Məhkəmə qərarları › İş №e-2(011)-1796/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1796/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1796/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" MMC cavabdeh 01 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ FREEBUDS 4İ qulaqlıq üçün 39.92 manat əsas borcdan ödənilməmiş hissə, 03.08 manat cərimə və 08 aprel 2023-ci il tarixli müqaviləsinə əsasən, KİESLECT qol saatı üçün 269.79 manat əsas borcdan ödənilməmiş hissə, 26.21 manat cərimə, ümumilikdə, 339.00 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməsi tələbinə dair kiçik iddiaya ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh HUAWEİ FREEBUDS 4İ qulaqlıq əldə etmiş və həmin müqavilədə göstərilən qaydada ilkin ödənişsiz 18 ay müddətinə, hər ay 13.44 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2023-ci il tarixli müqavilə əsasında isə, cavabdeh KİESLECT qol saatı əldə etmiş və müqavilədə göstərilən qaydada ilkin ödənişsiz 12 ay müddətinə, hər ay 26.62 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh hər iki müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 241.92 manat HUAWEİ FREEBUDS 4İ qulaqlıq üçün 39.92 manat ödənilməmiş hissə, 03.08 manat cərimə və KİESLECT qol saatı üçün 269.79 manat ödənilməmiş hissə, 26.21 manat cərimə, ümumilikdə 339 manat borcu qalmışdir. İddiaçının tələbini əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ərizəyə əlavə olunub: Tərəflər arasında bağlanılmış Müqavilələr, onların əlavəsi, bildiriş, əşyaların təhviltəslim aktları və ödəniş cədvəllərindən ibarətdir. Tərəflər arasında bağlanılmış 01 iyul 2022-ci il və 08 aprel 2023-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarinda görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflər arasında olan telefon danışığı, həmçinin göndərilmiş 08 dekabr.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları - "xxxx" MMC ilə Cavabdeh arasında 01 iyul 2022-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh HUAWEİ FREEBUDS 4İ qulaqlıq və 08 aprel 2023-ci il tarixli müqaviləyə əsasən, KİESLECT qol saatı almış və nəticədə ümumilikdə 339.00 manat borcu yaranmışdır. - Cavabdeh müqavilələr üzrə öhdəlikləri vaxtlı vaxtında icra etmədiyinə görə onun Nisyə alqı-satqı müqavilələri üzrə 01 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ FREEBUDS 4İ qulaqlıq üçün 39.92 manat əsas borcdan ödənilməmiş hissə, 03.08 manat cərimə, ümumilikdə 43.00 manat və 08 aprel 2023-ci il tarixli müqaviləsinə əsasən, KİESLECT qol saatı üçün 269.79 manat əsas borcdan ödənilməmiş hissə, 26.21 manat cərimə,ümumilikdə 296.00 manat məbləğində borcu yaranmışdır. - İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılmalı, 01 iyul 2022-ci il tarixli müqavilə üzrə 02.79 manat, 08 aprel 2023-ci il tarixli müqavilə üzrə 18.88 manat məbləğində cərimə cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir Məhkəmə iddianın 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 01 iyul 2022-ci il tarixli Nisyə alqı-satqı müqavilələri üzrə əsas borca görə 39.92 (otuz doqquz manat doxsan iki qəpik) manat, cərimə borcuna görə 02,79 (iki manat yetmiş doqquz qəpik) manat ümumilikdə 42,71 (qırx iki manat yetmiş bir qəpik) manat, məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 08 aprel 2023-ci il tarixli müqaviləsi üzrə əsas borca görə 269.79 (iki yüz altmış doqquz manat yetmiş doqquz qəpik) manat, cərimə borcuna 18,88 (on səkkiz manat səksən səkkiz qəpik) manat, ümumil gör 288,67 (iki yüz səksən səkkiz manat altmış yeddi qəpik) manatəməbləğində pul vəsaitiıCavabdehundan alınaraq, "xxxx" MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu QasıCavabdehundan alınaraq, İddiaçı MMCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar