Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1742/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “X2 Azərbaycan” QSC məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh bank qarşısında götürdüyü kredit öhdəliklərini pozduğu üçün MERCEDES-BENZ-GL 550 minik markalı (buraxlış ili 2009, ağ rəngli, şassi/BAN 4JGBF86E99A506633) avtomobilin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 796.88 manat (675.32 manat 5% hərrac xərci və hərrac xərcinin 18% ƏDV-si - 121 manat) məbləğində vəsaitin (banka vurulmuş maddi ziyanın) və 30 AZN dövlət rüsumunun “X2 Azərbaycan” QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında 30 yanvar 2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi imzalanmış və kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 16% olmaq şərti ilə 51 386 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ona məxsus MERCEDES-BENZ-GL 550 minik markalı (buraxlış ili 2009, ağ rəngli, şassi/BAN 4JGBF86E99A506633) avtomobili 30 yanvar 2013-cü il tarixli 213/003 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməmiş, Bank məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmiş, cəmi 46373.51 ABŞ dolları məbləğində pulun Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, əlmakın açıq hərracdan satılaraq, satış hesabına əldə edilmiş pulun Banka ödənilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı İcra İdarəsinə yönəldilmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak Hərracın nəticələri barədə 11 avqust 2023-cü il tarixli, 123 saylı yekun Protokola əsasən 15 937 manata “X2 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. Nümayəndə onu da qeyd etdi ki, MERCEDES-BENZ-GL 550 minik markalı (buraxlış ili 2009, ağ rəngli, şassi/BAN 4JGBF86E99A506633) avtomobilin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 796.88 manat məbləğində (675.32 manat 5% hərrac xərci və hərrac xərcinin 18% ƏDV-si - 121 manat) vəsait borclu Cavabdeh əvəzinə tələbkar “X2 Azərbaycan” QSC tərəfindən ödənilmişdir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında “X2 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılması və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dolları əsas borc, 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374.51 (qırx altı min üç yüz yetmiş dörd dollar, əlli bir sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumu iddiaçı “X2” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş Cavabdeh məxsus " MERCEDES BENZ-GL550" markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq, satış hesabına əldə edilmiş vəsaitdən cavabdehin “X2 Azərbaycan” QSC-yə olan borcunun ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Xətai rayon İcra Şöbəsi, “X2 Azərbaycan” QSC və Cavabdeh “MERCEDES BENZ-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobillə bağlı “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli 156 nömrəli və xx.xx.2023cü il tarixli 156-1 nömrəli Bildirişlər göndərilmişdir. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli 123 №-li “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” yekun Protokol və eyni tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Müqavilədən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq Cavabdeh məxsus “MERCEDES BENZ-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobil təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə - 15937 (on beş min doqquz yüz otuz yeddi) manat 50 (əlli) qəpik qiymətlə tələbkar “X2 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 79№-li Hesab-Fakturanın surətindən görünür ki, Cavabdeh məxsus “MERCEDES BENZ-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsi üzrə ödənilməli xidmət haqqı 675.32 manat, ƏDV 18% - 121.56 manat, ƏDV ilə birlikdə yekun məbləğ 796.88 manatdır. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli 738 nömrəli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, “X2 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına banka girov qoyulmuş Cavabdeh məxsus “MERCEDES BENZ-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 675.32 manat ödənilmişdir. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli 738 nömrəli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, “X2 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nin X1 hesabına ƏDV üzrə 121.56 manat ödənilmişdir. İş mateiallarında olan 11 dekabr 2023-cü il tarixli Pretenziya bildirişindən görünür ki, “X2 Azərbaycan” QSC tərəfindən Cavabdeh banka dəymiş ümumilikdə 796.88 manat məbləğində maddi zərərin 5 iş günü ərzində “X2 Azərbaycan” QSC-yə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məktub göndərilmiş və bu bildiriş xx.xx.2023-cü il tarixdə imza edilməklə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dolları əsas borc, 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374.51 (qırx altı min üç yüz yetmiş dörd dollar, əlli bir sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumu iddiaçı “X2” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş Cavabdeh məxsus " MERCEDES BENZ-GL550" markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq, satış hesabına əldə edilmiş vəsaitdən cavabdehin iddiaçıya olan borcunun ödənilməsi qət edilmişdir, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmiş, Cavabdeh məxsus “MERCEDES BENZ-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır, hərracın keçirilməsi ilə bağlı 11 avqust 2023-cü il tarixində "xxxx" MMC-yə avtomobilin qiymətləndirilməsi üzrə xidmət haqqı 675.32 manat, ƏDV ödənişi üzrə 121.56 manat məbləğində hərrac xərci tələbkar “X2 Azərbaycan” QSC tərəfindən ödənilmişdir. Bununla belə, cavabdehin qanunvericilikdə göstərilən öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, qanunvericiliyə əsasən, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun, yəni hazırki iş üzrə Cavabdeh öhdəliyinə aid edilməsinə baxmayaraq bu xərclər hazırki iş üzrə iddiaçı tərəfindən yerinə yetirildiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə isə Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinə əsasən, borclunun əmlakının daşınması, saxlanması və satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə daxildir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh banka vurulmuş maddi ziyanın əvəzi kimi (675.32 manat 5% hərrac xərci və hərrac xərcinin 18% ƏDV-si - 121 manat) 796.88 manat məbləğində pul «X2 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia tələbinin həcmi (796,88 manat) nəzərə alınmaqla, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh banka vurulmuş maddi ziyanın əvəzi kimi 796 (yeddi yüz doxsan altı) manat 88 (səksən səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul alınaraq «X2 Azərbaycan» QSC-yə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1742/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-1742/2024
05.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver