Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-151/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, borcun satışdan əldə edilmiş vəsait hesabına ödənilməsi, əldə edilən vəsait yetməzsə qalan məbləğin cavabdehdən tutulması” tələbinə, Cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İlkin iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 manat məbləğində əsas borcun, ödənilmiş 272 manat məbləğində dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 320 manat məbləğində pulun cavabdeh İddiaçı İddiaçı xeyrinə tutulması, tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsinin 1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə 60.000 manat məbləğində pul borc verilmişdir. Cavabdeh həmin Müqavilənin 2-ci bəndinə əsasən borcu xx.xx.2023-cü ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzil Bakı şəhəri, 14 saylı notariat ofisində 15 dekabr 2022-ci il tarixdə reyestrdə 3M/100 nömrə ilə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin Müqavilənin 9.1-ci və 9.2-ci bəndlərinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, eləcə də ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda “İpoteka haqqında" Qanunun 38.2-ci maddəsinə əsasən açıq bazar, ipoteka predmeti bu qaydada satılmadığı halda məcburi icra tədbirləri çərçivəsində hərrac vasitəsilə özgəninkiləşdiriləcəkdir. Kredit müqaviləsi üzrə borc xx.xx.2023-cü il tarixinədək ödənilməli olduğu halda, cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı cavabdehə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu ilə müraciət edilərək ona bildirilmişdir ki, 10 təqvim günü ərzində 60.000 manat məbləğində borcunuzu tam ödəyəsiniz, əks halda, borcun qaytarılması və borcun ödənilməsinin mənzilinizin məcburi qaydada satılması yolu ilə təmin edilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət ediləcəkdir. Cavabdeh tərəfindən həmin xəbərdarlıq məktubuna cavab verilməmiş, eləcə də kredit borcu ödənilməmişdir. Ona görə də İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 manat məbləğində əsas borc, ödənilmiş 272 manat məbləğində dövlət rüsumu və vəkil xidmətləri üçün ödənilmiş 320 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Daha sonra ilkin iddia üzrə iddiaçının vəkili Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 (altmış min) manat məbləğində əsas borcun, 3.000 manat bank faizinin, ödənilmiş 279 (iki yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçının vəkili Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 (altmış min) manat məbləğində əsas borcun, ödənilmiş 279 (iki yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin tam rədd edilməsi və Cavabdeh ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli kredit müqaviləsinin və eyni tarixli ipoteka müqaviləsinin etibarsızlığının müəyyən edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçılə iddiaçı Cavabdeh arasında müştərək qaydada biznes qurmaq və hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq birgə gəlir əldə etmək məqsədilə razılıq əldə olunmaqla şifahi qaydada "adi ortaqlıq" müqaviləsi bağlanmışdır. Bağlanmış həmin müqavilə AR Mülki Məcəlləsində tənzimlənməyən atipik müqavilə olsa da qanunvericiliyin imperativ tələblərinə uyğun olmaqla AR Mülki Məcəlləsinin 390.1-ci maddəsinin tələbi ilə (onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər) tam əhatə olunmuşdur. Məlum olduğu kimi müqavilə azadlığı prinsipi öz içərisində müqavilələrin forma sərbəstliyi prinsipini də əhatə etdiyinə görə və ortaqlıq müqaviləsi qanunvericiklə tənzimlənmədiyinə görə onun şifahi bağlanmasına yol verilir. Eyni zamanda bu cür fəaliyyət AR Vergi Məcəlləsinin 137-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən "hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə mənfəəti (xərclər çıxılmaqla gəliri) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən mənfəəti (xərclər çıxılmaqla gəliri) bu fəaliyyətin iştirakçıları arasında bölürlər". Adi şirkətin (hüquqi şəxs olmayan şirkət) qurulmasına dair bağlanmış şifahi ortaqlıq müqaviləsinə əsasən iddiaçı və cavabdeh ortaq bir məqsəd uğrunda əmək və sərmayələrini birləşdirmək üçün bir-birlərinə qarşı öhdəlik götürmüşdürlər. Müqaviləyə əsasən cavabdeh birgə sahibkarlıq fəaliyyətinə (ortaqlığa) sərmayəsini, iddiaçı isə əməyini qoymağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən "tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər". İddiaçı və cavabdeh arasında hüquqi şəxs olmayan şirkət yaradılmasına dair sözügedən müqavilə özlüyündə kommandit ortaqlığın ünsürlərini daşıyır. Belə ki, həmin məcəllənin 82-ci maddəsinə əsasən kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı - maya qoyanı (kommanditçi) vardır. Deməli iddiaçı və cavabdeh arasındakı müqavilə şərtlərində olduğu kimi kommandit ortaqlığın şərtlərinə əsasən tam ortaq sahibkarlıq fəaliyyətini həyata keçirir, öz əmlakı ilə məsuliyyət daşıyır və ortaqlıq üçün əməyini sərf edir. Kommandit ortaq isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində iştirak etmir, əmlakı ilə məsuliyyət daşımır, yalnız ortaqlığa sərf etdiyi sərmayə məbləğində risk daşıyır, yəni uğursuz fəaliyyət nəticəsində həmin sərmayənin itirilməsinə dözmək vəzifəsi mövcuddur. Eyni ilə kommandit ortaqlıqda olduğu kimi iddiaçı və cavabdeh arasında hüquqi şəxs yaratmadan ortaqlıq müqaviləsi ilə qurulmuş ortaqlıqda da iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsi, ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıması, cavabdehin isə qoyduğu sərmayə həddində risk daşıması müəyyən edilmişdir. Daha sonra tərəflər şifahi ortaqlıq müqaviləsi ilə qurduqları münasibəti yazılı qaydada təsdiq etmək məqsədilə 15 dekabr 2022-ci il tarixində notarial təsdiqli kredit müqaviləsi və ipoteka müqaviləsi bağlamışdırlar. Həmin müqavilələr aşağıda göstərilən səbəblərə görə etibarsızdır. Belə ki, şəxslərin hüquqi nəticə əmələ gətirən iradə ifadələrinə hüquqi baxımdan əhəmiyyət verildiyi üçün bu iradə ifadələri hüquqi məcburiyyət əmələ gətirir. Bu cür məcburiyyətin başlıca məqsədlərindən biri şəxslərin həmin iradələrlə bağlı real istəklərini təmin etməkdir. Ona görə də Mülki Məcəllə şəxslərin bağladıqları əqdləri tanımağa və onu qorumağa təminat verir. Əgər ifadə həqiqi iradənin ziddinədirsə, deməli həmin ifadə (əqd) qorunmağa layiq deyildir. Məhz buna görə də Mülki Məcəllənin 340.2-ci maddəsi sırf görünüş üçün bağlanmış və başqa əqdi pərdələmək məqsədi güdən yalan əqdin əhəmiyyətsiz olduğunu bildirmişdir. Həmin maddəyə əsasən "yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir". 15 dekabr 2022-ci il tarixli kredit müqaviləsi əslində tərəflər arasındakı şifahi ortaqlıq müqaviləsini pərdələmək, həmin müqaviləni yazılı qaydada təsdiq etmək məqsədilə bağlanmışdır. Sözügedən müqavilənin yalan əqd hesab edilməsi üçün bütün şərtlər gerçəkləşmişdir: 1. Şifahi qaydada ortaqlıq müqaviləsi və notarial qaydada kredit müqaviləsi olmaqla iki ayrı əqd bağlanmışdır. 2. Bu əqdlərdən biri (ortaqlıq müqaviləsi) onu bağlayanların həqiqi iradəsini əks etdirməsinə baxmayaraq gizlədilmişdir. 3. Bu əqdlərdən digəri isə (kredit müqaviləsi) sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmışdır. İşın hallarından məlumdur ki, iddiaçı və cavabdeh arasındakı münasibətlər birgə sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədi ilə və hər iki tərəf üçün qarşılıqlı öhdəlik müəyyən edən sinallaqmatik, eyni zamanda başqa əqdin ünsürünü özündə ehtiva edan və sui-generis (özünəməxsus) şərtləri olan ortaqlıq müqaviləsi ilə qurulmuşdur. Cavabdeh tərəfindən ortaqlığa təqdim edilən sərmayə məbləği MM-nin 82-ci maddəsində göstərildiyi qaydada onun ortaqlığın fəaliyyətinə dair risklərinin və məsuliyyətinin son həddini təşkil edir. Bu isə o deməkdir ki, cavabdeh eyni ilə kommandit ortaq kimi təqdim etdiyi sərmayə həcmində məsuliyyət daşıyır və onun itkisinə görə eyni ilə tam ortaq kimi məsuliyyət daşıyan iddiaçıdan sərmayəsini geri tələb edə bilməz. Burada öhdəliklər qarşılıqlı (sinallaqmatik) olduğundan iddiaçı da eyni qaydada ortaqlığa sərf etdiyi əməyinin qarşılığını cavabdehdən tələb edə bilməz. Qanunun analogiyası əsasında münasibətə tətbiq olunmalı olan Mülki Məcəllənin 84.2-ci maddəsinə əsasən "maya qoyanların kommandit ortaqlığının idarə edilməsində və işlərinin aparılmasında iştirak etmək, onun adından etibarnaməsiz çıxış etmək ixtiyarı yoxdur. Onlar ortaqlığın idarə edilməsi və işlərinin aparılması üzrə tam ortaqlarım hərəkətləri barəsində mübahisə edə bilməzlər". Belə olan halda tərəflər arasında bağlanmış əvəzsiz öhdəlik müəyyən edən 15 dekabr 2022-ci il tarixli asinallaqmatik kredit müqaviləsi tərəflərin həqiqi iradələrini əks etdirmədiyinə görə yalan əqddir və etibarsızdır (əhəmiyyətsizdir) Mülki Məcəllənin 397.3-cü maddəsinə əsasən müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli (simallaqmatik) olduğu ehtimal edilir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bağlanmış ipoteka müqaviləsi isə əsas öhdəliyin etibarsızlığı səbəbinə görə etibarsızdır. Belə ki, İpoteka haqqında AR qanununun 10.1-ci maddəsinin son cümləsinə əsasən "əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Tərəflərin izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı tələbini müdafiə edərək onun təmin edilməsini və ilkin iddia tələbinin rədd edilməsini xahiş etmiş, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İşin faktiki halları: İddiaçı ilə Cavabdeh arasında 15 dekabr 2022-ci il tarixdə bağlanmış notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 60.000 manat məbləğində borc vermiş, Cavabdeh krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kredit faizsiz verilmişdir. İddiaçı ilə Cavabdeh arasında 15 dekabr 2022-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 32.06 kv.m olan 2 otaqlı mənzili ünvan 2t ofisində 15 dekabr 2022-ci il tarixdə reyestrdə 3M/100 nömrə ilə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 80.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan əmlak İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2780/2024 saylı 15 mart 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Daha sonra Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli kredit müqaviləsinin və eyni tarixli ipoteka müqaviləsinin etibarsızlığının müəyyən edilməsinə dair, 100 (yüz manat qəpik) manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2630/2024 saylı 02 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə ekspertiza keçirilməsindən imtina edilməsi barədə məlumatı 18 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu səbəbdən məhkəmənin 01 may 2025-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən əmlaka dair qiymətləndirmənin aparılması üçün mütəxəssis cəlb edilmiş və iş materialları rəy verilməsi üçün "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC-nin 12 may 2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 90.000 manat, likvid dəyəri 81.000 manat təşkil edir. Ekspertiza xərci olaraq 400 manat təyin edilmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: 27.3-cü madddəsinə əsasən, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə verilmiş iddia tələblərinə ayrı-ayrı qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə ilkin iddia tələbinin İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 manat məbləğində əsas borcun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materialları əsasında müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə əsasında iddiaçı cavabdehə 60.000 manat borc vermiş, cavabdeh həmin borcu qaytarmasına dair öhdəliyi icra etməmiş, borcu müqavilədə müəyyən edilmiş müddətdə qaytarmamışdır. Odur ki, öhdəliyi icra etməmiş borcludan həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilkin iddia tələbinin tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mənzilin dəyərinə dair rəy verilmədiyindən məhkəmə mütəxəssis tərəfindən təqdim edilmiş rəyi sübut qismində qəbul edir. İş materiallarında olan "xxxx" MMC-nin 12 may 2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 90.000 manat, likvid dəyəri 81.000 manat təşkil edir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə mütəxəssis tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin vəkil xidmətləri üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hüquqi xidmətin göstərilməsi üçün vəkil bürosunun hesabına 320 manat ödəniş etmişdir. Odur ki, çəkilmiş xərcin əvəzi olaraq 320 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd ki, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Hazırkı işin araşdırılması zamanı müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş dispozitiv şərtlərdən heç birinin mövcud olmadığı müəyyən edilmişdir. Odur ki, yuxarıda istinad olunlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin oluna bilməz. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 manat məbləğində əsas borc Cavabdeh İddiaçı xeyrinə tutulmalı, tutma tərəflər arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməli, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilin ilkin satış qiyməti 81.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 270 manat, Cavabdeh isə 100 manat dövlət rüsumu ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün müəyyən edilmiş 400 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, Cavabdeh ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməli, İddiaçı ödədiyi 270 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün müəyyən edilmiş 400 manat vəsait Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 (altmış min) manat məbləğində əsas borc, dövlət rüsumunun əvəzi olan 270 (iki yüz yetmiş) manat və mütəxəssis xərcinin əvəzi olan 400 (dörd yüz) manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Tutma tərəflər arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracda satılsın, kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilin ilkin satış qiyməti 81.000 (səksən bir min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Cavabdeh ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-151/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-151/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver