Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1686/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 32100***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli razılaşma №1 üzrə üzrə 13384.08 AZN əsas kredit borcu, 947.18 AZN kreditdən istifadəyə görə faiz borcu və 53.58 AZN cərimə borcu olmaqla, cəmi 14384.84 AZN; 32100***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli razılaşma №2 üzrə 3572.28 AZN əsas kredit borcu 272.47 AZN kreditdən istifadəyə görə faiz borcu və 27.71 AZN cərimə borcu olmaqla,cəmi 3872.46 AZN;ümumilikdə 16956.36 AZN əsas kredit borcu, 1219.65 AZN kreditdən istifadəyə görə faiz borcu və 81.29 AZN cərimə borcu olmaqla,cəmi 18257.30 AZN və iddianın verilməsi üçün ödənilmiş 144.77 AZN pulun tutulması tələbi barədə ərizə ilə müraciət etmişdir. Mülki işə məhkəmə baxışında tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişindən müəyyən olunur ki, tərəflər razılığa gəlmişlər ki, tərəflər barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar:
1. Borcalan Bankla bağladığı 10.03 2022-ci İ: tarixi: 32100322-********** №-li əsas kredit limiti razılaşması çərçivəsində imzalanmış: a) xx.xx.2023-cü il tarixli 1 №-H razılaşma üzrə bu Sazişin imzalandığı tarixə Banka 10859 48 AZN (on min səkkiz yüz əlli doqquz manat 48 qəpik) əsas borcunun; b) 07.03 2023-cü il tarixli 2 №-li razılaşma üzrə bu Sazişin imzalandığı tarixə Banka 2909.56 AZN (iki min doqquz yüz doqquz manat 56 qəpik) əsas borcunun olduğunu qəbul və təsdiq edir,
2. Borcalan: a) xx.xx.2023-cü il tarixli 1 №-li razılaşma üzrə 10859.48 AZM borcunu 01 mart 2024-cü ilə qədər 7 (yeddi) ay müddətində, həmin borc məbləğinə illik 14.5 (on dörd tam onda beş) faiz hesablanmaqla hissə-hissə (har təqvim ayınm 1-dən gec olmayaraq ayda 1627,24 AZN (bir min altı yüz iyirmi yeddi manat 24 qəpik) olmaqla; b) xx.xx.2023-cü il tarixli 2 №-li razılaşma üzrə 2909.56 AZN borcunu 01 mart 2024-ci ildən başlayaraq 01 sentyabr 2024-cü ilə qədər 7 (yeddi) ay müddətində, həmin borc məbləğinə illik 16 (on altı ) faiz hesablanmaqla hissə-hissə (dər təqvim aymın 1-dən gec olmayaraq ayda 438.11 AZN (dörd yüz otuz səkkiz manat 11 qəpik) olmaqla) Banka ödəməyi öhdəsinə götürür.
3. Zəmin Bankla bağladığı xx.xx.2022-ci il tarixli 32FİZAM135961901 №-li zaminlik müqaviləsinə əsasən onun zaminliyi ilə təmin olunan xx.xx.2022-ci il tarixli 32100***- *******02L №-lı əsas kredit limiti razılaşması çərçivəsində imzalanmış xx.xx.2023-cü il tarixli 1 və 2 №-li razılaşmalar üzrə Borcalanın Banka 10859.48 AZN və 2909.56 AZN manat əsas borcunun olduğunu qəbul və təsdiq edir, həmin borcların ödənilməsi öhdəliyinin icra müddətinin bu Sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduğunu bildirir və öhdəliyin bu Sazişlə müəyyən olunmuş müddətlərdə və tam icra olunmasına görə Bank qarşısında Borcalsn ilə bircə məsuliyyət daşıyır.
4. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə mini və öhdəlik tam icra olunana qədər qüvvədədir.
5. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət dilməsinə yol verilməməsi) onlara aydındır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə mülki iş materiallarını tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 32100***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli razılaşma №1 üzrə üzrə 13384.08 AZN əsas kredit borcu, 947.18 AZN kreditdən istifadəyə görə faiz borcu və 53.58 AZN cərimə borcu olmaqla, cəmi 14384.84 AZN; 32100***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli razılaşma №2 üzrə 3572.28 AZN əsas kredit borcu 272.47 AZN kreditdən istifadəyə görə faiz borcu və 27.71 AZN cərimə borcu olmaqla,cəmi 3872.46 AZN;ümumilikdə 16956.36 AZN əsas kredit borcu, 1219.65 AZN kreditdən istifadəyə görə faiz borcu və 81.29 AZN cərimə borcu olmaqla,cəmi 18257.30 AZN və iddianın verilməsi üçün ödənilmiş 144.77 AZN pulun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Borcalan Bankla bağladığı 10.03 2022-ci il tarixli 32100322-********** №-li əsas kredit limiti razılaşması çərçivəsində imzalanmış: a) xx.xx.2023-cü il tarixli 1 №li razılaşma üzrə bu Sazişin imzalandığı tarixə Banka 10859.48 AZN (on min səkkiz yüz əlli doqquz manat 48 qəpik) əsas borcunun; b) 07.03 2023-cü il tarixli 2 №-li razılaşma üzrə bu Sazişin imzalandığı tarixə Banka 2909.56 AZN (iki min doqquz yüz doqquz manat 56 qəpik) əsas borcunun olduğunu qəbul və təsdiq edir,
2. Borcalan: a) xx.xx.2023-cü il tarixli 1 №-li razılaşma üzrə 10859.48 AZM borcunu 01 mart 2024-cü ilə qədər 7 (yeddi) ay müddətində, həmin borc məbləğinə illik 14.5 (on dörd tam onda beş) faiz hesablanmaqla hissə-hissə (har təqvim ayınm 1-dən gec olmayaraq ayda 1627,24 AZN (bir min altı yüz iyirmi yeddi manat 24 qəpik) olmaqla; b) xx.xx.2023-cü il tarixli 2 №-li razılaşma üzrə 2909.56 AZN borcunu 01 mart 2024-ci ildən başlayaraq 01 sentyabr 2024-cü ilə qədər 7 (yeddi) ay müddətində, həmin borc məbləğinə illik 16 (on altı ) faiz hesablanmaqla hissə-hissə (dər təqvim aymın 1-dən gec olmayaraq ayda 438.11 AZN (dörd yüz otuz səkkiz manat 11 qəpik) olmaqla) Banka ödəməyi öhdəsinə götürür.
3. Zəmin Bankla bağladığı xx.xx.2022-ci il tarixli 32FİZAM135961901 №-li zaminlik müqaviləsinə əsasən onun zaminliyi ilə təmin olunan xx.xx.2022-ci il tarixli 32100***- *******02L №-li əsas kredit limiti razılaşması çərçivəsində imzalanmış xx.xx.2023-cü il tarixli 1 və 2 №-li razılaşmalar üzrə Borcalanın Banka 10859.48 AZN və 2909.56 AZN manat əsas borcunun olduğunu qəbul və təsdiq edir, həmin borcların ödənilməsi öhdəliyinin icra müddətinin bu Sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduğunu bildirir və öhdəliyin bu Sazişlə müəyyən olunmuş müddətlərdə və tam icra olunmasına görə Bank qarşısında Borcalan ilə birgə məsuliyyət daşıyır.
4. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə mini və öhdəlik tam icra olunana qədər qüvvədədir.
5. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət dilməsinə yol verilməməsi) onlara aydındır. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Əminə Abbasova