Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-180/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.000 (on altı min) manat məbləğində pulun, eləcə də 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh daha əvvəldən tanımış, aralarında yaxın münasibət olmuşdur. Həmin münasibətdən istifadə edən cavabdeh 2022ci ilin əvvəlindən başlayaraq 2023-cü ilin aprel ayına kimi iddiaçıdan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə borc pul istəmiş, sonuncu isə ona etibar edərək, ümumilikdə 16.000 (on altı min) manat məbləğində borc pulu Cavabdeh vermişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməyərək, aldığı pulu geri qaytarmamış, hər dəfə müxtəlif bəhanələr edərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Tərəflər arasında telefon danışıqları da vardır və həmin danışıqlar iddiaçı tərəfindən qeydə alınmışdır. Həmin səs yazılarında cavabdeh borc aldığını etiraf etmiş və qaytacağını bildirmişdir. Lakin buna baxmayaraq, cavabdeh heç bir ödəniş etməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi məhkəməyə müraciət edirik. Hesab edirəm ki, cavabdehdən 16.000 (on altı min) manat pul, eləcə də 138 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçı elektron qaydada ərizə təqdim edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə Məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh, onun Məhkəmə fonoskopik ekspertizasında iştirak etməsinin zəruriliyi, ondan imtina etmənin nəticələri barədə məhkəmə tərəfindən məlumatlandırılmışdır. İş materiallarında olan tədqiqat üçün nümunənin alınması barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, 2(011)- 4576/2023 saylı mülki iş üzrə ekspertizanın aparılmasından imtina edilmişdir. İş materiallarında il olan xx.xx.2023-cü tarixli dinləmə protokolundan görünür ki, iş materiallarında olan (səh 26) CD-diskə baxış keçirilmişdir, CD diskdə olan səsləndirilən mətn aşağıdakı məzmundadır: “boynuma alıram e, mən onsuz səndən qorxan adam deyiləm ki, nəyisə boynuma almayım. Qulaq asrısan bi dənə sözümə gör nə deyirəm. yaz səsimi, səsimi yaz danışıram da yaz səsimi on altı min borcum var sənə hə on doqquz min hə. Mən Cavabdeh on doqquz min iyirmi bir min otuz min . Bax Gülər sözümə qulaq asırsansa bir kəlmə söz deyirəm ya yoluna gəlirik ya da birdəfəlik nə edirsən elə bax mən özüm pul düzəldəcəm üç-dörd günə yetmiş manat nə məhkəməyə çıxırıq nə də polisə çıxırıq. Qulaq as gör necə məsələdi. Gedirik bir dənə vəkil tuturuq. Elə tutmursan qulaq as da ay daa ay Allahım kömək ol mənə qurban olum mən bunu başa sala bilim ə get maraqlan görəssən getdirsən vəkilin yanına yetmiş səksən manata vəkil tutmursan, vəkil əli ilə edirsən. Vəkil əli ilə də eləmək üçün əlli manat yüz manat arası eləyir onu vəkillər deyirsən məsəlçün vəkilin yanına deyirsən ki məsəlçün mən Cavabdeh X1 bu qədər pul borcluyam vəkil onu yazır raportlaşdırır başa düşdün qanuni şəkildə özü aparır notariusda peçatlatdırır gətirir verir bir kağızın sənin əlivə bir kağızın mənim əlimə türkün məsəli. Məzələnirsən deyəndə ki elədi də dünənləri google-da oxumuşa əlli manata yüz manata iş görmür e səninçün onunçün o on dəqiqəlik bir şeydi on dəqiqəlik o durub məhkəməyə çıxmır, polisə getmir on dəqiqəlik şeydi o onunçün ay sağol qulaq as da sözümə orda o yüz manatın cəmi cümlətani doqquz manatın notaruisa ödəyir qurtardı getdi on dəqiqəllik şeydi. Kağızdı o da yazlr bu da yazır aparırlar notariusda təstiqlədir yüz manatın cəmi cümü doqquz manatın notaruisa ödəyir əlli yüz manatdı get lyuboy vəkilin yanında gir mən google da girib oxumuşam nə qədərdir gir lyunoy vəkilin yanına yoldankeçən əlli dənə yerdə vəkil var əlli yüz manat arasıdı gir maraqlan get denən filankəsov filankəsin mənə borcu var elə bildi mənə bu qədər borcu var bunun təstiqlətmək istəyirik ki mənə bu qədər borcu var sənə hər şeyi başa salacaq əgər eləyə də bilmirsənsə səbr elə üç dord gün mən pul tapım zəng eləyim mən səni göndərmirəm ay Gülər qadan alım mən bir dəqiqə dayan mən sənə heç nə demirəm deyirəm istəyirsənsə maraqlanmaq get maraqlan, əgər istəmirsənsə də üç dörd gün səbr elə mən pul təpım sənlə bir yerdə gedərik həll eləyərik indi gələ bilmirəm pulum zadım yoxdru sənlə adam qorxur görüşməyə Yüz əlli manat fso gələ səsimi yaz deyirəm bu aydan, bu aydan hər ayın axırı hər ayın otuz biri sənə ayda yüz əlli manat pul verəcəm fso qurtardl getdi bu qədər. Verməsəm də nakişi oğluyam. Kartın da var məndə . neçə ay eləyir? Yüz əlli manatdan atanda ilə eləyir iki min manat pul . olar üç yez verərəm olar dörd yüz verərəm. yüz əlli manat ən aşağısı verəcəm. Allah imkan yetirsin bərəkət versin, ruzi versin beş yüzdən verim”. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 2022-ci ilin əvvəlindən 2023-cü ilin aprel ayına qədər ümumilikdə 16000 manat borc verilməsi, həmin borcun qaytarılması tələb edilərək 14 gün ərzində məktubun cavablandırılması xahiş edilmişdir. Həmin məktub xx.xx.2023-cü il tarixində göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 140 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh aralarındakı razılığa əsasən, İddiaçı Cavabdeh 16000 manat məbləğdə borc vermişdir. Bununla belə, həmin borcun iddiaçıya tam olaraq qaytarılmasını təsdiq edən, iddia tələbi üzrə həmin cavabdehlərin öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Qeyd edilənlər, iddiaçının izahatı, səs dinləməsinə dair xx.xx.2023-cü il tarixli protokol (“on altı min borcum var sənə hə on doqquz min hə. Mən Cavabdeh on doqquz min iyirmi bir min otuz min”), Cavabdeh məhkəmə tərəfindən təyin edilmiş məhkəməfonoskopik ekspertizalarının keçirilməsinin mümkün olmaması barədə ekspertin məlumatı və digər sübutlarla tam sübuta yetirilir. Başqa cür desək, borcun alınması barədə etiraf, həmin borc məbləğinin qaytarılmasına dair cavabdehdə sübut etmə vəzifəsi yaradır, lakin o, buna dair sübutları təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Digər tərəfdən cavabdeh məhkəmə tərəfindən təyin edilmiş məhkəməfonoskopik ekspertizalarının keçirilməsində üzürlü səbəb olmadan iştirak etməmişdir ki, bu halı da məhkəmə, ekspertiza təyin edilən faktı və onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş kimi qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16000 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və cavabdehlərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 138 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində 138 (yüz otuz səkkiz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-180/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-180/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver