Məhkəmə qərarları › İş №e-2(011)-1173/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1173/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1173/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı ASC-nin Cavabdeh qızına qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTZK6759639B299 saylı kredit müqaviləsinə əsasən 555,40 manat əsas, 183,88 manat faiz, cəmi 739,28 manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli, BRCB6613873B299 saylı kredit kartına dair müqaviləyə əsasən 1.500 manat əsas, 387,12 manat faiz, cəmi 1.887,12 manat borcun və ödənilmiş 46,26 manat dövlət rüsumunun tutulmas barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK6759639B299 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 600 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB6613873B299 saylı kredit xətti müqaviləsinə əsasən ona 1.500 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2024-cü il tarixli, GTZK6759639B299 saylı kredit müqaviləsinə əsasən 555,40 manat əsas, 183,88 manat faiz, cəmi 739,28 manat borcu, xx.xx.2024-cü il tarixli, BRCB6613873B299 saylı kredit kartına dair müqaviləyə əsasən 1.500 manat əsas, 387.12 manat faiz, cəmi 1.887,12 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə BRCB6613873B299 saylı “Birbank cashback kredit xətti müqaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən Bank Müştəriyə “Birbank Cashback” ödəniş kartı (bundan sonra – “Birbank Cashback” və ya “Kart) verir, həmin karta bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra – kredit xətti) ayırır, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 1.500 manat müəyyən olunur. Müqavilənin 4.3-cü maddəsinə əsasən kredit xəttindən son istifadə tarixi kimi xx.xx.2027-cı il tarixi müəyyən edilmişdir. Müqavilənin 4.6-ci maddəsinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə gündəlik olaraq əsas borcun qalıq məbləğinə hesablanır. Müqavilənin 7.2.9-cu maddəsinə görə müştəri qeyd olunan müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu müştərinin bankda olan hesab(lar)ından silinir). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “kredit sifarişi və akseptsiz silinməyə dair razılıq” ərizəsindən görünür ki, Cavabdeh tərəfindən 1.500 manat məbləğində kredit xəttinin ayrılması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 555,40 manat əsas, 183,88 manat faiz, cəmi 739,28 manat və xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 1.500 manat əsas, 387,12 manat faiz, cəmi 1.887,12 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə GTZK6759639B299 saylı kredit müqaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən müqaviləyə görə bank müştəriyə istehlak məqsədilə kredit verir, kreditin istifadəsilə bağlı müvafiq hesab açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.), müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Müqavilənin 1.1.3-ci maddəsinə əsasən kredit məbləği 600 manat müəyyən olunur. Müqavilənin 1.1.2-cü maddəsinə əsasən kreditin müddəti 12 ay müəyyən edilmişdir. Müqavilənin 1.1.4-ci maddəsinə görə illik faiz dərəcəsi 33%-dır (faktiki illik faiz dərəcəsi- 40,63%). Müqavilənin 2.3.-ci maddəsinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə gündəlik olaraq əsas borcun qalıq məbləğinə hesablanır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildiriş məktubun surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli kredit xətti müqavilələr üzrə borc bildirişi ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli GTZK6759639B299 saylı kredit müqaviləsinə Əlavədə göstərilmiş ödəniş qrafiki Cavabdeh tərəfindən imzalanmışdır. Həmin ödəniş cədvəlinə əsasən xx.xx.2024-xx.xx.2025-ci il tarixlərində cəmi 713,03 manat məbləğində kredit ödənişinin (600 manat əsas məbləğ, 113,03 manat faiz ödənişi olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh qızına verilmiş kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla da məhkəmə iddianın 46,26 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. xx.xx.2024-cü il tarixli, GTZK6759639B299 saylı kredit müqaviləsinə əsasən 555,40 (beş yüz əlli beş manat qırx qəpik) manat əsas, 183,88 (bir yüz səksən üç manat səksən səkkiz qəpik) manat faiz olmaqla, 739,28 (yeddi yüz otuz doqquz manat iyirmi səkkiz) manat borc məbləği; xx.xx.2024-cü il tarixli, BRCB6613873B299 saylı kredit kartına dair müqaviləyə əsasən 1.500 (bir min beş yüz) manat əsas, 387,12 (üç yüz səksən yeddi manat on iki qəpik) manat faiz olmaqla, cəmi 1.887,12 (bir min səkkiz yüz səksən yeddi manat on iki qəpik) manat borc məbləği və 46,26 (qırx altı manat iyirmi altı qəpik) manat dövlət rüsumu, cəmi iki müqavilə üzrə 2.626,4 (iki min altı yüz iyirmi altı manat qırx qəpik) borc məbləği və 46,26 (qırx altı manat iyirmi altı qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar