Məhkəmə qərarları › İş №e-2(011)-1555/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1555/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1555/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında 41 saylı Dövlət Notariat ofisində 21 dekabr 2021-ci il tarixli Kredit (Borc) müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən iddiaçı, “Borc verən” N.Əliyeva, “Borc alan” L.Tahirovaya 17000 manat faizsiz borc vermişdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən alınmış borcu 21 yanvar 2022-ci il tarixədək qaytarmalı olduğu halda, bu barədə ona dəfələrlə şifahi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, bugünədək öhdəliyini qərəzli olaraq icra etməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh Hümmətova (Tahirova) Lalə Rauf qızından kredit(borc) müqaviləsi üzrə 17.000 manat pulun və ödənillmiş 140 manat dövlət rüsumunun tutularaq iddiaçı Bayımova (Əliyeva) Nurlanə Əmir qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 21 dekabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən X2 ilə borc alan X4 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borc verən borc alana 17000 manat məbləğində pulu borc vermiş, borc alan krediti 21 yanvar 2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 21 dekabr 2021-ci il tarixli mədaxil orderindən görünür ki, X2 17000 manat pul vəsaitini Bakı şəhəri 41 saylı notariat ofisinin hesabına təhvil vermişdir. İş materiallarında olan X2 tərəfindən X3 ünvanlanmış 30 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, X2 21 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə olan 17000 manat borcun 5 iş gününə ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyi, eyni zamanda hüquqi xidmətlərə görə haqqların, həmçinin məhkəməyə ödəniləcək rüsumun tələb olunacağını X3 bildirmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı soyadı əvvəllər Əliyeva, Cavabdeh isə soyadı Tahirova olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (maddə 443.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.(maddə 445.2.1) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Beləliklə, mülki işin materialları və kredit müqaviləsi ilə təsdiq edilir ki, Cavabdeh 21 dekabr 2021-ci il tarixdə İddiaçı 17000 manat məbləğində borc pul alaraq, 21 yanvar 2022-ci il tarixədək qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, hazırki günədək həmin məbləği geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməməsi sübut edildiyi üçün Cavabdeh 17000 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 17000 manat məbləğində pul vəsaiti və 140 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar