Məhkəmə qərarları › İş №e-2(011)-1289/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1289/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1289/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 18 saylı Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Bağlanmış borc müqaviləsinə əsasən borc verən İddiaçı 12000 manat məbləğində pul vəsaitini borc alanın mülkiyyətinə, əməli idarəçiliyə vermiş, borc alan isə həmin pul vəsaitini xx.xx.2022-ci il tarixə qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin icra edilmə vaxtı bitsə də, borc alan aldığı borc məbləği üzrə öhdəliyini yerinə yetirməmişdir. Notarial təsdiqli müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, borcu qaytarmamışdır. Odur ki, Cavabdeh 12000 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Cavabdeh 12000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 16 aprel 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı 16 oktyabr 2021-ci il tarixədək borcverənə qaytarılması şərti ilə borc alan Cavabdeh faizsiz olaraq 12000 (on iki min) manat məbləğində borc pul vermişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, İddiaçı nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixdə Cavabdeh müraciət edərək xx.xx.2021-ci tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə uyğun olaraq öhdəliklərini icra etməsi və həmin müqavilə əsasında sonuncuya verilmiş 12000 manat məbləğində borcun ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə xatırladır ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Eyni Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə məhkəmə Mülki Məcəllənin qeyd edilən müddəalarını nəzərə alaraq qeyd edir ki, tərəflər arasında qanunvericiliyin şərtlərinə uyğun olaraq kredit müqaviləsi bağlanmış, müqavilə üzrə öhdəliklərin icrası müddəti müəyyən edilmişdir. Lakin müəyyən edilmiş müddət ərzində iddiaçının bildirdiyinə əsasən cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri yerinə yetirilməmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi barədə iddiaçı tərəfindən pretenziya qaydasında cavabdehə müraciət edilmiş, lakin bu, müsbət nəticə verməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 12000 manat məbləğində borcu olması tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə təsdiq olunur. Lakin borcalan tərəfindən müqavilə öhdəlikləri müəyyən edilmiş müddətdə icra edilmədiyi üçün cavabdeh-borcalan Cavabdeh iddiaçı-borc verən İddiaçı xeyrinə 12000 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində borc pul vəsaiti tutularaq, İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar