Məhkəmə qərarları › İş №e-2(011)-150/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-150/2024

03.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-150/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəiyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Koroğlu” MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9427,20 AZN maddi ziyan və ödənilmiş 123 AZN dövlət rüsumunun , ümumilikdə 9550,20 (doqquz min beş yüzəllimanat iyirmi qəpik) AZN məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, tərəflər borcun ödənilməsi barədə razılığa gəliblər, onlar arasında bununla bağlı xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanıb, hazırda tərəflər Barışıq Sazişinin təsdiq edilməsini xahiş edirlər. Sonda Nümayəndə Barışıq Sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh mübahisənin həlli barədə tərəflər arasında razılıq əldə olunduğundan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli ”Barışıq sazişi” bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, tərəflərin barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191 və 261-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Biz, aşağıda imza edənlər: gələcəkdə birlikdə Tərəflər adlandırılan, bir tərəfdən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, ikinci tərəfdən Cavabdeh bu müqaviləni Azərbaycan Respubliaksının MPM-nin 191.1-191.2-ci, Mülki Məcəllənin 881-ci maddələriə əsasən aşağıdakı şərtlərlə bağladıq:

1. Bu Müqaviləyə əsasən Tərəflər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) icraatında olan 2(011)-150/2024 mülki iş üzrə öz aralarında olan hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

2. Tərəflər bildirirlər ki, ikinci tərəf Cavabdeh 2019-2021-ci il tarixlərində ticarət nümayəndəsi işlədiyi müddətdə işində yaranmış kəsirlə əlaqədar 9400 (doqquz min dörd yüz) manat borcu vardır.

3. Tərəflər bildirirlər ki, bununla bağlı İddiaçı MMC-nin iddia ərizəsi üzrə 2(011)- 150/2024 mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) icraatındadır.

4. Tərəflər bildirirlər ki, ikinci tərəf Cavabdeh MMC-yə olan borcundan Sazişi bağlandığı 02 may 2024-cü il tarixədək 210 (iki yüz on) manat ödəmişdir,hazırda borcu 9180 (doqquz min yüz səksən) manat təşkil edir.

5. Tərəflər kəsir (borc) məbləği kimi qalan 9180 (doqquz min yüz səksən) manat pulun aya 210 manat olmaqla 44 ay müddətində ödənilməsi barədə razılığa gəlirlər.

6. Tərəflər habelə razılığa gəlirlər ki, İddiaçı MMC-nin Cavabdeh qarşı bu iş üzrə və sair digər tələblə bağlı heç bir tələb və iddia irəli sürməyəcək.

7. Bu müqavilənin şərtləri icra olunduğu andan etibarən tərəflər sazişdə göstərilənlərə dair bir-birlərinə qarşı heç bir tələb və iddia irəli sürməyəcəklərini qəbul edirlər.

8. Bu müqavilə bağlandığı andan qüvvəyə minir.

9. Bu müqavilə bağlandığı andan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilir və Bakı şəhəri Xətai Rayon Məhkəməsi bu müqaviləni Qərardadla təsdiq edir.

10. Bu müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi, onlardan biri Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim etmək və Tərəflərdə saxlanılması məqsədi ilə Tərəflərə verilir. Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunur və onlar bu nəticələrlə razılaşırlar. Koroğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə e-2(011)-150/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar