Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1505/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “X2” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan “X2” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan “X2” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməni əvvəlcədən məlumatlandırmamışdırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan “X2” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, mülki iş baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən X1 vasitəsilə 14221103 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 12 dekabr 2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 55,05 manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “X2” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ləğv prosesində olan “X2” ASC (VÖEN: **********) tərəfindən X1 vasitəsilə 14221103 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 12 dekabr 2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 55,05 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1505/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1505/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver