Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1175/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********02782 olan “Samsung Galaxy A54 5G” markalı telefon üçün 168,63 manat ödənilməmiş hissə, 16,37 manat cərimə, ümumilikdə 185 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********02782 olan “Samsung Galaxy A54 5G” markalı telefon almışdır və nəticədə 185 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuşdur və nəticədə alqı-satqı qiyməti 1.070,04 manat (12 ay x 89,17 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********02782 olan “Samsung Galaxy A54 5G” markalı telefon üçün ümumilikdə 185 manat olmaqla, ondan 168,63 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16,37 cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 901,41 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəliklərin lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 9567/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək məhkəməyə bildirmişdir ki, İddiaçı MMC tərəfindən müqavilə üzrə ümumilikdə 185 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunur. İlk olaraq onu bildirir ki, həmin iş üzrə “ABC-Telecom MMC” ilə müəyyən vaxtlarda əlaqə saxlasa da razılıq əldə edilməsi və sair formada barışıq baş tutmamışdır. Buna dair hətta yazılı müraciət də etmişdir. Həmin ərizə elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim edilir. Hesab edir ki, hazırki işə iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, bildirdiyi kimi, güzəşt olunması ilə bağlı iddiaçıya şifahi müraciəti əsasında “səlahiyyətimizdə deyil” cavabı verildikdən sonra iddia ərizəsində güzəşt edilərək güya dəbbə borcunun azaldılması ilə bağlı ifadə öz əksini tapmışdır. Amma güzəştin niyə edildiyi, hansı məqsədə nail olmaq üçün edildiyi barədə məlumat öz əksini tapmamışdır. Etdiyi rəsmi müraciətinə də cavab verilməmişdir. Məlumatların gizlədilməsi müraciətlərə baxılması haqqında qanunun tələblərinin pozulmasıdır. Onu məhkəmənin diqqətinə çatdırmaq istəyər ki, “güzəşt edilməklə” ifadəsi məhkəməni və cavabdehi aldatmağa yönəlmişdir. Çünki “ABC Telecom” məhkəmənin dəbbə (penya, cərimə) borcunun müəyyən edilməsi səlahiyyətinin olduğunu bilərək və bundan istifadə edərək iddia ərizələrində öz sistemlərindəki miqdardan az miqdarda məhkəməyə bildirir. Yekun məhkəmə aktı qəbul edildikdən sonra isə borclu icra sənədində göstərilən borc üzrə öhdəliyinin tam icra olunduğunu zənn etsə də əlavə məhsul alışı zamanı “ABC Telekom” məhkəmədən gizlətdiyi və təqdim etmədiyi (məhkəməyə bildirsə azaldılma ehtimalı olacaqdır ondan çox yaxşı məlumatlıdırlar) məbləği qanunsuz formada tələb edir. Həmçinin həmin mobil cihazın aktivləşdirilməsi üçün borclulardan məhkəmə qərarında olmayan əlavə pul tələb edilməsi halları mövcuddur. Bu kimi hallar praktikada mövcuddur və buna görə də “ABC Telecom” bütün məsuliyyətdən yayınır. Ona görə də o mübahisələndirilən müqavilə üzrə tam borcu barədə məlumatsızdır və yuxarıda qeyd etdiyi kimi məhkəmə qərarı qəbul edildikdən sonra ondan qanunsuz olaraq əlavə vəsaitin istənilməsi qəbuledilməzdir. İş tam, hərtərəfli, obyektiv araşdırılılmalı, qəbul ediləcək qərar qanuna əsaslanmalıdır. Bütün bunlara əsaslanaraq bildirir ki, qarşı tərəfin qeyd olunan mübahisəli məqamlar üzrə izahatı dinlənilməli və tərəfindən iş üzrə zəruri məlumatlar məhkəməyə təqdim edilməli və çəkişmə prinsipinə əməl edilməsi ədalətli məhkəmə icraatı aparılması zəruridir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdehnın (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 18631504 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. İMEİ kodu **********02782 olan “Samsung Galaxy A54 5G” markalı telefon həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********02782 olan “Samsung Galaxy A54 5G” markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli 18631504 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərində hər ay 89,17 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. Həmin Əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 168,63 manat ödənilməmiş hissə, 16,37 manat cərimə borcu vardır. Həmin arayışın qeyd hissəsində göstərilmişdir ki, cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 1% həcmində cərimə 53,4 manat (0,89 manat x 60 gün) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olaraq 16,37 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, cavabdeh aldığı “Samsung Galaxy A54 5G” markalı telefon üçün ödəmədiyi borcun qalığı olan 168,63 manat məbləği cavabdehdən tutulmalıdır. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 16,37 manat məbləğində cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 18631504 saylı müqavilə üzrə İMEİ kodu **********02782 olan “Samsung Galaxy A54 5G” markalı telefon üçün 168,63 (bir yüz altmış səkkiz manat altmış üç qəpik) manat əsas borc, 16,37 (on altı manat otuz yeddi qəpik) manat cərimə olmaqla, cəmi 185 (bir yüz səksən beş) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-1175/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1175/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver