Məhkəmə qərarları › İş №e-2(011)-147/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-147/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-147/2025 02.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və X4 qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00001-16\20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 51934.09 manat əsas borc, 28142.94 manat faiz borcu, 2596.70 manat dəbbə borcu, ümumilikdə 82673.73 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 339 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 ilə bağlanan xx.xx.2019-cu il tarixli, DENG-00154-16/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ üzrə ƏlCavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F, 8 (yeni qaydalarla AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 141, M3) saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nigar Yusifli iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-ci il tarixli, DEN- 00154-16/19A saylı Əsas kredit müqaviləsi bağlanmışdır, bank tərəfindən cavabdehə 60 ay müddətinə, maksimal dərəcəsi 35(otuz beş) faiz olmaqla, xx.xx.2024-cü il tarixinədək əlavə müqavilələr bağlanmaqla 100000 AZN məbləğində kredit verilə biləcəyi razılaşdırılmışdır. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli DEN-A0154-16\19A saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, 24 ay müddətinə, 18 faiz olmaqla,50000 AZN məbləğində krdit verilmişdir, Cavabdeh2 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2021-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən, 36 ay müddətinə,18 faiz olmaqla, 100000 AZN məbləğində kredit verilmişdir və Cavabdeh2 isə həmin kreditdən DEN-A0154-16\19A saylı və DEK-00154-16\19A saylı kreditlərin bağlanması məqsədilə istifadə etməyi və onu 3 ay güzəşt müddəti daxil olmaqla, xx.xx.2023-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli RPZ-00001- 16\20A saylı kredit müqaviləsinə əlavə saziş imzalanmışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixində iddiaçıyla DENZ-00154-16\19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 xx.xx.2019-cu il tarixli DEN-A0154-16\19A saylı kredit müqaviləsinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2019-cu il tarixində iddiaçıyla DENG-00154- 16/19A saylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, 39F, 8 saylı (yeni qaydalarla AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 141, M3 ünvanlı) mənzili 28.12..2019-cu il tarixli DEN-00154-16/19A saylı kredit müqaviləsi (əlavə kredit müqavilələri) üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DENG-00154-16/19A saylı ipoteka müqaviləsinə əsasən, Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur, cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir, dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur, kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləği ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razılaşırlar. X6 qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbini əsas borc məbləği hissəsində qəbul edirlər, lakin faiz məbləği və cərimə borcu ilə razı deyil, həmçinin mənzilin rəydə göstərilmiş qiyməti ilə də razı deyil, mənzilin real qiyməti rəydə göstəriləndən dəfələrlə çoxdur. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bank "xxxx" ASC ilə arasında xx.xx.2019-cu il tarixli DEN-00154-16/19A saylı Əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən kredit alana illik maksimum 35%-lə 60 ay müddətinə 100000 manat məbləğinədək kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, DEN-A0154-16\19A saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, 24 ay müddətinə, 18 faiz olmaqla, 50000 AZN məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il RPZ-00001-16\19A saylı kredit müqaviləsinə əlavə sazişə əsasən, Bank "xxxx" ASC Cavabdeh2 36 ay müddətinə, 18 faiz olmaqla, 100000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DENZ-00154-16\19A saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 xx.xx.2019-cu il tarixli DEN-A0154-16\19A saylı kredit müqaviləsinə zamin durmuşdur və borcalanın öhdəliklərini tam həcmdə lazımi qaydada yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DENG-00154-16/19A saylı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 2324-cü məhəllə,Məhəmməd Hadi küçəsi, 39F, mənzil 8 (yeni qaydalarla AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 141, M3, m3 ünvanlı) Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli DEN-00154-16/19A saylı Əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayana ipotekaya qoyulmuşdur. İş materiallarında olan X3 tərəfindən verilmiş **********605 saylı Ərizədən görünür ki, X3 Bakı şəhəri, Xətai rayonu, 2324-cü məhəllə,Məhəmməd Hadi küçəsi, 39F, mənzil 8-in (yeni qaydalarla AZ 1149, ünvan 2 ipotekaya qoyulmasına razıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 100000 manat məbləğində pulu iddiaçıdan təhvil almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 50000 manat məbləğində pulu iddiaçıdan təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2324-cü məhəllə,Məhəmməd Hadi küçəsi, 39F, mənzil 8 (yeni qaydalarla AZ 1149, ünvan 2 xx.xx.2019-cu il tarixindən Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2324-cü məhəllə,Məhəmməd Hadi küçəsi, 39F, mənzil 8 (yeni qaydalarla AZ 1149, ünvan 2 xx.xx.2019-cu il tarixindən Cavabdeh2 adına qeydiyyata alınmışdır və xx.xx.2024-cü il tarixədək Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 141, M3, m3 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarından görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 bildiriş məktubu göndərilməklə ondan 2 gün müddətində borcunu ödəməsi tələb edilmiş, əks halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət edəcəyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh2 banka əsas borc məbləği 51934.09 manat, ümumi faiz borcu 28142.94 manat, dəbbə borcu 2596.70 manat, cəmi borc 82673.73 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı Mədaxil Qəbzindən görünür ki, Bank "xxxx" ASC tərəfindən 339 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 2019-cu ildə “Qiymətləndimə və Hüquq Xidmətləri“ MMC tərəfindən verilmiş X4 məxsus Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2324-cü məhəllə,Məhəmməd Hadi küçəsi, 39F, mənzil 8 (yeni qaydalarla AZ 1149, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 145000 manat, likvid dəyəri 125000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/10595 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00001- 16\20A saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 53964.77 manat, faiz borcu 15595.42 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/3922 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00001- 16/20A saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olduğu kredit borcu xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 53964.77 manat, faiz borcu 15595.42 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/8088 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00001- 16/20A saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olduğu kredit borcu xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 53964.77 manat, faiz borcu 15595.42 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9\3924 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2324-cü məhəllə,Məhəmməd Hadi küçəsi, 39F, mənzil 8 (yeni qaydalarla AZ 1149, ünvan 2 ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 185000 AZN təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında 36 ay müddətinə illik 18 faiz olmaqla 100000 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2019-cu il tarixli DEN-00154-16/19A saylı Əsas kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən, Cavabdeh2 100000 manat məbləğində pulu bankdan təhvil alaraq götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq eyni tarixli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən mənzil Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir, həmçinin kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır, müqavilənin müddəti müəyyən edilməmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və onun hazırda banka ödənilməmiş əsas, faiz və cərimə borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, müqavilə üzrə əsas borc məbləğini, ekspertin həmin məbləğlər üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğlərə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən əsas borc məbləği iddia tələbində göstərilən məbləğlərdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği üzrə 51934,09 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, Kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən xx.xx.2023-cü il tarixli 9/4229 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehlərin kredit müqaviləsi üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 15595,42 manat həddində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2019-cu il tarixli DEN-00154-16/19A saylı kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 1500 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, mənzilin likvid dəyərini müəyyən edərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/3924 saylı Ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, mənzilin likvid dəyəri ekspertin gəldiyi nəticəyə uyğun olaraq 185000 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə, digər cavabdeh olan zamin-Cavabdeh1 xx.xx.2019-cu il tarixli, DENZ- 00154-16/19A saylı zaminlik müqaviləsi üzrə öhdəliklərinə münasibətdə hesab edir ki, zaminlik müqaviləsi və əsas müqavilə xx.xx.2019-cu il tarixində bağlandığından və onun bitmə vaxtı göstərilmədiyindən və qanunvericiliyin tələblərinə uyğun olaraq zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyindən, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, DEN-A0154-16\19A saylı kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli DEN-00154-16/19A saylı kredit müqaviləsi üzrə Cavabdeh2 əsas borc üzrə 51934.09 manat, faiz borcu üzrə 15595.42 manat və 1500 manat məbləğində dəbbə pulu, cəmi 69029.51 manat məbləğində borc Bank "xxxx" ASC-yə ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, Bakı şəhəri, mənzilin qiyməti 185000 manat müəyyən olunmalı, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitdən cavabdehin Bank "xxxx" ASC-yə olan borcu silinməli, satışdan əldə olunan pul qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməli, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməklə mənzil boşaldılaraq təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 297.09 manat Cavabdeh2 aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat, məhkəmə-tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli DEN-00154-16\19A saylı kredit müqaviləsinə əsasən, əsas borc kimi 51934.09 manat, faiz borcu kimi 15595.42 manat, cərimə borcu kimi 1500 manat, cəmi 69029.51 (altmış doqquz min iyirmi dqoquz) manat 51 (əlli bir) qəpik məbləğində pul vəsaiti, dövlət rüsumu qismində ödənilmiş 297 (iki yüz doxsan yeddi) manat 09 (doqquz) qəpik tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və borc Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 141, M3 ünvanında yerləşən mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 141, M3 ünvanında yerləşən mənzilin likvid dəyəri 185000( yüz səksən beş min) manat müəyyən edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, DENZ-00154-16\19A saylı müqaviləsi üzrə zaminliyinə xitam verilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Cavabdeh2 məhkəmə-mühasibatlıq və məhkəmə-tikinti-texniki ekspertizalarının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar