Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1306/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdehlə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh lombardda yığıcı-nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı "xxxx" MMC-nin təsisçisidir.
2. Cavabdeh əmək funksiyalarını yerinə yetirən zaman iddiaçıya məxsus 16 344 manat məbləğində pul vəsaitini qanunsuz olaraq mənimsəmişdir.
3. Cavabdehlə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;) əsasən xitam verilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərə görə ümumilikdə 14 784 manat məbləğində ödəniş edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 1560 manat maddi zərərə görə, həmçinin iddia qaldırmaqla bağlı ödənilmiş 35,60 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, əvvəllər "xxxx" MMC lombard fəaliyyətini həyata keçirmiş və o həmin MMC-nin təsisçisi olmuşdur. xx.xx.2023-cü il tarixdə “İnvest Finans Bakı" MMC öz fəaliyyətini dayandırmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh əmək müqaviləsi əsasında yığıcı-nəzarətçi vəzifəsinə işə qəbul edilmiş və həmin tarixdə MMC ilə onunla tam maddi məsuliyyət haqqında müqavilə təqsdiq edilmişdir. 30 aprel 2020-ci il tarixdə lombardın xəzinəsinə mədaxil olunan pul vəsaitlərinin gündəlik hesabatı yoxlanılarkən müəyyən olunmuşdur ki, iddiaçı vəzifəsindən sui istifadə edərək girov qoyulan şəxslərin öhdəlikləri pul vəsaitlərini lombardın xəzinəsindən mənimsəmək məqsədi ilə ciddi hesabat sənədlərini saxtalaşdırmış və ona etibar edilmişdir 16344 manatı bu yolla mənimsəmişdir. Cavabdeh “İnvest Finans Bakı" MMC-də işlədiyi dövrdə 16344 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin ”ç" bəndinə əsasən "xxxx" MMC-də cavabdehin əmək müqaviləsinə xitam verilmidir. Cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən bu günə qədər ələ keçirdiyi 16344 manat ziyanı ödəmiş, 1560 manat ziyanı isə ödəməmişdir. xx.xx.2024cü il tarixdə Bakı şəhəri 6 saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdehlə mübahisəni həll etmək mümkün olmamışdır. Cavabdeh ondan mənimsədiyi 1560 manat pul bu günki günə qədər ödənilməmiş qalır. Cavabdehlə bağh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon prokurorluğuna müraciət etmiş, lakin onun barəsində heç bir tədbir görülməmişdir. Cavabdeh vurduğu ziyanla bağlı bir cox iltizamlar yazmış, vurduğu ziyanı etiraf etmişdir. O, vurduğu ziyanla bağh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 100 manat ödəniş etmiş, kağız üzərində iltizam yazaraq qahq məbləği ödəyəci barədə öhdəlik götürmüşdür.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh müştərinin etdiyi ödənişi kassaya vurmamış və mənimsəmişdir. Sonradan həmin müştərinin etdiyi ödəniş özünə geri qaytarılmışdır.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
10. Maddə 191.1 Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
11. Maddə 194.1 Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
12. Maddə 194.2 Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
13. Maddə 199 İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
14. Maddə 202.1 İşəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. İşin faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və cavabdeh yığıcı-nəzarətçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir.
22. Cavabdeh iddiaçıya vurduğu 16 344 manatın hissə-hissə ödənilməsi barədə üzərinə öhdəlik götürmüş, xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək hissə-hissə olmaqla cəmi 14 784 manat məbləğində ödəniş etmişdir.
23. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək və tam maddi məsuliyyət barədə müqavilə ilə cavabdeh öz üzərinə əmək funksiyasından irəli gələn öhdəliklər götürmüş, lakin həm əmək müqaviləsinin, həm də tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini pozmuş, iddiaçıya 16 344 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh dəymiş ziyanın hissə-hissə ödənilməsi barədə iltizamlara imza etməklə iddiaçıya vurduğu ziyanı etiraf etmiş, hətta vurduğu maddi zərərdən müəyyən məbləğdə ödəniş etmişdir. Odur ki, iddiaçı ödənilməmiş qalan pul vəsaitini tələb etməkdə haqlıdır.
24. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi mahiyyətcə əsaslı olsa da, cavabdehdən 16 344 manat məbləğində dəymiş zərərin tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən sonuncu dəfə imzalanmış xx.xx.2024-cü il tarixli iltizamda cavabdeh dəymiş zərərə görə 100 manat məbləğində ödəniş etdiyini və qalıq borcunun isə 1300 manat təşkil etdiyini qeyd etmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixli iltizamda cavabdeh tərəfindən qeyd edilənləri təkzib edəcək sübutlarını, eləcə də, cavabdehin iddiaçıya qalıq borcunun 1300 manat deyil, 1560 manat olduğunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 1300 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə hesab edir ki, 35,60 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 83%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 1300 manat məbləğində pul vəsaiti və 29,54 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 6,06 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı