Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1686/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə «İphone 12 PRO» markalı telefonun və “Apple” markalı adapterin nisyə alqı-satqısı barədə ******* saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 3406,08 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 283,84 manat müəyyən edilmişdir.
2. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
3. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə «Samsung Galaxy A71» markalı telefonun nisyə alqı-satqısı barədə 22187262 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların dəyəri 1103,4 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 61,3 manat müəyyən edilmişdir.
4. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
5. Həmçinin Tərəflər arasında xx.xx.2021-ci il tarixdə «Toshiba» markalı televizorun nisyə alqı-satqısı barədə 23248472 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 590,4 manat, ödəniş müddəti 24 ay, aylıq ödəniş 24,6 manat müəyyən edilmişdir.
6. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
7. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə «Samsung Galaxy A31» markalı telefonun nisyə alqı-satqısı barədə 22338806 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların dəyəri 556,8 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 46,4 manat müəyyən edilmişdir.
8. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
9. Həmçinin Tərəflər arasında xx.xx.2021-ci il tarixdə «Samsung Galaxy A02» markalı telefonun və «Samsung» markalı chargerin nisyə alqı-satqısı barədə 23184438 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 372 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 31 manat müəyyən edilmişdir.
10. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
11. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə «Samsung Galaxy A32» markalı telefonun nisyə alqı-satqısı barədə 23248340 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların dəyəri 632,4 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 52,7 manat müəyyən edilmişdir.
12. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
13. Həmçinin Tərəflər arasında xx.xx.2021-ci il tarixdə «Samsung» markalı charger və kabelin nisyə alqı-satqısı barədə 23185277 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 79 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 9,2 manat müəyyən edilmişdir.
14. Alınan əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.
15. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə «Samsung» markalı televizorun nisyə alqı-satqısı barədə 22028341 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların dəyəri 1357,2 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 75,4 manat müəyyən edilmişdir.
16. Alınan əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir.
17. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə birinci müqavilə üzrə cavabdehin əsas borcu 2591 manat, cərimə borcu 259 manat, ikinci müqavilə üzrə əsas borc 489,7 manat, cərimə borc 48 manat, üçüncü müqavilə üzrə əsas borc 376 manat, cərimə borc 37 manat, dördüncü müqavilə üzrə əsas borc 232 manat, cərimə borc 23 manat, beşinci müqavilə üzrə əsas borc 227,8 manat, cərimə borc 22 manat, altıncı müqavilə üzrə əsas borc 96,3 manat, cərimə borc 9,7 manat, yeddinci müqavilə üzrə əsas borc 71,8 manat, cərimə borc 7,2 manat, səkkizinci müqavilə üzrə əsas borc 27,5 manat, cərimə borc 0 manat təşkil edir.
18. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
19. İddiaçı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2591 manat əsas borc, 259 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 489,7 manat əsas borc, 48 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 376 manat əsas borc, 37 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 232 manat əsas borc, 23 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 227,8 manat əsas borc, 22 manat cərimə, xx.xx.2021ci il tarixli müqavilə üzrə 96,3 manat əsas borc, 9,7 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 71,8 manat əsas borc, 7,2 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 27,5 manat əsas borc, 0 manat cərimə borcu olmaqla, cəmi 4518 manat borc və 65,18 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. İddia ərizəsində qeyd olunmuşdur ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3406,08 manat (12 ay x 283,84 manat + 0 manat ilkin ödəniş) olan «İphone 12 PRO» markalı telefon və “Apple” markalı adapter üçün 2591 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1103,4 manat (18 ay x 61,3 manat + 0 manat ilkin ödəniş) olan «Samsung Galaxy A71» markalı telefon üçün 537,7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 590,4 manat (24 ay x 24,6 manat + 0 manat ilkin ödəniş) olan «Toshiba» markalı televizor üçün 413 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə , xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 556,8 manat (12 ay x 46,4 manat + 0 manat ilkin ödəniş) olan «Samsung Galaxy A31» markalı telefon üçün 232 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 manat (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan «Samsung Galaxy A02» markalı telefon və «Samsung» markalı charger üçün 227,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 632,4 manat (12 ay x 52,7 manat + 0 manat ilkin ödəniş) olan «Samsung Galaxy A32» markalı telefon üçün 96,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9,7 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 79 manat (12 ay x 9,2 manat + 0 manat ilkin ödəniş) olan «Samsung» markalı charger və kabel üçün 71,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1357,2 manat (18 ay x 75,4 manat + 0 manat ilkin ödəniş) olan «Samsung» markalı televizorun 27,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
21. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.
22. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
23. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
28. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
33. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
34. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
35. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləlsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.
36. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
37. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci l tarixli və xx.xx.2020ci il tarixli müqavilə istisna olmaqla, digər müqavilələr üzrə tutulmalı olan cərimənin qismən təmin edilməlidir.
38. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
39. Lakin məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat olmaqla, cəmi 50 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
40. Məhkəmə həmçinin iddianın 65,18 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə görə 2591 manat əsas borc, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə görə 489,7 manat əsas borc, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə görə 376 manat əsas borc, 5 manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləyə görə 232 manat əsas borc, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 227,8 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə görə 96,3 manat əsas borc, 9,7 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə görə 71,8 manat əsas borc, 7,2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 27,5 manat əsas borc, 0 manat cərimə borcu olmaqla, cəmi 4179 manat pul və 65,18 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı