Məhkəmə qərarları › İş №e-2(011)-1152/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1152/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1152/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq: müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və X2 qarşı cavabdehlərdən müştərək qaydada müqavilə üzrə 1599 manat qalıq borcu və 482,58 manat cərimə borcu olmaqla, cəmi 2081,58 manat məbləğində borcun, həmçinin ərizə verilməsi üçün tərəfindən ödənilmiş 40,81 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslnadırılmışıdır ki, iddiaçı ilə borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, XQDK01864 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 2599 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu 12 ay müddətinə nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Həmin tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında müqavilələr üzrə qalıq borcu 1599 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi borclu öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 4825.78 manat təşkil edir. Hazırda borclulara qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 482.58 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda və iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarda göstərmişdir ki, xx.xx.2018-ci il tarixli XODK01864 nömrəli müqavilə əsasında cavabdehə dəyəri 2599 manat olan “Samsunq” markalı televizor satılmışdır. Televizoru qəbul etdiyi vaxt, xx.xx.2018-ci il tarixli 168208 nömrəli zəmanət talonu tərtib edilmişdir. O, 6 ay müddətində televizorun dəyərinin əksər hissəsini ödəmişdir, lakin tərəfindən heç bir müdaxilə olmadan, televizorda nasazlıq yarandı. İddiaçı MMC-nin servis mərkəzinə müraciət etdi. Televizor bir müddət serviz mərkəzində qaldı. Onlara müraciət etdiyi vaxt, televizorda əsalı nasazlığın olduğunu, həmin məbləği serviz mərkəzinin qarşılaya bilməyəcəyini deyərək, məbləğin yarısının cavabdehin ödəməsini tələb etdilər. O, etiraz bildirdi. Belə ki, verilmiş zəmanətə görə məhsulda 12 ay müddətində nasazlıq yarandığı təqdirdə zəmanətli olduğu, yaranmış nasazlıqların 30 gün müddətində serviz mərkəzi tərəfindən təmir ediləcəyi göstərilmişdir. Serviz Mərkəzində cavabdehə ehtiyat hissələrinin hal-hazırda olmadığını, sifariş verdiklərini bildirərək, televizorun serviz mərkəzində saxlamamağı evə aparmağı xahiş etdilər. Onlar cavabdehə bildirdilər ki, ehtiyat hissəsi gələn kimi ona məlumat verəcəklər. Qeyd olunmuş “Samsunq” markalı televizor bu günə qədər qablaşdırılmış vəziyyətdə evdədir. O, kredit borcunun əksər hissəsini ödəmişdir, bu səbəblə də, ondan tələb edilən məbləğlə razılaşmır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, XQDK01864 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC məişət məhsulunu Cavabdeh2 satmış və cavabdeh həmin əşyaya görə 16 ay müddətində ödəniş cədvəli üzrə hər ay 160 manat, sonuncu ay isə 159 manat olmaqla, cəmi 2599 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, məhsul tam qüsursuz olaraq Cavabdeh2 təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcu ödəmələrinə dair xx.xx.2021ci il tarixli xəbərdarlıq məktubu göndərərək borcu ödəmələri tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə 1599 manat ödənilməmiş borc, 4825,78 manat cərimə borcu, 482,58 manat hesablanmış cərimə məbləğinin 10%-i, cəmi 2081,58 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmılş xx.xx.2018-ci il tarixli XQDK01864-Z saylı “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, zamin Cavabdeh2 satıcı – İddiaçı MMC ilə alıcı – Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli XQDK01864 nömrəli nisyə satış müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, alıcı ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli sənəddən görünür ki, Cavabdeh2 İddiaçı tərəfindən satılmış malı qüsursuz təhvil almış, bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh2 yuxarı qeyd edilmiş müqavilə üzrə 520 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Zəmanət Talonu”nda aşağıdakılar göstərilmişdir: - X1 “Samsung” markalı televizor alındığı gündən 12 ay müddətində zəmanətlidir; - zəmanət müddəti ərzində məhsullarda yaranmış nasazıqlar Serviz Mərkəzi tərəfindən aradan qaldırılır; - serviz mərkəzi müştəridən qəbul etdiyi gündən 30 gün müddətində malı təmir etməyi ö öhdəsinə götürür; - hissələrin təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi qərarı servis mərkəzi tərəfindən qəbul edilir; - alıcı tərəfindən istifadə, daşınma, saxlanılma, qaydalarının pozulması, məsafədən idarəetmə pultları, akkumrlyator batareyaları, şüşə və plastikdən hazırlanan hissələr, torbalar, şlanqlar və şlanq başlıqları, cihaza müdaxilə olduqda, cihazın içərisinə məişət həşaratları, gəmiricilərin və kənar əşyaların düşməsi, qarşı alınmaz qüvvələrin təsiri, cihazdan qeyri-məişət şəraitində istifadə edildiyində, elektrik şəbəkələrin qeyri-stabilliyi, təbii qazın və suyun təzyiqi normadan artıq olması halında baş verən nasazlıqlara görə cihaza zəmanət verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(lar)ın dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığndan, cərimənin məbləği azaldıraraq 100 manat məbləğində müəyyən edilməldir. Odur ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməldiir. Məhkəmə iddianın 40,81 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2018-ci il tarixli, XQDK01864 saylı nisyə alqısatqı müqaviləsinə əsasən İddiaçı MMC-dən alınmış televizorun qüsurlu olduğunu, iddiaçı tərəfin isə təqdim edilmiş zəmanət şərtlərinə uyğun olaraq malda olan nasazlıqları aradan qaldırmadığını iddia etsə də, bu hal məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Digər tərəfdən iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə borcun çox hissəsini ödədiyini, iddiaçı tərəfindən tələb edilən məbləğlə razılaşmadığını bildirsə də, bu halları təsdiq edəcək sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncular mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqavilələrinin şərtlərinə əsasən zamin və borclu iddiaçı qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli XODK01864 nömrəli müqavilə üzrə əsas borca görə 1599 (bir min beş yüz doxsan doqquz manat) manat, cərimə borcuna görə 100 (yüz manat) manat, cəmi 1699 (bir min altı yüz doxsan doqquz manat) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,81 (qırx manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar