Məhkəmə qərarları › İş №e-2(011)-1424/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1424/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1424/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı MMC (K@TV1) cavabdeh X3 qarşı (iddiaçının ərizəsi ilə X4 ilə əvəz edilmişdir) pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 59,40 manat məblğində vurulmuş zərərin, hüquqi xidmətin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün nümayəndəyə çəkilən xərclərə görə 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidmət haqqının, ümumilikdə 239,80 məbləğində pulun Cavabdeh tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə (bundan sonra – Mənzil) yaşayır. Mənzil X5 ilə 01.07.2015-ci il tarixdə bağlanmış müqavilə əsasında 11.04.2016-cı il tarixədək “K@TV 1” kabel şəbəkəsinə qoşulmuş və sonuncu tarixdə şəbəkədən ayrılmışdır. 08.10.2016-cı il tarixdə "xxxx" MMC-nin əməkdaşları tərəfindən, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin də iştirakı ilə Mənzilə baxış keçirilərkən Mənzilin K@TV 1” kabel şəbəkəsinə lazımi qaydada müqavilə bağlamadan qanunsuz qoşulması aşkar edilərək, bu barədə 6062 N saylı akt tərtib edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırılmışdır ki, K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri- yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il, 04.01.2018-ci il və 01.06.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 2013-cü ildən cavabdehə məxsusdur və orada yaşayır. Belə ki, 01.07.2015-ci il tarixdə həmin ünvanda yaşayan X5 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.03.2016-cı il tarixinədək etmiş və həmin ünvan 11.04.2016-cı il tarixdə 11,70 manat borc ilə şəbəkədən ayrılmışdır. 08.10.2016-cı il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini aktı imzalamaqdan imtina etmiş, bu barədə 6062 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 11.04.2016-cı il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 08.10.2016-cı il tarixə qədər olan müddət 180 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 59 manat 40 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC“ Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildiridi ki, 12.04.2016-cı il tarixdən 15.02.2020-ci il tarixədək Ailə TV-nin kabel televiziyasından istifadə edir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh iddiçıya məxsus kabel televiziyasına qanunsuz qoşulmadığını iddia etsə də, iddiaçı tərəfindən məhkəmədə tədqiq edilmiş video disk tədqiq edilərkən müəyyən edilmişdir ki, binanın pilləkən meydançasından iddiaçıya məxsus kabelə qoşulmaqla cavabdehin yaşadığı mənzilə əlavə kabel xətti çəkilmişdir. Cavabdeh əvvəl inkar etsə də, məhkmə baxışı zamanı video çəkliş aparılan mənzilin və səs yazısının ona məxsus olmasını etiraf etmişdir. Cavabdeh tərəfindən verilmiş arayışa görə, cavabdeh 12.04.2016-cı il tarixindən 15.02.2020-ci il tarixinədək cavabdeh “Ailə TV” televiziya xidmətinin istifadəçisi olmuş və Mənzil cavabdehə məxsus olmuşdur. Göründüyü kimi, işin qeyd edilən faktiki halları və adı çəkilən sübutlar əsasında müəyyən edilir ki, iddiaçıya məxsus kabel televiziya şəbəkəsinə qanunsuz qoşulma barədə 08.10.2016-cı il tarixli, 6062 N saylı akt tərtib edilərkən cavabdeh Mənzildə yaşamışdır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, 14.12.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. İşin halları ilə müəyyən edilir ki, Mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra, Mənzil iddiaçı ilə heç bir müqavilə bağlanmadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuş və bununla da nəzərdə tutulan abunə haqqını ödəmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmışdır. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilmisinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdeh isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi 59,40 manat məbləğində pul tələb edən iddiaçının tələbi əsaslıdır. Ona görə ki, həmin ünvanda yerləşən cavabdehin ünvanına sonuncu baxış keçirildiyi tarixdən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu tarixə qədər olan müddət 180 gün təşkil edir. Bu isə hər gün 30 qəpik maddi ziyan hesablanmaq şərti ilə 59,40 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçı tərəfindən 150 manat məbləğində nümayəndəyə çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, göstərilən məbləğ ağılabatan məbləğdə, yəni 60 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu, mütəxəsis və ekspert xərcləri iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 57%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 59,40 manat məbləğində, nümayəndəyə çəkilən xərclərin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti, ödənilmiş 17,10 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidmət haqqı X1 alınaraq "xxxx" MMC-yə (K@TV1) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 12,90 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar