Məhkəmə qərarları › İş №e-2(011)-1100/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1100/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1100/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 17000 (on yeddi min) manat pulun və ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin fevral ayında məhəllədə olarkən bir məhəllədə yaşadığı və tanıdığı Cavabdeh BMV markalı abtomobil idarə etdiyini görüb ondan bu maşını necə əldə etməsini soruşmuşdur. Elnur Covid-19 infeksiyası zamanı istifadə olunan Kleksan dərmanını Almaniya və Polşadan ucuz qiymətə Azərbaycana gətirib satışını həyata keçirdiyini və 2-3 qat gəlir əldə etdiyini bildirdi. Elnur pul verməklə bu işdən qazanmağı ona təklif etmişdir. İddiaçı əvvəl Elnurun bu təklifinə razılıq verməmiş,lakin onu həvəsləndirdiyi üçün və israrından sonra 2021-ci il fevral ayının ortalarında əvvəllər yaşadığı ünvan 1 ünvanında ona ilk dəfə 800 manat pul vermişdir. Bundan 10-15 gün sonra Elnur verdiyi pulun ikiqatını ona qaytarmış və bildirmiş ki, nə qədər çox pul versə iki qatını qaytaracaqdı. Bu sözündən sonra və verdiyi pulu vaxtında qaytardığına görə inanıb ona yenə pul verməyə razılaşmışdır. 2021-ci ilin mart ayının ortalarından 2021-ci il aprel ayının sonlarına kimi bir neçə dəfə, hər dəfə 2000 manat, 2500 manat, 3000 manat olmaqla Elnura ümumilikdə 19700 manat pul vermişdir. Elnur hər dəfə pulu alanda onun 2-3 qatını qaytaracağına vəd verirdi. Lakin, Elnur sonra gətirdiyi dərmanın gah labarotoriyadan keçmədiyini, gah lisenziya ala bilmədiyini, gah da aptekdə satılmadığını bəhanə gətirərək aldığı pulu və vəd verdiyi qazancı verməyi yubadırdı. İddiaçı da onun sözlərinə inanıb pulunu qaytaracağını gözləmidir. 2021-ci ilin aprel ayında Elnur iddiaçı ilə görüşüb yol-nəqliyyat hadisəsi törətdiyini bildirib zərərçəkmiş şəxsə vermək üçün ondan 3000 manat pul istəmişdir. İddiaçı ona aldığı 19700 manatı hələ də qaytarmadığını xatırlatmış və bununla bağlı anası Elnarə müəlliməyə zəng etmişdir. Anası bildirmişdir ki, ”Elnuru mənim yanıma o göndərmişdir, zərərçəkmiş şəxsə vermək üçün təcili 3000 manat pul lazımdır. Həmin pulu borc ver mən söz verirəm ki, iki günə bütün borcla birlikdə sənə 25000 pul qaytaracam” İddiaçı Elnarə müəllimənin xahişindən sonra Elnura əlavə 3000 manat pul vermişdir. Elnur vədinə əməl etməmiş və iddiaçıdan aldığı 22700 manat pulu qaytarmamışdır. Bundan sonra Elnur barəsində polis orqanlarına müraciət etməli olmuşdur. Elnur polis idarəsində istintaqda verdiyi izahatında iddiaçıdan yalnız 17000 manat pul aldığını etiraf etmiş və tezliklə həmin borcu qaytaracağına söz vermişdir. Lakin, müəyyən müddət keçməsinə baxmayaraq Elnur həmin pulu qaytarmadı. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirmişdir ki, cavabdeh ona verdiyi puldan 3400 manat geri qaytarmışdır. Cavabdeh məhkəməyə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı ona 500 manat, 800 manat, 1000 manat və 2500 manat olaraq pul vermişdir. Sonradan iddiaçı həmin məbləğin faizini tələb edərək, artıq məbləğlər istəyirdi. Sonradan iddiaçı polisə müraciət edərək, ona 22700 manat borcu olduğunu bildirmişdir. Cavabdeh də polis idarəsində qorxaraq 17000 manat borcu olduğunu ütiraf etmişdir. Ancaq cavabdeh iddiaçıya polis idarəsindəki 7300 manat pul ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı cavabdeh ilə şifahi razılaşmaya əsasən Cavabdeh 17000 manat məbləğində pul vermişdir. Cavabdeh müəyyən müddətlərdə iddiaçıya qaytarmalı olduğu puldan 3400 manat məbləği ona geri qaytarmışdır. Bu hal cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlər və məhkəmə iclaslarında tərəflərin izahatları ilə təsdiq edilmişdir. Məhkəmə Cavabdeh iddiaçıya olan borcundan 7300 manat məbləğində pulu geri qaytardığına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh bu halı təsdiq edəcək kifayət qədər sübut məhkəməyə təqdim etməmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilən 13600 məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 141 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq, 130.80 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13600 (on üç min altı yüz ) manat məbləğində pul vəsaiti və 130.80 (yüz otuz manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar