Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1308/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2199,4 AZN əsas 659,8 AZN cərimə cəmi 2859,2 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 830,9 AZN əsas 249,2 AZN cərimə cəmi 1080,1 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 449,9 AZN əsas, 134,9 AZN cərimə, cəmi 584,8 AZN borc ümumilikdə üç müqavilə üzrə 3480,2 AZN əsas, 1043,9 AZN cərimə, 4524,1 AZN cəmi borcun və 65,24 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqımüqaviləsi (müqavilələri) barədə məlumat: 1 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 2329,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 130,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): İphone 15 Son ödəniş məbləği və tarixi: 130,50 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 2199,40 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 6598,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 659,80 AZN Tutulmalı olan cəmi məbləğ: 2859,20 AZN 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 1664,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 139,00 AZN 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalımobil telefon Son ödəniş məbləği və tarixi: 138,00 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 830,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 2492,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 249,20 AZN Tutulmalı olan cəmi məbləğ: 1080,10 AZN 3 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 449,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 25,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalımobil telefon "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqımüqaviləsi (müqavilələri) barədə məlumat: 1 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 2329,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 130,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): İphone 15 Son ödəniş məbləği və tarixi: 130,50 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 2199,40 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 6598,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 659,80 AZN Tutulmalı olan cəmi məbləğ: 2859,20 AZN 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 1664,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 139,00 AZN 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalımobil telefon Son ödəniş məbləği və tarixi: 138,00 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 830,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 2492,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 249,20 AZN Tutulmalı olan cəmi məbləğ: 1080,10 AZN 3 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 449,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 25,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalımobil telefon xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul edir, belə ki, ümumilikdə 3 müqavilə üzrə 3480,2 manat əsas, 1043,9 manat faiz borcu olmaqla, cəmi 4524,1 manat borcu olmasını etiraf edir. Tərəflər, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki "xxxx" MMC ilə Cavabdeh arasında, sonuncuya müxtəlif məhsulların satılması ilə bağlı xx.xx.2024-cü il tarixli № ********* saylı, xx.xx.2023- cü il tarixli № ********* saylı və xx.xx.2024-cü il tarixli № ********* saylı nisyə alqı-satqı müqavilələrinə bağlanmış, iddiaçı öz öhdəliyini yerinə yetirmiş, məhsullar cavabdehə təhvil verilmişdir, Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə - müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya xx.xx.2024-cü il tarixli ********* saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 2199,4 manat əsas, 659,8 manat cərimə borc, xx.xx.2023-cü il tarixli ********* saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 830,9 manat əsas 249,2 manat cərimə borc, xx.xx.2024-cü il tarixli ********* saylı Nisyə alqısatqı müqaviləsi üzrə 449,9 manat əsas, 134,9 manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə 3480,2 manat əsas, 1043,9 manat cərimə, 4524,1 manat cəmi borcu yaranmış cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən iddiaçı "xxxx" ASC-nin iddia tələbinə dair cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3480,2 manat əsas, 1043,9 manat cərimə, 4524,1 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilmiş hissəsi (4524,1 manat) nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65,24 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı, xx.xx.2023- cü il tarixli ********* saylı və xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqavilələrinə əsasən 3480,2 manat əsas, 1043,9 manat cərimə borcu olmaqla, ümumilikdə 4524 (dörd min beş yüz iyirmi dörd) manat 10 (on) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 (altmış beş) manat 24 (iyirmi dörd) qəpik alınaraq İddiaçınə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1308/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1308/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver