Məhkəmə qərarları › İş №e-2(011)-1722/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1722/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1722/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəiyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ”kredit müqaviləsi üzrə mübahisələr” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5.552,51 (beş min beş yüz əlli iki manat, 51 qəpik) manat - bundan 5.384,36 (beş min üç yüz səksən dörd manat, 36 qəpik) manat əsas, 66,90 (altmış altı manat, 90 qəpik) manat faiz borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2023-cü il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 101,25 (bir yüz bir manat, 25 qəpik) manat faiz borcunu və iş üzrə ödənilmiş 75.53 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə təqdim edərək, hazırkı mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə Barışıq Sazişi bağlanıldığını, Barışıq Sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 mübahisənin həlli barədə tərəflər arasında razılıq əldə olunduğundan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli ”Barışıq sazişi” bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, tərəflərin barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191 və 261-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən kreditor ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinın rəisi X2 (bundan sonra “"İddiaçı” adlanacaq), Digər tərəfdən borclu Cavabdeh2 (ş/v: AA2775153, etibarlıdır: 13 02 2031), zaminlər Cavabdeh1 (ş/v: AA3015187, etibarlıdır: xx.xx.2030) və Cavabdeh3 (ş/v: AA5610735, etibarlıdır: xx.xx.2033) (bundan sonra “Cavabdehlər” adlanacaq), İddiaçı və Cavabdehlər (birlikdə bundan sonra “Tərəflər” adlanacaqlar) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazışi mzaladılar.

1. Sazişin mövzusu. İddiaçı ilə Cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 111/33/15/19 nömrəli Restrukturizasiya və xx.xx.2019-cu il tarıxli 111/33/15/19 nömrəli Zaminlik müqavilələri əsasında yaranmış borc məbləğinin Cavabdehlərdən tutulması tələbinə dar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)- 1722/2024 saylı mülkı mubahisə.

2. Barışığın şərtləri. 2.1. “Azərbaycan Respublikasında fizikı şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan "Texnikabank” ASC ilə Cavabdeh2 Qədiıroviç arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 111/33/15/19 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 5.384,36 (beş min üç yüz səksən dörd manat 36 qəpik) manat məbləğində kredit borcu 48 (qırx səkkiz) ay müddətinə illik 1:96 dərəcəsi ilə restrukturizasıya edilmişdir. 2.2. Tərəflər təsdiq edirlər ki, xx.xx.2019-cu il tarixli 111/33/15/19 nömrəli Restrukturizasiya müqaviləsi üzrə xx.xx.2024-cü il tarıxinə X1 4.950 (dörd min doqquz yüz əlli) manat əsas borc mövcuddur və bu saziş məhkəmə tərəfindən təsdıq edildiyi tarixdən həmin borcun 135 (bir yüz otuz beş) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilərək, həmin ödənişin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 4.815 (dörd min səkkiz yüz on beş) manat məbləğində borcun 35 (otuz beş) ay müddətinə hər ayın 10-na kimi 137,57 (bir yüz otuz yeddi manat 57 qəpik) manat olmaqla ödənilməsi öhdəliyini Cavabdehlər öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən borc məbləğinin Cavabdehlər tərəfindən ödənilməsinə 35 (otuz beş) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin Cavabdehlər tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdehlər tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bəndində göstərilən borcların (faiz və cərimə hesablanmaqla) tam şəkildə Cavabdehlərdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehlərə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldılməsi üçun müvafiq Məhkəməyə müraciət edəcəkdir. 2.8. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdehlər tərəfindən tam icra edildikdən sonra X1 hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə göturür.

3. Digər şərtlər. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istısna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçun yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəaası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan muddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə: 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə, 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 3.7.A. qarşı tərəfin yazılı icazəsi ilə, 3.7.5. yaxın qohumlara, 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

4. Yekun müddəalar. 4.1.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur və məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunur və onlar bu nəticələrlə razılaşırlar. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ”kredit müqaviləsi üzrə mübahisələr” tələbi barədə e-2(011)-1722/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar