Məhkəmə qərarları › İş №e-2(011)-1527/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1527/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1527/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X2, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1289,18 manat əsas, 329,09 manat faiz, borcu olmaqla, cəmi 1618,27 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 36,18 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, kredit müqaviləsini mübahisələndirdiyini, müqavilənin etibarsız hesab olunması tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-4412/2024 saylı mülki iş üzrə yekun qərar qəbul edilənək hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1527/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh və X1 cavabdeh İddiaçı ASC-yə qarşı onlayn qaydada bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəsini alanadək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı ASCnin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair 2(011)- 1527/2025 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Hazırda iddiaçı məhkəməyə yazılı vəsatət verərək, mülki işin Nəsimi Rayon Məhkəməsinin icraatında olan işə birləşdirilməsi üçün Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh mülki işin kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işlə birləşdirilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə vəsatətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi və həmin kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işlər bir-biri ilə əlaqəli olduğundan kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş Nəsimi Rayon Məhkəməsində ilkin olaraq icraata qəbul edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə birləşdirilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 257, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair 2(011)-1527/2025 saylı mülki iş Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh və X1 cavabdeh İddiaçı ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(006)-480/2025 saylı mülki işə birləşdirilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar