Məhkəmə qərarları › İş №e-2(011)-1295/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-1295/2023

28.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1295/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsibova Çinarə Aydın qızının katibliyi İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Birgə iddiaçılar X2 və İddiaçı1 Müqərrib oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi iddiasında dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 35700,00 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 198 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 avtomaşın gətizdirmək üçün 2018-ci ildə tanış olmuşdur. O zaman ona Almaniyadan “Volvo” markalı yük maşını gətirmişdi. 10 iyul 2022-ci il tarixdə yenə iddiaçıya “Volvo” yük maşını gətirməsi üçün ona 32 000,00 avro pulu iddiaçı evində ona vermiş və daha sonra 4000,00 avro məbləğində pul vəsaitini Bank vasitəsi ilə Səbuhiyə göndərmişdir. İddiaçı adı gedən yük maşını xx.xx.2022-ci il tarixində Bakı şəhəri Dövlət Gömrük Komitəsinin Avtomobil Şöbəsinin həyətində təhvil almışdır. Səbuhi etibarımı çox qazanmışdı, və münasibətləri çox yaxın idi. Bir gün Cavabdeh1 bildirdi ki, pul çatışmamazlığı var, iddiaçı da ona 11 000,00 avro pul borc vermişdir. İddiaçı ona inanaraq xx.xx.2022-ci il tarixdə istədiyi pulu Beynəlxalq Bank vasitəsi ilə göndərmişdir. Sonra əlavə olaraq pul lazım olduğu üçün xx.xx.2022-ci il tarixdə 11900,00 avro pul göndərmişdir. Həmin pulun 11900 avro məbləğində pul vəsaitini atası Müqərrib cavabdeh Sahnaza, 11000 avrosunu isə iddiaçı Səbuhiyə bank vasitəsi ilə göndərmişdir. Cavabdehlər ailə olduqlarına görə Səbuhinin xahişi ilə 11900 avro məbləğində pul vəsaitini Şahnaza göndərilmişdir. Həmin vaxt iddiaçının işi olduğu üçün atası pul vəsaitini öz adından göndərmişdir. Daha sonra iddiaçı ondan pulu istəyərkən isə cavabdeh bu gün sabah deyib iddiaçıya vəd verərək pulumu qaytarmayaraq onu aldatdı. Bundan sonra iddiaçı onunla Bakı şəhərində görüşüb şahidlərin iştirakı ilə xx.xx.2022-ci il tarixdə qəbz almış və o, öhdəlik götürmüşdür ki, xx.xx.2022-ci il tarixə kimi iddiaçıya olan borcunu qaytarsın (dollar olaraq 21000 ABŞ dolları, manat olaraq isə 35700 manat). xx.xx.2022-ci il tarixdə hamısı görüşsələr də Səbuhi qəbzi iddiaçının adına yazmışdır. Lakin cavabdeh öz vədinə əməl etməyərək iddiaçının pulumu qaytarmadı. Dəfələrlə pulumu tələb etmiş olsa da heç bir nəticəsi olmadı. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçıların nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlər hallara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı1 Müqərrib oğlu tərəfindən Cavabdeh1 11000 avro məbləğində, Əmirov X8 tərəfindən isə X1 11900 avro məbləğində pul vəsaiti bank köçürmə yolu ilə ödənilmişdir. X3 İddiaçı2 oğluna 35700 manat məbləğində borcu olduğunu etiraf etmiş və 30 gün möhlət verilməsini xahiş etmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçılardan borc pul almışdırlar və kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdurlar. Lakin, cavabdehlər borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdirlər. Odur ki, iddiaçılar borcun ödənilməsini tələb etməkdə haqlıdırlar. Buna görə də iddia hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 198 manat məbləğində dövlət rüsumun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Saya qızından müştərək qaydada 35700,00 (otuz beş min yeddi yüz) və ödənilmiş dövlət rüsumuna görə 198,00 (yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq, 17949,00 (on yeddi min doqquz yüz qırx doqquz) manat məbləğində pul vəsaiti İddiaçı1 Müqərrib oğluna, 17949,00 (on yeddi min doqquz yüz qırx doqquz manat) məbləğində pul vəsaiti İddiaçı2 ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar