Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1713/2022 20.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı “X1” QSC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “X1 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas məbləğ üzrə borc : 847.93 AZN (səkkiz yüz qırx yeddi manat doxsan üç qəpik) hesablanmış və ödənilməmiş faiz borcu : 89.33 AZN (səksən doqquz manat otuz üç qəpik) cərimə borcu : 58.39 AZN (əlli səkkiz manat otuz doqquz qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc : 11.08 AZN (on bir manat səkkiz qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 3.40 AZN (üç manat qırx qəpik) cəmi borc : 1,010.13 AZN (min on manat on üç qəpik) məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30.10 manat dövlət rüsumunun, «X1 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı “X1 Azərbaycan” QSC məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin iddia ərizəsində qeyd edilən borc məbləğini tam ödədiyini bildirmiş və bu səbəbdən iddia tələbindən imtina etdiyini və mülki işə xitam verilməsini xahiş etmiş, imtina halında eyni iddia tələbləri ilə yenidən məhkəməyə müraciət etmək hüquqlarının olmamasının aydın olduğunu qeyd etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, onun iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 262, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh əsas məbləğ üzrə borc:847.93 AZN hesablanmış və ödənilməmiş faiz borcu:89.33 AZN cərimə borcu:58.39 müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc:11.08 AZN bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri:3.40 AZN cəmi borc:1,010.13 AZN məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30.10 manat dövlət rüsumunun, «X1 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi)” barədə iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1713/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1713/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver