Məhkəmə qərarları › İş №e-2(011)-1193/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1193/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1193/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli müqavilə üzrə Apple 20W USB-C Adapter, İmei kodu **********85045 İphone 15 Pro Max markalı telefon üçün 2911,2 manat ödənilməmiş hissə, 291,8 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə LG Led TV üçün 954,16 manat ödənilməmiş hissə, 95,84 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Monika-Yumsaq-Kunc sag uzun markalı mebel əşyası, Boy aynası üçün 165,09 (yüz altmış beş manat doqqz qəp) manat ödənilməmiş hissə, 16,91 manat cərimə, ümumilikdə 4435 manat borc, 64,35 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi tələbinə dair kiçik iddiaya ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Apple 20W USB-C Adapter, İmei kodu **********85045 İphone 15 Pro Max markalı telefon, LG Led TV, Monika-Yumsaq-Kunc sag uzun markalı mebel əşyası, Boy aynası almış və nəticədə 4435 (dörd min dörd yüz otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5185.18 manat (18 ay x 249.01 manat + 703 manat ilkin ödəniş) Apple 20W USB-C Adapter, İmei kodu **********85045 İphone 15 Pro Max markalı telefon üçün ümumilikdə, 3203 manat olmaqla ondan, 2911.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 291.8 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2308.32 manat (24 ay x 96.18 manat + 0 manat ilkin ödəniş) LG Led TV üçün ümumilikdə, 1050 manat olmaqla ondan, 954.16 manat ödənilməmiş hissə, güzəşt olunaraq 95.84 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1530 manat (24 ay x 63.75 + 0 manat ilkin ödəniş) Monika-Yumsaq-Kunc sag uzun markalı mebel əşyası, Boy aynası üçün ümumilikdə, 182 manat olmaqla ondan, 165.09 manat ödənilməmiş hissə, güzəşt olunaraq 16.91 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, Qızıl zəmanət Ultra2 İL (kontakt) Xidmətindən xx.xx.2024- ci il tarixində imtina etmiş və məhsul 800 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1473.98 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 800 manat, ümumilikdə 2273.98 manat təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 2719.07 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavillərə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdiklərini və təmin olunması xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh "Apple 20W USB-C" markalı adapter, İmei kodu **********85045 olan "İphone 15 Pro Max" markalı telefon almış, bunun müqabilində 18 ay müddətində hər ay 249,01 manat olmaqla, və 703 manat ilkin ödəniş etməklə, ümumilikdə 5185,19 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "LG Led" televizor əldə etmiş, bunun müqabilində 24 ay müddətində hər ay 96,18 manat ödəniş etməklə ümumilikdə 2308,40 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh "Monika" markalı yumuşaq künc mebel əşyası, boy aynası almış və bunun müqabilində 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 63,75 manat olmaqla, cəmi 1530 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı cavabdehə borcunu ödəməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "ABC Telecom” MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş 2911,2 manat, cərimə borcu üzrə 291,8 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 954,16 manat, cərimə borcu üzrə 95,84 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 165,09 manat, cərimə borcu üzrə 16,91 manat borcu vardır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 64,35 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir və iddia qeyd edilən edilən hissədə təmin edilməlidir. Məhkəmə iddianın 64,35 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, istinad edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 2911,2 (iki min doqquz yüz on bir manat iyirmi qəpik) manat, cərimə borcuna görə 291,8 (iki yüz doxsan bir manat səksən qəpik) manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 954,16 (doqquz yüz əlli dörd manat on altı qəpik) manat, cərimə borcuna görə 95,84 (doxsan beş manat səksən dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 165,09 (yüz altmış beş manat doqquz qəpik) manat, cərimə borcuna görə 16,91 (on altı manat doxsan bir qəpik) manat cərimə, ümumilikdə 4435 (dörd min dörd yüz otuz beş) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,35 (altmış dörd manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar