Məhkəmə qərarları › İş №e-2(011)-1729/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1729/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1729/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia nərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ÜZQİRXAN PHİLİPS, TOZSORAN HOFFMANüçNün 146 (yüz qırx altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.8 (qırx üç manat, 80 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********94569 XİAOMİ POCO M5 markalı telefonüçün 128.5 (yüz iyirmi səkkzi manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.55 (otuz səkkiz manat, 55 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********83716 NOKİA 5310markalı telefonüçün 95.9 (doxsan beş manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28.77 (iyirmi səkkiz manat, 77 qəpik) manat cərimə xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən, XİAOMİ Mİ TV BOX S 2ND GENüçün 79.4(yetmiş doqquz manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.82(iyirmi üç manat, 82 qəpik) manat cərimə xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, CASİO qol saatı üçün 71.3 (yetmiş bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.39 (iyirmi bir manat, 39 qəpik) manat cərimə xx.xx.2023 -cü il tarixli müqaviləyə əsasən, X1, CASİO qol saaütçıün 44.2 (qırx dörd manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.26 (on üç manat, 26 qəpik) manat cərimə Ümumilikdə 734.89 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlana1n9.05.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023 -cü il, xx.xx.2024 cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, ÜZQİRXAN PHİLİPS, TOZSORAN HOFFMANN, İmei kod **********94569 XİAOMİ POCO M5 markalı telefon, İmei kod **********83716 NOKİA5310markalı telefon, XİAOMİ Mİ TV BOX S 2ND GEN , CASİO qol saatı, X1, CASİO qol saalamtıış və nəticədə 734.89 (yeddi yüz otuz dörd manat, 89 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 230.99 (iki yüz otuz manat, 99 qəpik) manat (3 ay x 73.33 manat + 11 manat ilkin ödəniş) olan ÜZQİRXAN PHİLİPS, TOZSORAN HOFFMAüNçNün ümumilikdə, 189.8 (yüz səksən doqquz manat, 80 qəpik) manat olmaqla ondan, 146 (yüz qırx altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.8 (qırx üç manat, 80 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 717.84 (yeddi yüz on yeddi manat, 84 qəpik) manat (18 ay x 39.88 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********94569 XİAOMİ POCO M5 markalı telefonüçün ümumilikdə, 167.05 (yüz altmış yeddi manat, 5 qəpik) manat olmaqla ondan, 128.5 (yüz iyirmi səkkzi manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.55 (otuz səkkiz manat, 55 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 190.56 (yüz doxsan manat, 56 qəpik) manat (12 ay x 15.88 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********83716 NOKİA5310markalı telefonüçün ümumilikdə, 124.67(yüz iyirmi dörd manat, 67 qəpik) manat olmaqla ondan, 95.9 (doxsan beş manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28.77 (iyirmi səkkiz manat, 77 qəpik) manat cərimə xx.xx.2023 -cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 183.06 (yüz səksən üç manat, 6 qəpik) manat (18 ay x 10.17 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ Mİ TV BOX S 2ND GENüçün ümumilikdə, 103.22 (yüz üç manat, 22 qəpik) manat olmaqla ondan, 79.4(yetmiş doqquz manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.82(iyirmi üç manat, 82 qəpik) manat cərimə xx.xx.2024 -cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 100.2 (yüz manat, 20 qəpik) manat (6 ay x 16.7 manat + 0 manat ilkin ödəniş) olan CASİO qol saatıüçün ümumilikdə, 92.69 (doxsan iki manat, 69 qəpik) manat olmaqla ondan, 71.3 (yetmiş bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.39 (iyirmi bir manat, 39 qəpik) manat cərimə xx.xx.2023 -cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 189 (yüz səksən doqquz) manat (18 ay x 10.5 manat + 0 manat ilkin ödəniş) olan X1, CASİO qol saaütçıün ümumilikdə, 57.46 (əlli yeddi manat, 46 qəpik) manat olmaqla ondan, 44.2 (qırx dörd manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.26 (on üç manat, 26 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1046.35 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023 -cü il, xx.xx.2024 -cü il, xx.xx.2023 -cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 10757762 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Philips üzqırxanı, Hoffman tozsoranı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Philips üzqırxan, Hoffman tozsoran Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə ******* saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İmei kodu **********94569 Xiaomi Poco M5 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********94569 Xiaomi Poco M5 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 03927406 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İmei kodu **********83716 Nokia 5310 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********83716 Nokia 5310 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 10755592 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Xiaomi Mİ TV Box S 2ND Geni müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Xiaomi Mİ TV Box S 2ND Gen Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 03228337 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Casio qol saatını müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Casio qol saatı Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 10754411 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", X1, Casio qol saatını müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, X1, Casio qol saatı Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əlavələrdən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 12 dekabr 2024-cü il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh borcu xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, üzqırxan Philips, tozsoran Hoffman üçün 146 manat ödənilməmiş hissə, 43.8 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********94569 Xiaomi Poco M5 markalı telefon üçün 128.5 manat ödənilməmiş hissə, 38.55 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********83716 Nokia 5310 markalı telefon üçün 95.9 manat ödənilməmiş hissə, 28.77 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, Xiaomi Mİ TV Box S 2ND Gen üçün 79.4 manat ödənilməmiş hissə, 23.82 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Casio qol saatı üçün 71.3 manat ödənilməmiş hissə, 21.39 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, X1, Casio qol saatı üçün 44.2 manat ödənilməmiş hissə, 13.26 manat cərimə ümumilikdə 734.89 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC 30,00 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC cavabdehə borcunu ödəməsinə dair xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərmiş, borcunu qısa müddət ərzində ödəməsi, əks halda aidiyyəti dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında üzqırxan Philips, tozsoran Hoffman, İmei kodu **********94569 Xiaomi Poco M5 markalı telefon, İmei kodu **********83716 Nokia 5310 markalı telefon, Xiaomi Mİ TV Box S 2ND Gen, Casio qol saatı, X1, Casio qol saatına dair xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü tarixlərdə alqı-satqı müqavilələri bağlanmış, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 146 manat ödənilməmiş hissə, 43.8 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 128.5 manat ödənilməmiş hissə, 38.55 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 95.9 manat ödənilməmiş hissə, 28.77 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 79.4 manat ödənilməmiş hissə, 23.82 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 71.3 manat ödənilməmiş hissə, 21.39 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 44.2 manat ödənilməmiş hissə, 13.26 manat cərimə, ümumilikdə 734.89 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 146 manat ödənilməmiş hissə, 43.8 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 128.5 manat ödənilməmiş hissə, 38.55 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 95.9 manat ödənilməmiş hissə, 28.77 manat cərimə pulu, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, 79.4 manat ödənilməmiş hissə, 23.82 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 71.3 manat ödənilməmiş hissə, 21.39 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 44.2 manat ödənilməmiş hissə, 13.26 manat cərimə, ümumilikdə 734.89 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 30,00 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, ümumilikdə 734 (yeddi yüz otuz dörd) manat 89 (səksən doqquz qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar