Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1246/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı “X9 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X9 Azərbaycan” QSC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X9 Azərbaycan” QSC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 11825,49 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,5 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh arasında 213/003 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh xx.xx.2017 ci il tarixinədək, 36(otuzaltı) ay müddətinə, 16 % olmaqla, 51386 USD məbləğində kredit ayrılmışdır. Cavabdehin 213/003 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməs məqsədilə xx.xx.2013-cü il tarixində“X9 Azərbaycan” QSC ilə “İpoteka qoyan” “Borcalan” Cavabdeh arasında ipoteka (girov) müqaviləi bağlanmışdır. Bağlanmış ipoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus 2009-cu il buraxılış tarixli, BAN nömrəsi 4JGBF6E99A506633 olan, **-VE-*** d.q.n., ağ rəngli, "Mersedes Benz- GL550"markalıavtomobil “X9 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehin sonradan kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə icra etmədiyi üçün "xxxx" QSC məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-8156/2014 saylı qətaməsinə əsasən Cavabdeh cəmi 46374,51 USD borc pul məhkəmə xərcləri kimi 38 manat məbləğində pul tutularaq “X9 Azərbaycan” QSC ödənilməsini, tutumanı Cavabdeh məxsus 2009-cu il buraxılış tarixli, BAN nömrəsi 4JGBF6E99A506633 olan, **-VE-*** d.q.n., ağ rəngli, "Mersedes Benz- GL550" markalı avtomobilə yönəldilməsini qət etmişdi. Məhkəmə Qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Xətai Rayon İcra və Probasiya şöbəsinə yönəlmiş. Nəticədə, iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.2 maddəsinə əsasən məhkəmə qərarı üzrə borcun tələbini, ipoteka predmetinin axtarışını bir sözlə qətnamənin icrasını "xxxx" MMC -yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək məcburi icra işlərinin təşkil edərək öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək ipoteka predmeti olan mülkiyyət hüququ ilə qoyan Cavabdeh məxsus 2009-cu il buraxılış tarixli BAN nömrəsi 4JGBF6E99A506633 olan, **-VE-*** d.q.n., ağ rəngli, "Mersedes Benz-GL550"markalı avtomobil yerinin aşkar etmiş və həmin avtomobili qanunda nəzərdə tutulmuş halda Xətai Rayon İcra və Probasiya şöbəsinə təhvil verərək duracaqda yerləşdirmişdir. Avtomobilin 14 saylı cərimə meydançasına yerləşdirməsi barədə xx.xx.2020-ci il tarixdə akt da tərtib edilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.2 maddəsinə əsasən borclu istehlak (avto) krediti müştərisi yetirərək ipoteka predmeti olan mülkiyyət hüququ ilə qoyan Cavabdeh məxsus 2009-cu il buraxılış tarixli BAN nömrəsi 4JGBF6E99A506633 olan, **-VE-*** d.q.n., ağ rəngli, "Mersedes Benz-GL550" markalı avtomobil 14 saylı cərimə meydançasına yerləşdirilməsi ilə əlaqədar qətnamə üzrə 78836,66 AZN borcun xidmət haqqını 15% olaraq 11825,49 (on bir min səkkiz yüziyirmi beş manat 49 qəpik) manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 5.5-ci bəndində qeyd edilmişdir ki, “bu müqavilə üzrə verilmiş kreditlə bağlı ”Borcverənin” tələb hüquqları qanunvericiliklə nəzərdə tutlmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsulla verilə (güzəşt edilə) bilər. Bu müqavilə üzrə “Borcalanın” öhdəliklərinin icra edilməməsi və ya lazmınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qaytarılmasının təmin edilməsi məqsədilə kredit borcunun qaytarılması və\və ya girov(ipotekaya)verilmiş əmlaka tutmanın yönəldilməsi “Borcverən” tərəfindən üçüncü şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər “Borcalandan “ zaminlərdən və ya yaxud da girova (ipoteykaya) verilmişvə\vəya kreditin təminatı kimi cıxış edən diger əmlak (Əşyalar) hesabına tutulacaq” qeyd edilmişdir, tərəflər öz imzaları ilə qəbulunu təsdiq ediblər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülk iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli, 2(011)-8155/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə 41400,64 ABŞ dolları əsas borc, 4773,87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374,51 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumu “X9” QSC xeyrinə tutulsun, tələb banka girov qoyulmuş Cavabdeh məxsus “Mercedes Benz-GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilsməsi, avtomobilin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" QSC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “X9 Azərbaycan” QSC-nin Nərimanov Metropark filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 213/003 nömrəli Kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 51386 ABŞ dolları məbləğində kredit verir, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarılmasını öhdəsinə götürür. İş materiallarında olan “ipoteka saxlayan” "xxxx" QSC ilə “ipoteka qoyan” Cavabdeh arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 213/003 nömrəli “İpoteka (girov) müqaviləsi”nin surətindən görünür ki, ipoteka qoyan “X9 Azərbaycan” QSC-nin Nərimanov Metropark filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü ildə 48 ay müddətinədək bağlanmış 213/003 saylı kredit müqaviləsi üzrə “borcalanın” “borcverən” qarşısında öhdəliklərini icrasını təmin edilməsi məqsədilə “Mercedes Benz –GL 550” markalı, buraxılış ili 2009-cu il, ağ rənqli, şassı/Ban 4JGBF86E99A506633 nömrə olan avtomobili ipotekaya verərək “X9 Azərbaycan” QSC-nin Nərimanov Metropark filialının xeyrinə yüklü edir. İş materiallarında olan "xxxx" MMC və "xxxx" Azərbaycan” QSC tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC və "xxxx" Azərbaycan” QSC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.2.-ci maddəsinə əsasən 2020-ci ilin fevral ayı üzrə MMC tərəfindən borclu istehlak krediti müştəri Cavabdeh mülkiyyətində olan “Mercedes Benz-GL550” markalı **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlanca yerləşdirilməsi ilə əlaqədar qətnamə üzrə 78836,66 manat borcun xidmət haqqının 15 faizi avansı olaraq 11825,49 manat icra edilərək QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 0120 nömrəli hesab fakturanın surətindən görünür ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə ödənilməli olan məbləğ 11825,49 manat təşkil edir. İş materiallarında olan Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Mahmudov, icra məmuru MirRamil Abdullayev, hal şahidləri Əzizağa Davudovun, Aqil Əsgərovun, "xxxx" QSC-nin nümayəndəsi X1, AR DİN “Siqnal 14” avtodayanacağının növbətçisi X2 iştirakı ilə tərtib edilmiş, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8156 saylı, xx.xx.2014-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar, yuxarıda qeyd edilmiş şəxslər Bakı şəhəri, Binəqədi rayonu, DİN-nin “Siqnal-14” saylı duracağına qəlmişdirlər. xx.xx.2020-ci il tarixdə DİN-nin Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin əməliyyatçısı Əkbərov Ceyhun tərəfindən duracağa qoyulmuş “Mercedes-Benz GL 550” markalı, 90-VE0125 dövlət qeydiyyat nişanlı avtomobildə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, avtomaşının rəngi qara rəngə dəyişdirilmiş, qalan hissələrdə heç bir əlavə və dəyişiklik aşkar edilməmişdir. Bəzi yerlərdə avtomaşının əvvəllər ağ rəngli olması müşahidə olundu, dövlət qeydiyyat nişanı avtomobilin üstündə idi. Qalan hissədə hər şey normal olduğu aşkar olundu. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə” Aktın surətindən görünür ki, “Mercedes-Benz GL 550” markalı, 90-VE0125 dövlət qeydiyyat nişanlı avtomobil “Siqnal” dayanacağına saxlanma üçün qəbul edilmişdir. Həmin akt Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanılmış xx.xx.2017ci il tarixli “Hüquqi Xidmət haqqında” müqavilənin surətindən görünür ki, müqavilə istehlak kreditləri, avtomobil kreditləri və /və ya təminatı avtomobil, nəqliyyat vasitələri və sairə olan kreditləri, kredit kartları və/v\ ya kredit kartlari ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən olan kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanılmış xx.xx.2018ci il tarixli “xx.xx.2017-ci il tarixli Hüquqi xidmət haqqında müqaviləyə əlavə Razılaşma”nın surətindən görünür ki, bu müqavilə İstehlak kreditləri, avtomobil kreditləri və / və ya təminatı avtomobil, nəqliyyat vasitələri, daşınar və ya daşınmaz əşyalara olan kreditləri (ipoteka/ipoteka təminatlı kreditlər daxil), kredit kartları və / və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1093/2021 qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı 51235 ABŞ dolları məbləğində pul tələbinə dair iddiası ərizəsi rədd edilmişdir. xx.xx.2019-cu il tarixli 3(011)-554/2019 nömrəli Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdi ki, inzibati xəta haqqında materialdan görünür ki, Cavabdeh yol-hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2018-ci tarixli MMX seriyalı 722-138 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli TP ******* saylı qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli MMX seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən “Mersedes GL 550” minik markalı **-VE-*** dövlət qeydiyyatı nişanlı avtomobili Cavabdeh idarə etmədiyindən, avtomobil etibarnamə əsasında X4 tərəfindən idarə edildiyindən, həmin protokol əsasında qəbul edilmiş qərar Cavabdeh tərəfindən mübahisələndirildiyindən, “Mercedec Gl 550” minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili hazırda Cavabdeh sahibliyində olmadığından və avtomobilin saxlanması ilə bağlı axtarış edildiyindən, Cavabdeh Hesyen tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. İddia tələbinin hüquqi əsasını təşkil edən Mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.http://eqanun.az/alpidata/code/data/0/c_c_8.htm Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092.1-ci maddəsi). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM 1092.3-cü maddəsi). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli, 2(011)-8155/2014 nömrəli qətnaməsinin icrasının təmin edilməsi məqsədi göstərilən xidmətlərin müqabilində "xxxx" MMC-yə 11825,49 manat məbləğində vəsaitin ödənildiyi müəyyən edilsə də, bu xərclərin cavabdehin qərəzli, hüquqa zidd hərəkətləri nəticəsində yarandığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəf məhkəmə qətnaməsinə əsasən kredit borcunun yönəldilmiş olduğu avtomobilin cavabdeh tərəfindən gizlədildiyi və bunun nəticəsində iddiaçıya maddi ziyanın vurulduğu iddia edilsə də, iş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1093/2021 qətnaməsi və xx.xx.2019-cu il tarixli 3(011)-554/2019 nömrəli Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Qərarında müəyyən edilmiş hallar iddiaçının bu dəlilini təkzib edir. Belə olan halda, məhkəmə hesab edir ki iddiaçıya cavabdehlərin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu öz təsdiqini tapmamışdır. Odur ki, iddia əsassız hesab edilərək rədd edilməldir. Məhkəmə iddia tələbini ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,5 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" QSC-yə ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia rədd edildiyindən, dövlət rüsumunun ödənilməsinə dair hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “X9 Azərbaycan” QSC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 11825,49 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,5 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1246/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1246/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver