Məhkəmə qərarları › İş №e-2(011)-140/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-140/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-140/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasnda baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 iyun 2022 il tariхli 109804-396276/4 nömrəli kredit müqaviləsi üzrə 7000 manat məbləğində əsas bоrc və 1427,36 manat faiz borcu оlmaqla, cəmi 8427,36 manat məbləğində borcun, 21 sentyabr 2020 il tarixli 102892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 441.49 manat əsas borc və 136.64 manat cərimə borcu olmaqla,cəmi 578,13 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 9005,49 manat borcun və 110,46 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalanCavabdeharasında bağlanmış 29 iyun 2022 il tariхli 109804-396276/4 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 7000 manat məbləğində krеdit vеrilmişdir. Həmçinin, İddiaçı ASC ilə borcalanCavabdeharasında bağlanmış 21 sentyabr 2020 il tarixli 102892-PC********** nömrəli kredit xəttimüqaviləsinə əsasən borcalana 0 faiz dərəcəsilə, 36 ay müddətinə 500 manat məbləğində kredit xəttiayrılmışdır Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 26 aprel 2023-ci il tarixinə cavabdehin 29 iyun 2022 il tariхli 109804-396276/4 nömrəli kredit müqaviləsi üzrə 7000 manat məbləğində əsas bоrc və 1427.36 manat faiz borcu оlmaqla,cəmi 8427.36 manat məbləğində, 21 sentyabr 2020 il tarixli 102892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 441.49 manat əsas borc və 136.64 manat cərimə borcu olmaqla,cəmi 578.13 manat nəbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan kreditləri vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Ərizədən görünür ki, Cavabdeh İddiaçı ASC-ə müraciət edərək, ona Şəxsi istehlak məqsədi ilə illik 20,5 faiz dərəcəsi ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında 36 ay müddətinə illik 20,5 faiz olmaqla, 7000 manat məbləğində kredit ayrılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 7000 manat pul məbləği verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsinə əsasən, 7000 manat əsas borcu, 1427,36 manat faiz borcu olmaqla, cəmi 8427,36 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 209 gün təşkil edir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 8301,36 manat təşkil edən borcunu xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 (yeddi) gün müddətindən gec olmayaraq ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Ərizədən görünür ki, Cavabdeh İddiaçı ASC-ə müraciət edərək, ona Şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə 500 manat məbləğində Smilekart vasitəsilə kredit xətti ayrılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 102892-PC********** saylı “Smile kredit xətti” müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 1 ədəd plastik kart verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 102892-PC********** saylı kredit xətti müqaviləsinə əsasən, 441,49 manat əsas borcu, 136,64 manat faiz borcu olmaqla, cəmi 578,13 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 198 gün təşkil edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 470,66 manat təşkil edən borcunu xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 (yeddi) gün müddətindən gec olmayaraq ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixi ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 110,06 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4545 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixinə (sual üzrə tarixə) olan borcu əsas borc üzrə - 6767,97 manat, faiz borcu üzrə - 1040,05 manat; tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 102892-PC********** saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh banka olan borcunun tam ödənilməsi müəyyən edilir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 20,5% faiz olmaqla 36 ay müddətinə şəxsi istehlak məqsədilə 7000 manat məbləğində kredit ayrılması barədə İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 109804- 396276/4 saylı kredit müqaviləsi bağlanmışdır, Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini icra etməmişdir, cavabdehə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, borc məbləği ödənilməmişdir. Həmçinin tərəflər arasında xx.xx.2020-ci il tarixli, 102892- PC********** saylı kredit xətti müqaviləsi imzalanmış, Cavabdeh 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehə kredit xətti müqaviləsi üzrə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, borc məbləği ödənilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsi üzrə tələb edilən əsas borc və faiz məbləğini müəyyən edərkən xx.xx.2023-cü il tarixli, 9/4545 saylı məhkmə mühasibatlıq ekspertinin rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, əsas və faiz borc məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 6767,97 manat və 1040,05 manat həddində müəyyən edilməlidir. Məhkəmə, xx.xx.2020-ci il tarixli, 102892-PC********** saylı kredit xətti müqaviləsi üzrə tələb edilən əsas borc və faiz məbləğini müəyyən edərkən xx.xx.2023-cü il tarixli, 9/4545 saylı məhkmə mühasibatlıq ekspertinin rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, ekspertin gəldiyi nəticəyə uyğun olaraq Cavabdeh banka olan borcunun tam ödənilməsi müəyyən edildiyindən və həmin müqavilə üzrə borcun mövcud olması barədə sübut təqdim olunmadığından və sübutetmə vəzifəsi iddiaçıya aid olduğundan iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 6767,97 manat məbləğində əsas borc, 1040,05 manat faiz borcu olmaqla, ümumilikdə 7808,02 manat alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 98,08 manat (iddia tələbinin təmin olunmuş hissəsi 7808,02 manat olduğundan) cavabdehdən alınaraq iddiaçıya verilməli, ekspertizaların dəyərini təşkil edən 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 109804-396276/4 saylı kredit müqaviləsi üzrə 6767,97 manat əsas, 1040,05 manat faiz borcu olmaqla, cəmi 7808 (yeddi min səkkiz yüz səkkiz) manat 02 (sıfır iki) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 98 (doxsan səkkiz) manat 08 (sıfır səkkiz) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar