Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1802/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilmsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2030,03 manat ziyan məbləğinin,40,30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının, ümumilikdə 2070,73 manat borcun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2022-ci il tarixində təxminən saat 19:00 radələrində ** CX *** DQN-lı “Mercedes E 240” markal avtommobilin sürücüsü olan cavabdeh, Naxçıvanski küçəsi ilə E.Süleymanov küçəsinin kəsişməsində, yol ayrıcını keçən zaman, əsas yolda yəni, E.Süleymanov küçəsində düzünə hərəkət edən İddiaçı MMC-nin istifadəsində olan ** JH *** DQN-lı avtobusun ön hissəsindən toxunub. X1 əməllərində İXM-nin 327.2-ci maddəsinin tələblərini pozulması öz əkisini tapdığından, xx.xx.2022-ci il tarixində, sürcü barəsində İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilib. X3 inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair TP ******* №li, xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermı haqqında qərar sürücü tərəfindən qəbul edilmiş və ödənilmişdir. Yol–nəqliyyat hadisəsi nəticəsində avtobusun ön hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 5 gün müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən 8865 saylı Zərər Aktına əsasən ** JH *** DQN-lı avtobusa 7030.03 AZN maddi zərər dəymişdir. Qeyd etmək istəyirik ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində ** CX *** DQN-lı “Mercedes E 240” markalı avtomobilin icbari sığorta müqaviləsi mövcud olduğundan, Nərimanov DYPŞ tərəfindən ** JH *** DQN-lı avtobusa dəymiş maddi ziyanla birlikdə Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış tərtib edilərək "xxxx" ASC-yə göndərilib. Adı keçən sığorta şirkəti ** JH *** DQN-lı avtobusa dəymiş maddi ziyanı qəbul edərək icbari sığorta ödənişinin maksimum həddi olan 5000 AZN ödənişi, xx.xx.2023 tarixdə İddiaçı MMC-nin bank hesabına köçürmüşdür. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsini mübahisələndirməsə də, iddia tələbində qeyd edilən dəymiş ziyanın məbləği ilə razı olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 12:00-da Bakı şəhəri, Naxçıvanski küçəsi və E.Süleymanov küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunan “Mercedes E240” ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus əsasən “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. İnzibati tənbeh verilmə haqqında elektron qərardan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 12:00-da Bakı şəhəri, Naxçıvanski küçəsi və E.Süleymanov küçəsi ərazisində yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli zərər aktına əsasən “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa 7030,03 manat maddi zərər dəymişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 5000 manat sığorta ödənişi edilmişdir. xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyan 4035 manat, təmir xərcləri 1664 manat təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanunu: 16.1. Qiymətləndirici sifarişçinin yaxın qohumu (ər, arvad, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), kreditoru (borclusu) və ya sığortalısı olduqda, habelə qiymətləndirici təşkilat sifarişçinin kreditoru (borclusu), sığortalısı olduqda və ya sifarişçi qiymətləndirici təşkilata Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən edilən aidiyyəti olan şəxs olduqda tərəflər arasında qiymətləndirmə haqqında müqavilə bağlana bilməz. 16.2. Qiymətləndiricinin qiymətləndirmə obyektinə dair qiymətləndirmə haqqında müqavilədən kənar öhdəlikləri və ya qiymətləndirmənin nəticələrinə görə maddi marağı, habelə qiymətləndirmə obyektinə dair əmlak mənafeyi olduqda onun qiymətləndirməni aparmasına yol verilmir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə maddi ziyan dəyməsi və hadisədə cavabdehin təqsirli olması, həmçinin baş vermiş sığorta hadisəsindən sonra "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 5000 manat sığorta ödənişi edilməsi işin mübahisəsiz halıdır. Odur ki, iddiaçı avtobusa dəymiş ziyan məbləğinin 5000 manatdan artıq hissəsinin cavabdehdən tələb edilməsində haqlı olmuşdur. İddiaçı MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtobusa dəyən ziyanın 7030 manat qiymətləndirildiyini, həmin məbləğdən 5000 manat "xxxx" ASC tərəfindən edilmiş sığorta ödənişi çıxıldıqdan sonra yerdə qalan 2030 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh isə dəymiş ziyanı ödəməkdən yayınmadığını, lakin, avtobusa dəyən ziyanın 7030 manat qiymətləndirilməsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası rəyinə əsasən avtobusa dəymiş ziyan (4035 manat ehtiyat hissələr + 1664 manat təmir xərci) 5699 manat qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan zərər aktı İddiaçı MMC-nin özü tərəfindən tərtib olunduğundan, yol nəqliyyat hadisəsi zamanı avtobusa dəymiş ziyanın məbləği həmin akta əsasən deyil, müstəqil ekspert rəyinə əsasən müəyyən edilməlidir. Odur ki, iddia qismən təmin edilərək, ekspert rəyi ilə müəyyən edilmiş 5699 manat ziyan məbləğindən 5000 manat "xxxx" ASC tərəfindən edilmiş sığorta ödənişi çıxıldıqdan sonra, yerdə qalan 699 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 699 manat məbləğində pul və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. 150 manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-1802/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1802/2025
15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver