Məhkəmə qərarları › İş №e-2(011)-1799/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1799/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1799/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı «X1» Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbi barədə işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı «X1» Bakı Filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 1.295,60 manat (Bundan 1.213,49 manat əsas borc və 82,11 manat faiz borcu təşkil edir) məbləğində 26 Yanvar 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 32.96 manat dövlət rüsumunun tutularaq «X1» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı «X1» Bakı Filialı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən kredit borcu üzrə öhdəlik xx.xx.2023-cü il tarixdə tam yerinə yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə hazırlıq iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər rüsum ilə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı «X1» Bakı Filialı-nın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı – “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı «X1» Bakı Filialı tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 32,96 (otuz iki manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) özünə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar