Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1292/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********87139 İPHONE 11 markalı telefon üçün 589.52 (beş yüz səksən doqquz manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 58.48 (əlli səkkiz manat qırx səkkiz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********34270 SAMSUNG GALAXY A13 markalı telefon üçün, 119.83 (yüz on doqquz manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 11.17 (on bir manat on yeddi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, SERVİS - BH - KERAMİKADAN BOSQAB DESTİ üçün 22.01 (iyirmi iki manat bir qəpik) manat ödənilməmiş hissə, 2.99 (iki manat doxsan doqquz qəpik) manat cərimə, ümumilikdə 804 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İMİE KODU **********58698 İPHONE 15 PRO MAX markalı telefon, SAMSUNG 25W CHARGER , İMEİ KODU**********30443 SAMSUNG GALAXY S22 markalı telefon, İMEİ KODU **********31423 İPHONE 14 PRO markalı telefon almış və nəticədə 4270 (dörd min iki yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4459.95 (dörd min dörd yüz əlli doqquz manat doxsan beş qəpik) manat (15 ay x 297.33 manat + 0 manat ilkin ödəniş), İMEİ KODU **********58698 İPHONE 15 PRO MAX markalı telefon üçün ümumilikdə, 3172 (üç min yüz yetmiş iki) manat olmaqla ondan, 2883.95 (iki min səkkiz yüz səksən üç manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 288.05 (iki yüz səksən səkkiz manat beş qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1805 (min səkkiz yüz beş) manat (12 ay x 146 manat + 53 manat ilkin ödəniş) SAMSUNG 25W CHARGER , İMEİ KODU **********30443 SAMSUNG GALAXY S22 markalı teleüçfoünn ümumilikdə, 773 (yeddi yüz yetmiş üç) manat olmaqla ondan, 702.96 (yeddi yüz iki manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 70.04 (yetmiş manat dörd qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3584.04 (üç min beş yüz səksən dörd manat dörd qəp) manat (12 ay x 298.67 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********31423 İPHONE 14 PRO markalı telefoünçün ümumilikdə 325 (üç yüz iyirmi beş) manat olmaqla ondan, 295.5 (iki yüz doxsan beş manat əlli qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.5 (iyirmi doqquz manat əlli qəp) manat cərimə; Cəmi ödədiyi məbləğ 5966.58 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-ci il , xx.xx.2023-ci il və xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 02057926 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İMİE KODU **********58698 İPHONE 15 PRO MAX markalı telefon -ni müştəriyə satmış, o isə malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMİE KODU **********58698 İPHONE 15 PRO MAX markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə ******* saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən İddiaçı, SAMSUNG 25W CHARGER , İMEİ KODU**********30443 SAMSUNG GALAXY S22 markalı telefonu müştəriyə satmış, o isə mallarrı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, SAMSUNG 25W CHARGER , İMEİ KODU**********30443 SAMSUNG GALAXY S22 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 02103594 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən İddiaçı, İMEİ KODU **********31423 İPHONE 14 PRO markalı telefonu müştəriyə satmış, o isə mallarrı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KODU **********31423 İPHONE 14 PRO markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əlavələrin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz peniya ödəyir. İş materiallarında olan 07 noyabr 2024-cü il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********31423 İPHONE 14 PRO markalı telefon üçün 295,5 manat ödənilməmiş hissə, 29,5 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən SAMSUNG 25W CHARGER , İMEİ KODU**********30443 SAMSUNG GALAXY S22 markalı telefon üçün, 702,96 manat ödənilməmiş hissə, 70,04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMİE KODU **********58698 İPHONE 15 PRO MAX markalı telefon üçün 2883,95 manat ödənilməmiş hissə, 288,05 manat cərimə, ümumilikdə 4270 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 62,70 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC, Cavabdeh xx.xx.2024-cü il tarixdə müqavilə üzrə borcunu 3 iş günü müddətdə ödəməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında, İMİE KODU **********58698 İPHONE 15 PRO MAX markalı telefon, SAMSUNG 25W CHARGER , İMEİ KODU**********30443 SAMSUNG GALAXY S22 markalı telefon, İMEİ KODU **********31423 İPHONE 14 PRO markalı telefona dair xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə alqı-satqı müqavilələri bağlanmışdır, iddiaçı, müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı S.Əkbərova isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməkə - müqavilələrin şərtlərini pozmuşdur, hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 295,5 manat ödənilməmiş hissə, 29,5 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 702,96 manat ödənilməmiş hissə, 70,04 manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, 2883,95 manat ödənilməmiş hissə, 288,05 manat cərimə, ümumilikdə 4270 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********31423 İPHONE 14 PRO markalı telefon üçün 295,5 manat ödənilməmiş hissə, 29,5 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən SAMSUNG 25W CHARGER , İMEİ KODU**********30443 SAMSUNG GALAXY S22 markalı telefon üçün, 702,96 manat ödənilməmiş hissə, 70,04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMİE KODU **********58698 İPHONE 15 PRO MAX markalı telefon üçün 2883,95 manat ödənilməmiş hissə, 288,05 manat cərimə, ümumilikdə 4270 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilən 62,70 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 295,5 manat ödənilməmiş hissə, 29,5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 702,96 manat ödənilməmiş hissə, 70,04 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2883,95 manat ödənilməmiş hissə, 288,05 manat cərimə, ümumilikdə 4270 (dörd min iki yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 (altmış iki) manat 70 (yetmiş) qəpik Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1292/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1292/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver