Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1619/2024 26.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 357 (üç yüz əlli yeddi) manat borc məbləği, 35 (otuz beş) manat cərimə üzrə borc qalığı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 422 (dörd yüz iyirmi iki) manat məbləğinin tutularaq tələbkara ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə "Vorld Telekom” MMC ilə imzaladığı müqaviləyə əsasən, iddiaçı "Vorld Telekom” MMC ilə Cavabdeh arasında bağlanılmış 26 yanvar 2019-cu il tarixli 01-AGT000033191 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 441 (dörd yüz qırx bir) manat olan “Xiaomi Redmi 6 64 gold” (İMEİ: **********29162) markalı mobil telefonu almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 26-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 37 (otuz yeddi) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunun ümumi dəyəri olan 357 (üç yüz əlli yeddi) manat məbləğini mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədıkdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, o, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "World Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 01-AGT000033191 saylı 26 yanvar 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Satıcı” (“World Telekom”) “Alıcıya” (Cavabdeh) müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 11 ay müddətinə 441 (dörd yüz qırx bir) manat dəyərində olan əşyanı (əmtəəni) (Glass 3D Xiaomi Mi 6/6A White İMEİ: G24582; Xiaomi Redmi 6 64 Gold **********29162 İMEİ: **********29170) nisyə alqı-satqı şərtləri əsasında satır. Alıcı aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən “Ödəniş cədvəli” əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən əşya alıcıya təhvil verilən gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada əlavə faiz ödənilməsi tələb edilə bilər. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən əgər “Alıcı”nın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və ya bu hal borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Satıcı” razılaşma və ya xəbərdarlıqla, həmçinin məhkəmə qaydasında borcun dərhal qaytarılmasını və zərərin ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 2.3-cü maddəsinin b bəndinə görə “Alicı” müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə “Satıcı” verilmiş əmtəə malın tam dəyərinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 01-AGT000033191 saylı xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş 36 manat olmaqla, 441 manat məbləğinin Alıcı olan Cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində hər ay 37 manat, xx.xx.2019-cu il tarixində 35 manat ödəmək şərtilə 11 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 01-AGT000033191 saylı alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, 26 yanvar 2019-cu il tarixli 01-AGT000033191 saylı alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququ hüquqi şəxs olan “X2” MMC-yə güzəşt edilir. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nə 357 manat məbləğində əsas, 35 manat məbləğində cərimə borcu olmaqla, cəmi 392 manat məbləğində borcu vardır. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmışdır. İddiaçı MMC (faktor) ilə "xxxx" MMC (müştəri) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 002 saylı faktorinq müqaviləsinə əsasən müştəri siyahısı və ümumi dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən, 1 nömrəli əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alqı-satqısı müqavilələrindən və (və ya) həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini Faktora güzəşt etməyi, Faktor isə bunun müqabilində müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini müştəriyə ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh bağladığı nisyə alqı-satqı müqaviləsi əsasında mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Həmin müqavilə üzrə tələb hüququ iddiaçıya keçdiyindən iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, 441 manat dəyərində əmtəə “World Telekom” tərəfindən cavabdehdə nisyə alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Buna görə də alınmış malın dəyərinin ödənilməmiş hissəsinin cavabdehdən tutulması ilə bağlı iddia tələbləri 357 manat məbləğinin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Cavabdehdən 35 manat məbləğində cərimənin tutulması ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbləri həmin hissədə təmin edilməli deyil. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirmiş məbləğ olmalıdır. Cavabdehin imzaladığı 26 yanvar 2019-cu il tarixli nisyə-alqı-satqı müqaviləsi cərimənin ödənilməsini müəyyənləşdirmədiyindən, iddia tələbləri həmin hissədə təmin edilməli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun olan 30 (otuz) manat məbləği Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbləri qismən təmin edilsin. 26 yanvar 2019-cu il tarixli, 01-AGT000033191 nömrəli nisyə-alqı-satqı müqaviləsinə əsasən 357 (üç yüz əlli yeddi) manat borc məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-1619/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1619/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver