Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1749/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 1.824,93 manat, cərimə borcu üzrə 79,86 manat olmaqla, cəmi 1.904,79 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 39,05 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması; tələbin xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondioner” b/y-nın 1737 saylı bağ sahəsi - yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 77-ci Hövsan küçəsində yerləşən, 22 saylı bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,025 ha olan torpaq sahəsinə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsinə əsasən cəmi 1.904,79 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 39,05 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, 8 faiz dərəcəsi ilə 64.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsinin təminatı kimi X5 ilə Bank arasında bağlanan xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən X4 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondioner” b/y-nın 1737 saylı bağ sahəsi - Yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 77-ci Hövsan küçəsində yerləşən, 22 saylı bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,025 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakları - 2014-cü il buraxılış ili olan “X17” minik markalı **-VL-*** nömrə nişanlı nəqliyyat vasitəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.3 kv.m. olan mənzil, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi, yaşayış sahəsi 18 kv.m., 1 otaqlı olan mənzil və ödənilməmiş haqq-hesab 1.143,82 manat və orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət 5.966,22 manat pul vəsaitindən ibarətdir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu oz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 -saylı kredit müqaviləsinə dair təminat qismində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondioner" b/y-nın 1737 saylı bağ sahəsi Yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 77-ci Hövsan küçəsində yerləşən 22 saylı bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,025 ha olan torpaq sahəsi ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş tərəflərindən xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Həmin bildiriş üzrə qeyd edilən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair 52,48 manat dövlət rüsumu tərəflərindən ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə X4 xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yuxarıda adı çəkilən xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsinə əsasən cavabdehin faiz borcu üzrə 1.824,93 manat, cərimə borcu üzrə 79,86 manat olmaqla, cəmi 1.904,79 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 39,05 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 377İK- NİZ/2023 saylı kredit müqaviləsinə əsasən 1.842,85 manat əsas borc, 131,05 manat faiz borcu, 79,86 manat cərimə borcu olmaqla, cəmi 2.053,76 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 40,54 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının tutulması; tələbin xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondioner” b/y-nın 1737 saylı bağ sahəsi, yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 77-ci Hövsan küçəsində yerləşən, 22 saylı bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,025 ha olan torpaq sahəsinə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin xx.xx.2023-cü il tarixli 377İK- NİZ/2023 saylı kredit müqaviləsinə əsasən cəmi 2.053,76 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 40,54 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələblərinin mahiyyətinə uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X5 "xxxx" ASC-dən illik 8% ödəmək şərti ilə 120 ay müddətinə götürdüyü 64.000 (altmış dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 377İK-NİZ/2023 saylı kredit müqaviləsinə Əlavədə göstərilmiş “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndən görünür ki, X2 xx.xx.2023-cü il tarixində 520,50 manat, xx.xx.2023xx.xx.2033-cü il tarixlərində hər ay 776,50 manat, xx.xx.2033-cü il tarixdə 775,82 manat məbləğində ödəniş etməsi (əsas borcun ödənişi və faiz ödənişinin cəmi) müəyyənləşdirilmişdir. İş materiallarında olan “Satıcı” (ipoteka saxlayan) X13 ilə “alıcı” (ipoteka qoyan) X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı alqı-satqı və ipoteka müqaviləsindən müəyyən olunur ki, satıcı Bakı şəhəri, Suraxanı rayonu, “Kondisioner” b/y-nın 1737 saylı bağ sahəsi Yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 77-ci Hövsan küçəsində yerləşən, 22 saylı bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,025 ha olan torpaq sahəsinin mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX tərəfindən “20” iyun 2023-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********13-11301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı (bundan sonra - daşınmaz əmlak) alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. İş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 8 - Yeni qaydalarla: AZ 1088, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 80.90 kv.m olan bağ evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 8 - Yeni qaydalarla: AZ 1088, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 80.90 kv.m olan bağ evi və 0,025 ha torpaq sahəsi X4 məxsus olmaqla, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinin 22 iyun 2024-cü il tarixli , 436 nömrəli məktubuna əsasən mərhum X4 məxsus AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BA171976 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 5XYZUDLA5EG225247, mühərrikin nömrəsi – və buraxılış ili 2014cü il olan “X17” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil; ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********95-05301-093055 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 57.3 kv.m olan mənzil; Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixli, 30/15666 qeydəalma nömrəsi ilə 1393 nömrəli kitabın 209197-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi, yaşayış sahəsi 18 kv.m, 1 otaqlı olan mənzil; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Respublika Təcili və X11 Mərkəzi” Publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixli 18-1-88/2-679/2023 nömrəli məktubuna əsasən X2 adına ödənilməmiş yekun haqq-hesab 1.143,82 (bir min yüz qırx üç manat səksən iki qəpik) manat və orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət (dəfn pulu) 5.966,22 (beş min doqquz yüz altmış altı manat iyirmi iki qəpik) manat pul vəsaitindən ibarətdir. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit borcunun qaytarılmasına dair xx.xx.2024-cü il tarixli bildiriş ünvanlanmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixədək borc məbləğinə dair maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixli, 208İPFO232000001 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc – 0 manat, xx.xx.2024-cü il tarixinədək cəmi ödənilməmiş faizlər - 1.824,93 manat, ödənilməmiş cərimə faizi 79,86 manat, borc üzrə cəmi tələb edilən məbləğ 1.904,79 manat təşkil etmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2024- cü il tarixli bildirişdən müəyyən edilir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsində (Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlində) göstərilən qaydada ödəniş gününə gecikdirilən əsas borc və ona hesablanmış faiz borcunun 5 gün müddətində yerinə yetirilməsi barədə Cavabdeh "xxxx" ASC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin ********** saylı, xx.xx.2024-cü il tarixli elektron müraciətinə əsasən ünvan 8 ünvanında yerləşən bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankın Müştəri Xidməti Departamentinin 19 sentyabr 2024-cü il tarixli orderin surətindən görünür ki, xx.xx.2024cü il tarixli, 6-2-22/2-33986/2024 saylı İPTYB qeydiyyata alınması 52,48 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, ipoteka krediti üzrə borcalan X2 həyatı sığortaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 120 ay müddətinə sığortalanmışdır. Sığorta məbləği 64.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2327 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X2 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, 377İK-NİZ/2023 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla X2 xx.xx.2023-cü il tarixə (ABB-nin sığortadan pul tələbinin tarixi. səh-81) banka olan faiz və əsas borcu 64.029,62 manat məbləğində və xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) banka olan faiz və əsas borcu 1.973,90 manat məbləğində müəyyən edilir. xx.xx.2023-cü il tarixə əsas borca görə 63.298,17 manat, faiz borcu üzrə 731,45 manat, xx.xx.2024-cü il tarixə əsas borca görə 1.842,85 manat, faiz borca görə 131,05 manat borcu vardır. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 377İK- NİZ/2023 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən cərimə borcu müəyyən edilmədi. İş materiallarında olan 04 avqust 2025-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1737 saylı bağ evi (yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 77-ci Hövsan küçəsində yerləşən, 22 saylı) və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0.025 ha olan torpaq sahəsinin xx.xx.2025-ci il tarixinə torpaq sahəsi və üzərində inşa edilmiş tikililər də daxil olmaqla bazar dəyəri: 101.200 (bir yüz bir min iki yüz) manat, likvid dəyəri: 86.000 (səksən altı min) manat, torpaq sahəsinin ayrıca bazar dəyəri: 29.900 (iyirmi doqquz min doqquz yüz) manat, likvid dəyəri: 27.500 (iyirmi yeddi min beş yüz) manat, tikilinin (bağ evinin) ayrıca bazar dəyəri: 71.300 (yetmiş bir min üç yüz) manat, likvid dəyəri: 58.500 (əlli səkkiz min beş yüz) manat olaraq müəyyənləşdirilib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1133.1-ci və 1133.2-ci maddələrinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun: 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.3.4. zəruri hallarda, ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.2-ci maddəsinə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. İş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 8 faiz dərəcəsi ilə 64.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi bağlanılaraq, X4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondioner” b/y-nın 1737 saylı bağ sahəsi - yeni qaydalarla: AZ 1088, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 80,9 kv.m olan bağ evi və həmin bağ evinin yerləşdiyi 0,025 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. (hazırda həmin bağ evi və torpaq Cavabdeh mülkiyyətindədir). X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun vərəsəsi Cavabdehdur. Sözügedən kredit müqaviləsi üzrə borcun ödənilməməsi səbəbindən ipoteka predmetinə tutumanın yönəldilməsi üçün buna dair bildiriş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmışdır. İşin araşdırılması zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X2 xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə əsas borca görə 1.842,85 manat, faiz borca görə 131,05 manat borcu vardır. İşdən müəyyən olur ki, cavabdehin iddia tələbinə dair etirazı ondan ibarət olmuşdur ki, X2 həyatı sığorta edildiyindən, sözügedən kredit müqaviləsi üzrə borc məbləği cavabdeh deyil, sığorta şirkəti tərəfindən ödənilməlidir. İddiaçının buna qarşı dəlili ondan ibarət olmuşdur ki, kredit borcunun 63.298 manat hissəsi xx.xx.2024-cü il tarixdə "xxxx" Sığorta Şirkəti tərəfindən icra edilmiş sığorta ödənişinin hesabına ödənilildiyindən, qalıq məbləğ (1.842,85 manat əsas borc, 131,05 manat faiz borcu) cavabdeh tərəfindən ödənilməlidir. Borc məbləğinin cavabdeh deyil, sığorta şirkətindən ödənilməli olmasına dair məhkəmə qeyd edir ki, borc məbləğinin 63.298 manat hissəsinin xx.xx.2024-cü il tarixdə "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilməsinin iş materialları ilə təsdiq olunması nəzərə alınmaqla yanaşı, cavabdehin sığorta ödənişinin həcminin azlığına dair etirazlarını özündə ehtiva edən iddia tələblərinin araşdırılması (cavabdehin sığorta şirkətinə qarşı yönəlmiş tələbləri) hazırki iddia predmetinə aid deyildir və həmin tələblər hazırki iddia tələbləri çərçivəsində yoxlanılmır. Bununla da kredit müqaviləsi üzrə borcalan onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, mübahisəli kredit borcu cavabdehdən (borcalanın vərəsəsindən) alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Kredit müqaviləsi üzrə borc məbləğinin əsas borc üzrə 1.842,85 manat, faiz borcu üzrə 131,05 manat olması iş materialları ilə öz təsdiqini tapdığından, həmin pul məbləği borc alanın vərəsəsi – Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilmiş pul məbləğinin ödənilməməsinə görə dəbbə pulu hissəsində də iddia tələbi təmin edilərək, 79,86 manat cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyi ipoteka ilə təmin edildiyindən həmin borcun tutulması ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1737 saylı bağ evi, “Kondioner” b/y (yeni qaydalarla: AZ 1088, ünvan 10 ünvanında yerləşən 80,9 kv.m olan 22 saylı bağ evinə və həmin evin yerləşdiyi ümumi sahəsi 0.025 ha olan torpaq sahəsinə yönəldilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti mütəxəssis rəyinə uyğun olaraq qeyd edilmiş əmlakın likvid qiymətini təşkil edən 86.000 manat dəyərində müəyyən edilməlidir. İddia tələbləri təmin edildiyindən, məhkəmə xərcləri olan ipoteka predmetinə tutma yönldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumu, məhkəməyə ödənilmiş 40,54 dövlət rüsumu və 0,80 manat bank xidmət haqqı məbləğləri də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 377İK-NİZ/2023 saylı kredit müqaviləsinə əsasən 1.842,85 (bir min səkkiz yüz qırx iki manat səksən beş qəpik) manat əsas borc, 131,05 (bir yüz otuz bir manat beş qəpik) manat faiz borcu, 79,86 (yetmiş doqquz manat səksən altı qəpik) manat məbləğində cərimə olmaqla, 2.053,76 (iki min əlli üç manat yetmiş altı qəpik) manat borc məbləği, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 (əlli iki manat qırx səkkiz qəpik) manat dövlət rüsumu, məhkəməyə ödənilmiş 40,54 (qırx manat əlli dörd qəpik) dövlət rüsumu və 0,80 (səksən qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 2.147,58 (iki min yüz qırx yeddi manat əlli səkkiz qəpik) manat pul məbləği Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1737 saylı bağ evi, “Kondioner” b/y (yeni qaydalarla: AZ 1088, ünvan 10 ünvanında yerləşən 80,9 kv.m olan 22 saylı bağ evinə və həmin evin yerləşdiyi ümumi sahəsi 0.025 ha olan torpaq sahəsinə yönəldilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1737 saylı bağ evi, “Kondioner” b/y (yeni qaydalarla: AZ 1088, ünvan 10 ünvanında yerləşən 80,9 kv.m olan 22 saylı bağ evinin və həmin evin yerləşdiyi ümumi sahəsi 0.025 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 86.000 (səksən altı min) manat məbləğində olmaqla, qeyd edilmiş əmlak açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 1.842,85 (bir min səkkiz yüz qırx iki manat səksən beş qəpik) manat əsas borc, 131,05 (bir yüz otuz bir manat beş qəpik) manat faiz borcu, 79,86 (yetmiş doqquz manat səksən altı qəpik) manat məbləğində cərimə olmaqla, 2.053,76 (iki min əlli üç manat yetmiş altı qəpik) manat borc məbləği, ipoteka predmetinə tutma yönldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 (əlli iki manat qırx səkkiz qəpik) manat dövlət rüsumu, məhkəməyə ödənilmiş 40,54 (qırx manat əlli dörd qəpik) dövlət rüsumu və 0,80 (səksən qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 2.147,58 (iki min yüz qırx yeddi manat əlli səkkiz qəpik) manat pul məbləği "xxxx" ASC-yə ödənilsin. Borc ödənildikdən sonra əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qiymətləndirmə hesabatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-1749/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1749/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver