Məhkəmə qərarları › İş №e-2(011)-1123/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1123/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1123/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Toshiba paltaryuyan üçün 1394 manat ödənilməmiş hissə, 139 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG soyuducu üçün 1166 manat ödənilməmiş hissə, 116 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********50802 X1 9 markalı telefon üçün 348 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01236 Huawei P Smart markalı telefon üçün 238 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Remington fen üçün 81 manat ödənilməmiş hissə, 8 manat cərimə, ümumilikdə 3547 manat borc və 55,47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, Toshiba Paltaryuyan, Lg soyuducu, İmei Kodu **********50802 X2 9 Markalı Telefon, Gorenje ütü, İmei kodu **********01236 Huaweı P Smart markalı telefon, Remington fen almış və nəticədə 3547 (üç min beş yüz qırx yeddi) manat borc yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1593.12 (min beş yüz doxsan üç manat, on iki qəp) manat (24 ay x 66.38 manat + 0 manat ilkin ödəniş) olan Toshiba paltaryuyan üçün 1533 (min beş yüz otuz üç) manat olmaqla ondan, 1394 (min üç yüz doxsan dörd) manat ödənilməmiş hissə, 139 (yüz otuz doqquz) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1749.6 (min yeddi yüz qırx doqquz manat, altmış qəp) manat (18 ay x 97.2 manat + 0 manat ilkin ödəniş) olan Lg soyuducu üçün 1282 (min iki yüz səksən iki) manat olmaqla ondan, 1166 (min yüz altmış altı) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696 (altı yüz doxsan altı) manat (12 ay x 0.58 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********50802 X2 9 markalı telefon, gorenje ütü üçün 382 (üç yüz səksən iki) manat olmaqla ondan 348 (üç yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 734.8 (yeddi yüz otuz dörd manat, səksən qəp) manat (12 ay x 34.4 manat + 322 manat ilkin ödəniş) olan İmei kodu **********01236 Huaweı P Smart markalı telefon üçün 261 (iki yüz altmış bir) manat olmaqla ondan 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 108.96 (yüz səkkiz manat, doxsan altı qəp) manat (12 ay x 9.08 manat + 0 manat ilkin ödəniş) olan Remington fen üçün 8 9 (səksən doqquz) manat olmaqla ondan 81 (səksən bir) manat ödənilməmiş hissə, 8 (səkkiz) cərimə pulu miqdarında borc yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 1655.48 manat təşkil edir, cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır, cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Remington feni müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Remington fen Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Toshiba paltaryuyanı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Toshiba paltaryuyan Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 24067965 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İmei kodu **********01236 Huawei P Smart markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********01236 Huawei P Smart markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 24013530 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İmei kodu **********50802 X1 9 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********50802 X1 9 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 24013344 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", LG soyuducunu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, LG soyuducu Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əlavələrdən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh borcu xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Toshiba paltaryuyan üçün 1394 manat ödənilməmiş hissə, 139 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG soyuducu üçün 1166 manat ödənilməmiş hissə, 116 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********50802 X1 9 markalı telefon üçün 348 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01236 Huawei P Smart markalı telefon üçün 238 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Remington fen üçün 81 manat ödənilməmiş hissə, 8 manat cərimə, ümumilikdə 3547 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 55,47 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC cavabdehə borcunu ödəməsinə dair xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmiş, borcunu qısa müddət ərzində ödəməsi, əks halda aidiyyəti dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında Toshiba paltaryuyan, LG soyuducu, İmei kodu **********50802 X1 9 markalı telefon, İmei kodu **********01236 Huawei P Smart markalı telefon və Remington fenə dair xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə alqı-satqı müqavilələri bağlanmış, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə - müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1394 manat ödənilməmiş hissə, 139 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1166 manat ödənilməmiş hissə, 116 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 348 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 238 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 81 manat ödənilməmiş hissə, 8 manat cərimə, ümumilikdə 3547 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1394 manat ödənilməmiş hissə, 139 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1166 manat ödənilməmiş hissə, 116 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 348 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 238 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 81 manat ödənilməmiş hissə, 8 manat cərimə, ümumilikdə 3547 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 55,47 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1394 manat ödənilməmiş hissə, 139 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1166 manat ödənilməmiş hissə, 116 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 348 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 238 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 81 manat ödənilməmiş hissə, 8 manat cərimə, ümumilikdə 3547 (üç min beş yüz qırx yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat 47 (qırx yeddi) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar