Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1582/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mustafayev Bəkir Əzhəs oğlunun vərəsəsi Cavabdeh kredit xətti üzrə banka ödənilməmiş 1.781,47 manat əsas, 1.235,39 manat faiz borcu olmaqla, cəmi 3.016,86 manat borc məbləğinin, nağd kredit üzrə 6.545,59 manat əsas borcun, 115,63 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Mustafayev Bəkir Əzhəs oğlu arasında xx.xx.2020-ci il tarixli BPM**********50 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Mustafayev Bəkir Əzhəs oğluna illik 22%-lə 48 ay müddətinə 7.000 manat kredit verilmişdir və 24%-lə 36 ay müddətinə 2.000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış “tam kart çərçivə müqaviləsi” ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 150992 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Mustafayev Bəkir Əzhəs oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1456 nömrəli məktubdan görünür ki, Mustafayev Bəkir Əzhəs oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixində 2V-480 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın “Nəsimi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Mustafayev Bəkir Əzhəs oğlunun xx.xx.2023-cü ilədək kredit xətti üzrə banka ödənilməmiş 1.781,47 manat əsas borcu, ödənilməmiş 1.235,39 manat faiz borcu olmaqla, cəmi 3.016,86 manat borcu, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Mustafayev Bəkir Əzhəs oğlunun xx.xx.2023-cü ilədək nağd kredit üzrə banka ödənilməmiş 6.545,59 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum Mustafayev Bəkir Əzhəs oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2- 22/2-32765/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. O bildirmişdir ki, onun borcu ödəməyə maddi imkanı yoxdur. Onda olan məlumata əsasən mərhum həyat yoldaşı “tam kart” krediti almışdır. Lakin onun mərhum yoldaşının digər müqavilə üzrə nağd kredit almasından xəbəri olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Mustafayev Bəkir Əzhəs oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, BPM**********950 nömrəli kredit müqaviləsinə əsasən “Borc verən” ("xxxx" ASC) “Borc alana” (Mustafayev Bəkir Əzhəs oğlu) 48 ay müddətinə 15.000 manat məbləğində, kreditdən istifadəyə görə illik 22% ödəmək şərti ilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Mustafayev Bəkir Əzhəs oğlunun xx.xx.2020-ci il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinədək 6.545,59 manat ödənilməmiş əsas, xx.xx.2020-ci il tarixli verilmiş kredit kartından istifadəyə görə 1.781,47 manat əsas borcu, 1.235,39 manat faiz borcu, cəmi 3.016,86 manat borcu vardır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məxaric orderinin surətindən görünür ki, 6.930 manat məbləğində pul vəsaiti Mustafayev Bəkir Əzhəs oğluna ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli BPM**********950 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndən görünür ki, Mustafayev Bəkir Əzhəs oğlunun xx.xx.2020xx.xx.2024-cü il tarixlərində hər ay 220.6 manat, xx.xx.2024-cü il tarixdə 216.24 manat məbləğində ödəniş etməsi (əsas borcun ödənişi və faiz ödənişinin cəmi) müəyyənləşdirilmişdir. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit borcunun qaytarılmasına dair xx.xx.2023-cü il tarixli bildiriş ünvanlanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Mustafayev Bəkir Əzhəs oğlu xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən Cavabdeh verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş Mustafayev Bəkir Əzhəs oğlunun vərəsəsi arvadı - Cavabdehndır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak – "xxxx" QSC Sərnişin Daşımaları Departamenti Bakı Sərnişin Stansiyasının xx.xx.2021-ci il tarixli DŞ-22/5-21 nömrəli məktubuna əsasən mərhum - Mustafayev Bəkir Əzhəs oğluna son haqq-hesab kimi 1.902,49 manat hesablanmışdır və yekun əlinə alınacaq məbləğ 1865,76 manat məbləğindən ibarətdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə hesablanmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mərhum əri Mustafayev Bəkir Əzhəs oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqavilələri üzrə borcun Bəkir Mustafayevin vərəsəsi olan Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 115,63 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli “tam kart çərçivə müqaviləsi”nə əsasən kredit xətti üzrə ödənilməmiş 1.781,47 (bir min yeddi səksən bir manat qırx yeddi qəpik) manat əsas borc, 1.235,39 (bir min iki yüz otuz beş manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 3.016.86 (üç min on altı manat səksən altı qəpik) manat borc məbləği, nağd kredit üzrə ödənilməmiş 6.545,89 (altı min beş yüz qırx beş manat səksən doqquz qəpik) əsas borc məbləği, cəmi 9.562,45 (doqquz min beş yüz altmış iki manat qırx beş qəpik) məbləği, 115,63 (bir yüz on beş manat altmış üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-1582/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1582/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver