Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1247/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi ilə, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan 2001-ci il buraxılışlı “Mersedes Benz” Xüsus Təyinatlı markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız hala saldığına görə 8075 manat məbləğində maddi zərərin, avtomobildə olan şüşə materialının yararsız hala düşməsinə görə 1320 manat pulun, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 500 manat hüquqi yardım xərcinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi və məhkəməyə ödədiyi 129 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan “Mersedes Benz” Xüsus Təyinatlı markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2020-ci il tarixli tarixli etibarnamə əsasında ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh istifadəsinə vermişdir və o, avtomobillə yük daşıyırdı. Arada bir onun yüklərini də daşıyırdı. Cavabdeh onun verdiyi şüşə materialını Ağcabədi rayonuna apararkən, xx.xx.2021-ci il tarixində, saat 16 radələrində avtomobili Bakı-Hacıqabul yolunun Nəvahi kəndi ərazisində idarə edərkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qarşıda gedən X2 idarə etdiyi “Kamaz-5511” markalı 10-UE- 679 dövlət qeydiyyat nişanlı avtomobil ilə ara məsafəsi saxlamadığına görə, həmin avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus “Mersedes Benz” Xüsusi Təyinatlı markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə xeyli miqdarda ziyan dəymişdir və avtomobil yararsız hala düşmüşdür, həmçinin avtomobilin yük yerində olan 1320 manat dəyərində olan şüşə materialı da sınaraq yararsız hala düşmüşdür. X8 markalı avtomobildə olan sərnişin X3 hadisə nəticəsində xəsarət almışdır. Faktla bağlı Bİ Tİ YNHD-i üzrə istintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Azər Əmiraslanov tərəfindən təhqiqat araşdırması aparılmış, iş üzrə ekspertiza keçirilmiş və Cavabdeh əməlində cinayət tərkibi olmadığından xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh görülməsinə qərar verilmişdir. Cavabdeh barəsində xx.xx.2021-ci il tarixli X9 İXP4094095 saylı protokol tərtib edilmiş və o, Hacıqabul rayon Məhkəməsinə verilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, X11 İş üzrə qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh cəzası tətbiq edilmişdir. İddiaçı qeyd edir ki, Cavabdeh təqsirli əməli nəticəsində ona məxsus “Mersedes Benz” Xüsus Təyinatlı markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsı hala düşmüşdür və avtomobilin bərpası üçün 8000 manatdan çox vəsait tələb olunur. Belə ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Qüsur aktına əsasən, Mersedes Benz 413 CDİ markalı avtomobilin təmiri üçün tələb olunan məbləğ 8075,00 (səkkiz min yetmiş beş) manat təşkil edir. Bundan başqa Cavabdeh təqsirli əməli nəticəsində avtomobildə olan və iddiaçının sifarişiylə apardığı şüşə materialından olan yük də zərər görmüş və mala 1320 manat ziyan dəymişdir. Cavabeh Cavabdeh həm avtomobilə, həm də şüşə materialına dəymiş zərəri ödəyəcəyini bildirsə də o, bundan yayınmışdır. Daha sonra isə borcdan canını qurtarmaq üçün yalandan intihar etməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. İntihara cəhd faktı ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılmış və Xətai rayon prokurorluğunun müstəntiqi X4 xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Xətai rayon prokurorluğunda toplanmış mataerialda Cavabdeh iddiaçıya məxsus avtomobilə və avtomobildə olan yükə zərər vurduğu onun öz izahatı ilə təsdiqini tapmışdır. Hesab edir ki, iddiaçıya məxsus “Mersedes Benz” Xüsus Təyinatlı markalı **-BF-*** dövlət qeydiyy nişanlı avtomobil yararsız hala saldığına görə 8075 manat məbləğində maddi zərərin əvəzi, avtomobildə olan şüşə materialının yararsız hala düşməsinə görə 1320 manat pul, mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğində pul, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyim 500 manat hüquqi yardım xərci və məhkəməyə ödədiyim 125 manat dövlət rüsümunun əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2021- ci il tarixli Qüsur aktına əsasən, Mersedes Benz 413 CDİ markalı avtomobilin təmiri üçün tələb olunan məbləğ 8075,00 (səkkiz min yetmiş beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli 263 nömrəli əkspertiza rəyindən görünür ki, X1 bədən səthində aşkar olunan xəsarətlər sağ yanaqda sağ qulaq seyvanının sırğalığında kəsilmiş yaralar, şişkinlik, sağ gözətrafı nahiyələrdə qançır, şişkinlik, sağ göz almasına qansızma-küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəində əmələ gələ bilərdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”ın surətindən görünür ki, HK-537 nömrəli araşdırma materialı üzrə baş vermis yol nəqliyyat hadisəsi ilə əlaqədar əməlində cinayət tərkibi olmadığından Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbirlər görülməsi nəzərə alınmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”ın surətindən görünür ki, Cavabdeh özünü öldürməyə cəhd etməsi faktında cinayət hadisəsi olmadığından toplanmış 299 c-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Hüquqi yardım göstərilməsi haqqında 88 saylı müqavilənin surətindən görünür ki, Nümayəndə ilə İddiaçı hüquqi yardım göstərilməsi haqqında müqavilə imzalamışlar. Müqaviləyə əsasən hüquqi yardıma görə haqq 500 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderi və xx.xx.2021-ci il tarixli İPU019419 nömrəli qəbzin surətlərindən görünür ki, İddiaçı Nümayəndə hüquqi yardım göstərilməsi ilə bağlı 500 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci tarixli ******* saylı X9 protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan alkaqolun qəbulu faktı və səxoşluq vəziyyəini təyin edən tibbi müayinə haqqında 417 saylı aktın surətindən görünür ki, Cavabdeh sərxoşluq vəziyyəti müşahidə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3743 nömrəli əkspertiza rəyindən görünür ki, “Xalq Sığorta” tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “Mercedes Benz 413 CDİ” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtonəqliyyat hissələrinə köhnəlma faizi tətbiq edilməklə təxminən 7375,0 manat məbləğində müəyyən edilir. Ekspertizanın dəyəri 100 manat təşkil edir. Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021ci il tarixində “Mercedes Benz 413 CDİ” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı istifadəsi və sahibliyində olan “Mercedes Benz 413 CDİ” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7375,0 manat məbləğində ziyan dəymişdir. İddiaçı qəza nəticəsində “Mercedes Benz 413 CDİ” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan 1320 manat dəyərində şüşə yararsız hala düşdüyünü və bunun nəticəsində iddiaçıya maddi ziyanın vurulduğunu iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaya cavabdehdən vurulan maddi ziyana görə 8075 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizası nəticəsində avtomobilə dəymiş ziyanın müəyyən edilmiş məbləği - 7375,0 manat, hüquqi yardıma görə ödənilmiş haqqın əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaya avtomobildə olan şüşə materialının yararsız hala düşməsinə görə 1320 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd Məhkəmə həmçinin iddianın dövlət rüsumuna görə ödənilmiş 129 manat məbləğində pulun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 7375,0 (yeddi min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti, göstərilən hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 500,0 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,0 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-ekspertizanın dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə
Məhkəmə qərarları › İş №e-2(011)-1247/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1247/2022
21.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver