Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1420/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1”əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 415 manat 80 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 596 manat 20 qəpik məbləğində pulun iddiaçı"xxxx"MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” AR Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyriyaşayış sahələrinə kabel xəttləri çəkir, lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar, bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il, 04.01.2018-ci il və 01.06.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır, DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qediyyatdadır, "xxxx" MTK tərəfindən verilmiş arayışa əsasən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur, İddiaçı MMC-nin arayışına əsasən həmin ünvanda “K@TV1” xidmətlərinin göstərilməsinə analoq yayımı ilə 12.03.2011-ci il tarixindən başlanılmışdır. 28.03.2013-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakin aktı imzalamaqdan imtina etmiş, bu barədə 1665 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana 18.05.2015-ci il və 27.02.2016-cı il tarixdə keçirilən qrafikdənkənar nəzarət baxışı zaman yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 3340 N saylı və 5429 N (mənzil sakini qanunsuz qoşulmanı etiraf etmişdir) saylı aktlar tərtib edilmişdir. 3340 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 26.06.2014-cü il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanda analoq yayımın başlandığı 12.03.2011-ci il tarixdən 1665 KA saylı aktın tərtib edildiyi 28.03.2013-cü il tarixədək olan müddət 747 gün, 3340 N saylı akt tərtib edilənədək sonuncu dəfə baxış keçirildiyi 26.06.2014-cü il tarixdən təkrar qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 27.02.2016-cı il tarixə qədər olan müddət 611 gün olmaqla cəmi 1358 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün müvafiq olaraq 30 qəpik (31.08.2015-ci il tarixədək 1188 gün x 30 = 356,4 man.) və 33 qəpik (01.09.2015-ci il tarixdən sonra 180 gün x 33 = 59,4 man.) maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 415 manat 80 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC"xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə, 13.04.2021-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək mülki işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.03.2013-cü il tarixli 1665 N saylı aktın surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları R.A.Babayev, A.Alıyev və Rabitə Nazirliyinin nümayəndəsi S.Məmmədovun iştirakı ilə 28.03.2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov 29/42A ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 98 saylı mənzilinin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döymüşlər və mənzil sakini akta imza çəkməkdən imtina etmişdir. İş materiallarında olan 18.05.2015-ci il tarixli 3340 N saylı aktın surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları R.A.Babayev, E.F.Bəhrəmli və Rabitə Nazirliyinin nümayəndəsi S.Məmmədovun iştirakı ilə 18.05.2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov 29/42A ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 98 saylı mənzilinin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döymüşlər və mənzilin qapısını açan olmamışdır. İş materiallarında olan 27.02.2016-cı il tarixli 5429 N saylı aktın surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları F.E.Tarıverdiyev, E.E.Əsədov və Rabitə Nazirliyinin nümayəndəsi S.Məmmədovun iştirakı ilə 27.02.2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov 29/42A ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 98 saylı mənzilinin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döymüşlər və mənzil sakini etiraf etmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş arayışa əsasən, ünvan 4 ünvanda yerləşən mənzilin sahibi xx.xx.1965-ci ildə anadan olmuş Cavabdehdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 07.06.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı MMC ünvan 5 3340 N saylı akt tərtib olunanan qədər sonuncu dəfə 26.06.2014-cü il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 07.06.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı MMC ünvan 5 ünvanında KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə analoq yayım ilə 12.03.2011-ci il tarixindən başlanmışdır. İş materiallarında olan 006İNT********** saylı Bankdaxili qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən “Adalat” LLC-nin hesabına hüquqi xidmət və nəzarət (Cavabdeh) təyinatı ilə 150 manat köçürülmüşdür. İş materiallarında olan 09.12.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-in MAPS şöbəsinin 18.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 7 ünvanda KATV 1 kabel televiziyası xidmətlərinin göstərilməsinə analoq yayım ilə 12.03.2011-ci il tarixdən başlanılmışdır, 28.03.2013-cü il, 18.05.2015-ci il, 27.02.2016-cı il tarixlərdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsinin iştirakı ilə ünvanda kabel şəbəkəsinə baxış keçirilmiş, mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq 1665, 3340, 5429 saylı aktlar tərtib olunmuşdur, sonuncu akt tərtib olunduğu zaman, mənzil sakini qanunsuz qoşulmanı etiraf etmişdir, qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə 415,80 manat maddi ziyan vurulmuşdur. Həmçinin iddiaçı tərəfindən hüquqi xidmət və nəzarət məqsədilə "xxxx" MMC-yə 150 manat pul ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, 14.12.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Beləliklə məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 415,80 manat vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 596.20 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 415,80 manat zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat və 40 qəpik məbləğində bank xidməti haqqı olmaqla, ümumilikdə 596 (beş yüz doxsan altı) manat 20 (iyirmi) qəpik məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1420/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-1420/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver