Məhkəmə qərarları › İş №e-2(011)-1230/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1230/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1230/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə TLR000047 saylı 02.08.2021-ci il tarixli Nisyə alqısatqı müqaviləsi üzrə 300 manat əsas borcun, 31 manat cərimə borcunun və 30 azn məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” ilə Cavabdeh arasında bağlanmış TLR000047 saylı 02.08.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 300 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq, hər ay ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürüb, İddiaçı MMC ilə fiziki şəxs “X1” arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən “X1”-in Cavabdeh qarşı olan 300 manat məbləğindəki tələb hüququ İddiaçı MMC–yə keçmişdir, tələb hüququnun İddiaçı MMC–yə keçməsi barədə Nisyə-alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir, İddiaçı MMC 18.11.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir, cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq göndərilmiş, lakin o öhdəliyini icra etməkdən yayınmışdır, cavabdehin bugünə 300 manat əsas, 31 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh 11.03.2022-ci il tarixində məhkəməyə təqdim etdiyi ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçının ona qarşı iddia tələbi üzrə irəli sürdüyü 331 manat borc ilə razılaşır və borcunun olduğunu etiraf edir. Sonda Q.R.Davidoviç qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İddiaçının nümayəndəsi S.İ.Quliyev 14.03.2022-ci il tarixində məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçını nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 ilə Cavabdeh arasında 02.08.2021-ci il tarixdə TLR000047 saylı Nisyə Alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, dəyəri 300 AZN olan mal müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 02.08.2021-ci il tarixdə TLR000047 saylı Nisyə Alqı-Satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh nisyə məbləği 75 manat olan 4 ədəd (cəmi 300 manat) 185/65/14 tristar malını 0 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə, aylıq ödənişi 50 manat olmaq şərti ilə almışdır. İş materiallarında olan 02.08.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cəmi 300 AZN məbləğində 4 ədəd 185/65/14 tristar Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, X1 ilə "xxxx" MMC arasında 14.09.2021-ci il tarixli R- 805/21 saylı Faktorinq müqaviləsinə əlavə olunan R-805/21-0010 nömrəli Saziş bağlanmışdır. Bu Müqavilə və ona əlavə olunan Sazişə əsasən tələb hüququ "xxxx" MMCyə keçmişdir. İş materiallarından görünür ki, Cavabdeh X1 ilə bağlanan 02.08.2021-ci il tarixli TLR000047 saylı müqavilədən irəli gələn pul tələbinin hamısının "xxxx" MMC-yə güzəşt edilməsi barədə bildiriş təqdim edilmişdir. İş materiallarında olan 21.12.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh TLR000047 saylı müqavilə üzrə borcu əsas məbləğ üzrə borcu 300 manat, cərimə borcu 31 manat olmaqla, cəmi borcunun məbləği 331 manat təşkil edir. İş materiallarında olan 21.12.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 21.12.2021-ci il tarixə 02.08.2021-ci tarixli TLR000047 saylı müqavilə üzrə borcu əsas məbləğ üzrə borcu 300 manat, cərimə borcu 31 manat olmaqla, cəmi borcunun məbləği 331 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı MMC 22.12.2021-ci il tarixdə cavabdehə borcunu 25.12.2021-ci il tarixinədək ödəməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan 27.12.2021-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X1 ilə Cavabdeh TLR000047 saylı 02.08.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermişdir, alıcı Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, X1 ilə İddiaçı MMC arasında bağlanmış müqavilə və sazişə əsasən birincinin tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 300 manat əsas, 31 manat cərimə olmaqla, ümumilikdə 331 manat təşkil edir, cavabdeh iddia tələbini qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh TLR000047 saylı 02.08.2021-ci il tarixli müqavilə üzrə 331 manat məbləğində əsas borc, 31 manat məbləğində cərimə borcu olmaqla, cəmi 331 manat alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh TLR000047 saylı 02.08.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə əsas borc kimi 300 manat, cərimə borcu kimi 31 manat, cəmi 331 (üç yüz otuz bir) manat və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar