Məhkəmə qərarları › İş №e-2(011)-1578/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1578/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1578/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstəmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. Kartın istifadəsi zamanı xx.xx.2023-cü il tarixlərdə "X6 Arabi" təyinatı ilə olan silinmələr kliringi aparıldığından və cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. xx.xx.2022-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməməlidir. X3 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir” Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 59,06 manat məbləğində əsas overdraft borcunun, 2,14 manat hesablanmış cərimə borcunun, cəmi 61,20 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçı "xxxx" KB ASC-yə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 məhkəməyə elektron ərizə ilə müraciət edərək, iddia ərizəsinə onların iştirakları olmadan baxılaraq, tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2023-cü il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan 28 dekabr 2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən məlum olur ki, cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 21 sentyabr 2024-cü il tarixli hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh AZ92UBAZ**********1010AZN001 saylı kart hesabı var. 24 oktyabr 2023-cü il tarixində müştərinin kartına 80 manat məbləğində vəsait daxil olmuş və kartda olan ümumi məbləğ 80 manat təşkil etmişdir. 24 oktyabr 2023-cü il tarixdə müştərinin kartından 24 oktyabr 2023-cü il tarixli təyinat ilə 80 manat məbləğində etdiyi əməliyyatın silinməsi getmişdir. Nəticədə kartda olan ümumi məbləğ 0,00 manat təşkil etmişdir. 11 noyabr 2023-cü il tarixində müştəri kartına 10 manat məbləğində vəsait daxil olmuş və kartda olan ümumi məbləğ 10 manat təşkil etmişdir. 11 noyabr 2023-cü il tarixində müştəri kartına 1 manat manat məbləğində vəsait daxil olmuş və kartda olan ümumi məbləğ 11 manat təşkil etmişdir. 11 noyabr 2023-cü il tarixində müştəri kartına 9 manat manat məbləğində vəsait daxil olmuş və kartda olan ümumi məbləğ 20 manat təşkil etmişdir. 11 noyabr 2023-cü il tarixində müştəri kartına 1 manat manat məbləğində vəsait daxil olmuş və kartda olan ümumi məbləğ 21 manat təşkil etmişdir. 11 noyabr 2023-cü il tarixində müştəri kartına 10 manat manat məbləğində vəsait daxil olmuş və kartda olan ümumi məbləğ 31 manat təşkil etmişdir. 11 noyabr 2023-cü il tarixində müştərinin kartından 09 noyabr 2023-cü il tarixli təyinat ilə 10,20 manat məbləğində etdiyi əməliyyatın silinməsi getmişdir. Nəticədə kartda olan ümumi məbləğ 20,80 manat təşkil etmişdir. 11 noyabr 2023-cü il tarixində müştərinin kartından 09 noyabr 2023-cü il tarixli təyinat ilə 10,20 manat məbləğində etdiyi əməliyyatın silinməsi getmişdir. Nəticədə kartda olan ümumi məbləğ 10,60 manat təşkil etmişdir. 11 noyabr 2023-cü il tarixində müştərinin kartından 09 noyabr 2023-cü il tarixli təyinat ilə 10,20 manat məbləğində etdiyi əməliyyatın silinməsi getmişdir. Nəticədə kartda olan ümumi məbləğ 0,40 manat təşkil etmişdir. 06 dekabr 2023-cü il tarixində müştərinin kartından 05 dekabr 2023-cü il tarixli təyinat ilə 17,20 manat məbləğində etdiyi əməliyyatın silinməsi getmişdir. Nəticədə müştəri özünün olmayan 16,80 manat istifadə etmişdir. 06 dekabr 2023-cü il tarixində müştərinin kartından 05 dekabr 2023-cü il tarixli təyinat ilə 14,33 manat məbləğində etdiyi əməliyyatın silinməsi getmişdir. Nəticədə müştəri özünün olmayan 14,33 manat istifadə etmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, UB-Bank/PİKMD/1244401 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 59,06 manat əsas, 2,14 manat cərimə borcu olmaqla, cəmi 61,20manat borcu vardır. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə 3 iş günü ərzində borcunun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) İqtisati lüğətdən çıxarışdan görünür ki, overdraft – müştəri tərəfindən bankda olan özünəməxsus kredit qalığından artıq həcmdə vəsait göstərməklə kredit həddini aşması vəziyyəti. Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh 23 oktyabr 2023-cü il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsi üzrə debet karta yerləşdirdiyi məbləğdən artıq məbləğin xərclənməsinə yol verdiyi iş materialları ilə təsdiqini tapdığından, iddia əsaslı olduğundan təmin edilməli və 59,06 manat pul vəsaiti (overdraft) və 2,14 manat cərimə borcu olmaqla, cəmi 61,20 manat pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23 oktyabr 2023-cü il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsi üzrə 59,06 manat pul vəsaiti (overdraft) və 2,14 manat cərimə borcu olmaqla, cəmi 61,20 manat pul vəsaiti və 30 (iyirmi) manat dövlət rüsumu "xxxx" KB ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar