Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1429/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 443.67 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidmət haqqının, ümumilikdə 624.07 manat məbləğində pulun tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22.08.2005-ci il tarixli, TR 057 saylı və 22.08.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayınlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar cəmiyyətlə müqavilə bağlamadan qanunsuz olaraq “KATV 1”-ə məxsus kabel şəbəkəsinə qoşulmuşdur. Bu qanunsuzluqların qarşısını almaq məqsədi ilə "xxxx" MMC tərəfindən “Ədalət A” hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il, 04.01.2018-ci il və 01.06.2019-cu il tarixlərdə hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş DİNBPQMİ-nin MAPS arayışına əsasən cavabdehə ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 04.02.2011-ci il tarixdə həmin ünvanda yaşayan cavabdehlə “AG Telecom MMC” arasında bağlanmı müqaviləyə əsasən mənzil KATV1 xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 12.11.2011-ci il tarixinədək etmiş və həmin ünvan 12.11.2011-ci il tarixində borcsuz şəbəkədən ayrılmışdır. 04.03.2013-cü il tarixində "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0893 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0893 KA saylı akt tərtib olunanadək sonuncu dəfə 04.10.2012-ci il tarixdə həmin ünvanda binaya baxış keçirilmişdir. ünvan 2 ünvana 07.07.2014-cü il, 28.05.2015-ci il və 14.01.2020-ci il tarixlərdə keçirilən qrafikdənkənar nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulma faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 1166N, 3505N və 8061N saylı aktlar tərtib edilmişdir. 1166N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 15.11.2013-cü il tarixdən, 3505N saylı akt tərtib edilənədək sonuncu dəfə 07.07.2014-cü il tarixdə 8061N saylı akt tərtib edilənədək isə sonuncu dəfə 14.02.2018-ci il tarixdə baxış keçirilmişdir. Qanunsuz qoşulma nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat və 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsəydi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 0893 KA saylı akt tərtib edilənədək son baxışın keçirildiyi 04.10.2012-ci il tarixdən həmin aktın tərtib olunduğu 04.03.2013-cü il tarixə qədər olan müddət 151 gün, 1166N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi 15.11.2013-cü il tarixdən təkrar qanunsuz qoşulma barədə 3505 saylı aktın tərtib olunduğu 28.05.2015-ci il tarixə qədər olan müddət 559 gün, 8061N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi 14.02.2020-ci il tarixə qədər olan müddət 699 gün olmaqla, cəmi 1409 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün müvafiq olaraq 30 qəpik (710 gün x 30qəpik=213 manat) və 33 qəpik (699 x33 qəpik=230.67 manat) maddi ziyan hesablamaq şərti ilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurduğu zərər 443 manat 67 qəpik təşkil edir. İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat pul ödəyir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə icraatın bütün mərhələlərində iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0893KA saylı, 04.03.2013-cü il tarixli, 1166N saylı, 07.07.2014-cü il tarixli, 3505N saylı, 28.05.2015-ci il tarixli və 8061N saylı, 14.01.2020-ci il tarixli aktların surətindən görünür ki, ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 102 saylı mənzili “KATV1” kabel şəbəkəsinə müvaqif müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş 26.01.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan X2 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 04.02.2011-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub, 12.11.2011-ci il tarixinədək isə son ödəməsini edib və 12.11.2011-ci il tarixində borcsuz şəbəkədən ayrılıb. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş 29.12.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında 0893KA saylı Akt tərtib olunana qədər sonuncu dəfə 04.10.2012-ci il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş 29.12.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında 1166n saylı Akt tərtib olunana qədər sonuncu dəfə 15.11.2013-cü il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş 26.01.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında 3505N saylı Akt tərtib olunana qədər sonuncu dəfə 07.07.2014-cü il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş 26.01.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında 8061N saylı Akt tərtib olunana qədər sonuncu dəfə 14.02.2018-ci il tarixində həmin binaya baxış keçirilmişdir. “AG Telekom “ MMC ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A unvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 04.02.2011-ci il tarixində həmin ünvan KATV Televiziyasının şəbəkəsinə qoşulmuş, 12.11.2011-ci il tarixində son ödəməsini etmiş və 12.11.2011-ci il tarixində isə borcsuz şəbəkədən ayrılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh M.Hadi küçəsi, məhəllə 2942 ünvanında yerləşən 102 saylı mənzildə qeydiyyatdadır. İş materialarında olan 19.10.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 150 manat məbləğində vəsait "xxxx" MMC-nin hesabına ödənilmişdir. Göründüyü kimi, Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildə yaşayır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi aktdan da görünür ki, həmin tarixdə kabel şəbəkəsinə baxış keçirilərkən ünvan 5 ünvanında yerləşən mənzilində “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı, Cavabdeh ilə bağladığı müqaviləyə xitam verdikdən və həmin mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra, mənzilin sakini və iş üzrə cavabdeh iddiaçı ilə heç bir müqavilə bağlamadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuş və bununla da nəzərdə tutulan abunə haqqını ödəmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmışdır. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilmisinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdeh isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi 443.67 manat məbləğində pul tələb edən iddiaçının tələbi əsaslıdır. Ona görə ki, cavabdehin şəbəkədən ayrıldığı, 12.11.2011ci il tarixdən, qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 14.01.2020-ci il tarixə qədər olan müddət 1409 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün müvafi olaraq 30 qəpik (710 gün x 30 qəpik =213 mana) və 33 qəpik (699 gün x 33 qəpik=230.67 manat) maddi ziyan hesablanmaq şərti ilə 443.67 manat məbləğində təşkil edir. Belə ki, kabel televiziyasının xidmətindən istifadə üçün aylıq abunə haqqı xidməti 31.08.2015-ci il tarixinədək 9 manat, 01.09.2015-ci il tarixindən etibarən isə 10 manat təşkil edir. Gündəlik abunə haqqı isə 33 qəpik təşkil edir. Həmin hesabla bu məbləğ 443.67 manat təşkil edir. Bununla da, 443.67 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından zərər anlayışı ilə əhatə olunur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, 14.12.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, X1 “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 443.67 manat abunə haqqı qismində vurulmuş zərəri əvəzinin tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçı tərəfindən 150 manat məbləğində hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 150 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində, iddiaçıya məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunun ödənilməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 443.67 (dörd yüz qırx üç manat altmış yeddi qəpik) manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat, ümumilikdə 624.07 (altı yüz iyirmi dörd manat yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-yə (KATV 1) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1429/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1429/2022
18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver