS-*** dövlət qeydiyyat nişanlı "Kia Cerato” markalı avtomobili idarə edərkən yaşayış məntəqəsi daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, avtomobili 100 km/saat sürətlə hərəkət etdirməklə idarə etməni itirərək yoldan çıxaraq avtomobili yol kənarındakı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 məxsus çuqun altlıqlı "Polermo” tipli işıq dirəyinə vuraraq, işıq dirəyinin aşaraq istismara yararsız hala düşməsinə səbəb olmaqla Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 6712,00 manat ziyan vurulmuşdur. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı, Cavabdeh məxsus olan “Kia Cerato minik” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 6712 manat məbləğində vurulmuş zərərə görə, 5000 manat məbləğində sığorta şirkətinin ödədiyi sığorta ödənişi nəzərə alınmaqla, 1712 manat maddi ziyan məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia qeyd edilən hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 1712 (bir min yeddi yüz on iki) manat və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “xxxx” X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar