Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1524/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, URGUP-YUMSAQ-KUNC-SG-DALLAS, TRANSFORMER-JURNAL üçün 1359,88 manat ödənilməmiş hissə, 135,12 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MOR ACELİYA-METBEX-MASA-NM, 6 ƏDƏD MOR ACELİYA-METBEX STUL-NM üçün 647,36 manat ödənilməmiş hissə, 64,64 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ REDMİ NOTE 11 markalı telefon, 2 ədəd vinil şəffaf, AİWA AT-X80Q PİNK markalı qulaqlıq üçün 365,7 manat ödənilməmiş hissə, 36,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********20000 SAMSUNG GALAXY A22 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A22, AKAMİ CLEAR CASE SAMSUNG A22 üçün 23,87 manat ödənilməmiş hissə, 2,13 manat cərimə borcu olmaqla, ümumilikdə 2635 manat borc, 46,35 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC–yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3844 manat , URGUP-YUMSAQ-KUNC-SG- DALLAS, TRANSFORMER-JURNAL üçün ümumilikdə, 1495 manat olmaqla ondan 1359,88 ödənilməmiş hissə, güzəşt olunaraq 135,12 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 918 manat MOR ACELİYA-METBEX-MASA-NM, 6 ƏDƏD MOR ACELİYA-METBEX STUL-NM üçün ümumilikdə 712 manat olmaqla ondan 647,36 manat ödənilməmiş hissə, güzəşt olunaraq 64,64 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 891,52 manat, XİAOMİ REDMİ NOTE 11 markalı telefon, 2 ədəd vinil şəffaf, AİWA AT-X80Q PİNK markalı qulaqlıq üçün ümumilikdə, 402 manat olmaqla ondan, 365,7 manat ödənilməmiş hissə, güzəşt olunaraq 36,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 777,96 manat, İmei kodu **********20000 SAMSUNG GALAXY A22 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A22, AKAMİ CLEAR CASE SAMSUNG A22 üçün ümumilikdə, 26 manat olmaqla ondan, 23,87 manat ödənilməmiş hissə, güzəşt olunaraq 36,3 manat cərimə borcu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4034,67 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrdən görünür ki, URGUP-YUMSAQ-KUNC-SG-DALLAS, TRANSFORMER-JURNAL, MOR ACELİYA-METBEX-MASA-NM, 6 ƏDƏD MOR ACELİYA-METBEX STUL-NM, XİAOMİ REDMİ NOTE 11 markalı telefon, 2 ədəd vinil şəffaf, AİWA AT-X80Q PİNK markalı qulaqlıq və İmei kodu **********20000 SAMSUNG GALAXY A22 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A22, AKAMİ CLEAR CASE SAMSUNG A22 müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, URGUP- YUMSAQ-KUNC-SG-DALLAS, TRANSFORMER-JURNAL, MOR ACELİYA-METBEX- MASA-NM, 6 ƏDƏD MOR ACELİYA-METBEX STUL-NM, XİAOMİ REDMİ NOTE 11 markalı telefon, 2 ədəd vinil şəffaf, AİWA AT-X80Q PİNK markalı qulaqlıq və İmei kodu **********20000 SAMSUNG GALAXY A22 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A22, AKAMİ CLEAR CASE SAMSUNG A22 Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021ci il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə URGUP-YUMSAQ-KUNC-SG-DALLAS, TRANSFORMER-JURNAL üçün borcu 1359,88 manat ödənilməmiş hissə, 135,12 manat cərimə borcu olmaqla, ümumilikdə 1495 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə XİAOMİ REDMİ NOTE 11 markalı telefon, 2 ədəd vinil şəffaf, AİWA AT-X80Q PİNK markalı qulaqlıq üçün borcu 365,7 manat ödənilməmiş hissə, 36,3 manat cərimə borcu, ümumilikdə 402 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə MOR ACELİYA-METBEX- MASA-NM, 6 ƏDƏD MOR ACELİYA-METBEX STUL-NM üçün borcu 647,36 manat ödənilməmiş hissə, 64,64 manat cərimə borcu, ümumilikdə 712 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********20000 SAMSUNG GALAXY A22 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A22, AKAMİ CLEAR CASE SAMSUNG A22 üçün borcu 23,87 manat ödənilməmiş hissə, 2,13 manat cərimə borcu, ümumilikdə 26 manat olmaqla, cəmi 2635 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Cavabdeh borcunu ödəməsinə dair xəbərdarlıq məktubu göndərmiş, cavabdehdən borcunu qısa bir zamanda ödəməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 46,35 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında URGUP-YUMSAQ-KUNC-SG-DALLAS, TRANSFORMER- JURNAL-a dair xx.xx.2021-ci il tarixdə, MOR ACELİYA-METBEX-MASA-NM, 6 ƏDƏD MOR ACELİYA-METBEX STUL-NM-a dair xx.xx.2022-ci il tarixdə, XİAOMİ REDMİ NOTE 11 markalı telefon, 2 ədəd vinil şəffaf, AİWA AT-X80Q PİNK markalı qulaqlıqa dair xx.xx.2022-ci il tarixdə, İmei kodu **********20000 SAMSUNG GALAXY A22 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A22, AKAMİ CLEAR CASE SAMSUNG A2-yə dair xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı isə ödəniş cədvəli ilə müəyyən olunmuş aylıq ödənişləri yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur, hazırda cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə iddiaçıya olan borcu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1359,88 manat ödənilməmiş hissə, 135,12 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 647,36 manat ödənilməmiş hissə, 64,64 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 365,7 manat ödənilməmiş hissə, 36,3 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 23,87 manat ödənilməmiş hissə, 2,13 manat cərimə borcu olmaqla, ümumilikdə 2635 manat təşkil edir, iddiaçı tərəfindən cavabdehə borcunun olması və onun ödənilməli olması barədə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1359,88 manat ödənilməmiş hissə, 135,12 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 647,36 manat ödənilməmiş hissə, 64,64 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 365,7 manat ödənilməmiş hissə, 36,3 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 23,87 manat ödənilməmiş hissə, 2,13 manat cərimə borcu olmaqla, ümumilikdə 2635 manat borc məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 46,35 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, URGUP-YUMSAQ-KUNC-SG-DALLAS, TRANSFORMER-JURNAL üçün 1359,88 manat ödənilməmiş hissə, 135,12 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MOR ACELİYA-METBEX-MASA-NM, 6 ƏDƏD MOR ACELİYA-METBEX STUL-NM üçün 647,36 manat ödənilməmiş hissə, 64,64 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ REDMİ NOTE 11 markalı telefon, 2 ədəd vinil şəffaf, AİWA AT-X80Q PİNK markalı qulaqlıq üçün 365,7 manat ödənilməmiş hissə, 36,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********20000 SAMSUNG GALAXY A22 markalı telefon, PİKO FULL GLASS SAMSUNG A22, AKAMİ CLEAR CASE SAMSUNG A22 üçün 23,87 manat ödənilməmiş hissə, 2,13 manat cərimə borcu olmaqla, ümumilikdə 2635 (iki min altı yüz otuz beş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat 35 (otuz beş) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1524/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1524/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver