Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1305/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsas kredit borcunun, kredit borcuna gora hesablanmış faizlərin va dəbbə pulunun (cərimənin) ödənilməsinə va ipoteka predmetinə tutma yönəldilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, İK-960-İ №-li kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli, İK-960-İ №-li kredit müqaviləsinə əsasən Banka əsas borcu 108559,97 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 3388,14 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 103,33 manat, cəmi 112051,44 manat kredit borcunun, digər xərclər (ipoteka predmetinə tutmanın yönəldilməsi rüsumu) 51 manat və 403 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə, ipoteka qoyan Cavabdeh məxsus 7.02.2023-cü il tarixli, İK-İP-960-İ saylı ipoteka müqavilasinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0583 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 279.3 kv/m fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 112051,44 manat kredit borcunun və 403 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə, Cavabdeh məxsus 7.02.2023-cü il tarixli, İK-İP-960-İ saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0583 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 279.3 kv/m fərdi yaşayış evinin məcburi boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İK-960-İ №-li kredit müqaviləsinə əsasən illik 8 faiz olmaqla, 110000 manat məbləğində 300 ay müddətinə kredit ayrılmışdır. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən cədvəl üzrə ödənişləri hər növbəti ayın 5-dək həyata keçirir. Həmin kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən: borcalan ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsinin və onun faizlərinin 90 gün və daha çox müddətə gecikdirdə; borcalan kreditdən bu müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə. Öhdəliyin təminatı olaraq Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 279.3 kv/m, torpaq sahəsi 0.0583 ha olan daşınmaz əmlak xx.xx.2023-cü il tarixli, İK-İP- 960-İ saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: Alıcı-ipoteka qoyan/Borcalan tərəfindən ipoteka ilə təmin öhdəlik üzrə annuitet ödənişlər 90 gün və daha çox müddətə gecikdirdikdə; Kredit müqaviləsində Kreditor-ipoteka saxlayan kreditin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ verən şərtlər baş verdikdə. Bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbba pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş nəticədə onun xx.xx.2024-cü il tarixə: xx.xx.2023-cü il tarixli, İK-960-İ №-li kredit müqaviləsinə əsasən Banka əsas borcu 108559,97 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 3388,14 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbe pulu (cərimə) üzrə 103,33 manat, cəmi 112051,44 manat məbləğində borcu yaranmışdır. Borclu öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2024-cü il tarixdə 600 manat məbləğində ödənilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğün izahat verərək qeyd etmişdir ki, İK-960-İ №-li kredit müqaviləsi üzrə Cavabdeh kredit xx.xx.2023-cü il tarixdə ayrılmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixə aiddir. Cavabdeh öz öhdəliyini vaxtında icra etməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi rüsumunun ayrı-ayrılıqda 15 manat və 36 manat olmaqla, cəmi 51 manat təşkil etdiyini bildirərək iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, İK-960-İ №-li, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 300 ay müddətinə illik 8% hesablanmaq şərti ilə 110000 manat məbləğində ipoteka krеditi vеrilmişdir. Həmin müqavilənin 1.3-cü bəndindən görünür ki, kredit borcalana ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX HDQHDƏDR tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********27-10301 olan daşınmaz əmlakın alınmasına verilir. İş materiallarında olan, satıcı X1 alıcı (ipoteka qoyan)-borcalan Cavabdeh Sayyad oğlu arasında bağlanılmış İK-İP-960-İ saylı, xx.xx.2023-cü il tarixli Alqı-satqı və İpoteka müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX HDQHDƏDR tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********27-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı aıcı-ipoteka qoyanın mülkiyyətinə verir. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, Ramiz Mirişli küçəsi ünvanında yerləşən **********27-10301 reyestr nömrəli 103 saylı fərdi yaşayış evi üzərində tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan ********** saylı sənəd nömrələrinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddiaçı müraciət edərkən 15 manat və 36 manat məbləğində dövlət rüsumu tərəflərindən ödənilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Ramiz Mirişli küçəsi ünvanında yerləşən 103 saylı mənzilə dair hüququ İddiaçı ASC-nin xeyrinə ipoteka yüklülüyü ilə qeydiyyata alınmışdır. İş materiallarında olan borc haqqında arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 108559,97 manat məbləğində əsas kredit borcu, 3388,14 manat məbləğində faiz borcu, 103,33 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 112051,44 manat borcu qalmışdır. İş materiallarında olan ********** saylı, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 403 manat məbləğində dövlət rüsumu tərəflərindən ödənilmişdir. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1305/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu ilə Abşeron rayonu, Masazır kəndi, Ramiz Mirişli küçəsi ünvanında yerləşən 103 saylı fərdi yaşayış evinin likvid qiymətinə uyğun qiymətləndirilməsi təyin olunmuş və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, həmin yaşayış evinin xx.xx.2025-ci il tarixə likvid dəyəri 180000 manat müəyyən edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1305/2025 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “əsas kredit borcunun, kredit borcuna göra hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsinin yalnız Cavabdeh məxsus xx.xx.2023-cü il tarixli, İK-İP-960-İ saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0583 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 279.3 kv/m fərdi yaşayış evinin məcburi boşaldılması” dair hissəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir, lakin tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Habelə qeyd olunmalıdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbləri baxımından, bunun üçün aşağıdakı 2 şərtdən ən azı birinin mövcud olması zəruridir: - yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması və ya; - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Mülki işdən görünür ki, İK-960-İ №-li, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 300 ay müddətinə illik 8% hesablanmaq şərti ilə 110000 manat məbləğində ipoteka krеditi vеrilmişdir. Həmin müqavilənin 1.3-cü bəndindən görünür ki, kredit borcalana ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX HDQHDƏDR tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********27-10301 olan daşınmaz əmlakın alınmasına verilir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə həmçinin tələbinin Cavabdeh məxsus ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan, satıcı X1 alıcı (ipoteka qoyan)-borcalan Cavabdeh Sayyad oğlu arasında bağlanılmış İK-İP-960-İ saylı, xx.xx.2023-cü il tarixli Alqı-satqı və İpoteka müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX HDQHDƏDR tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********27-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı aıcı-ipoteka qoyanın mülkiyyətinə verir. İş materiallarından görünür ki, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Ramiz Mirişli küçəsi ünvanında yerləşən 103 saylı mənzilə dair hüququ İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən Abşeron rayonu, Masazır kəndi, Ramiz Mirişli küçəsi ünvanında yerləşən 103 saylı mənzilin likvid qiyməti 180000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edərkən ödənilmiş 403 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddiaçı müraciət edərkən ödənilmiş ümumi 51 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 108559,97 (yüz səkkiz min beş yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat məbləğində əsas, xx.xx.2024- cü il tarixə faiz borcu üzrə 3388,14 (üç min üç yüz səksən səkkiz manat on dörd qəpik) manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə üzrə 103,33 (yüz üç manat otuz üç qəpik) manat, cəmi 112051,44 (yüz on iki min əlli bir manat qırx dörd qəpik) manat kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi rüsumu olan 51 (əlli bir) manat və dövlət rüsumu kimi ödənilmiş 403 (dörd yüz üç) manat Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0583 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 279.3 kv/m fərdi yaşayış evinə yönəldilsin. ünvan 2 ünvanında yerləşən 103 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 180000 (yüz səksən min) manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 112051,44 (yüz on iki min əlli bir manat qırx dörd qəpik) manat və 454 (dörd yüz əlli dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-yə ödənilsin. Borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğ Cavabdeh qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-1305/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1305/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver