Məhkəmə qərarları › İş №e-2(011)-1879/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1879/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1879/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbində göstərmişdir ki, Fərziyev Məhərrəm Balaxan oğluna İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 029A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Fərziyev Məhərrəm Balaxan oğlu aylıq faiz dərəcəsi 20833% оlmaqla, 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1400 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 0 manat ödəniş etmiş və оnun iddiaçıya 1400 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Fərziyev Məhərrəm Balaxan oğlu kredit və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 377 gün üçün hesablanmış faiz borcu 344.06 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 377 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 85.74 manat təşkil edir. Bundan başqa, Fərziyev Məhərrəm Balaxan oğluna İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 029A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Fərziyev Məhərrəm Balaxan oğlu aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18150 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 0 manat ödəniş etmiş və оnun iddiaçıya 18150 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Fərziyev Məhərrəm Balaxan oğlu kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 377 gün üçün hesablanmış faiz borcu 3737.07 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 377 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1111.5 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş cavabdeh Fərziyev Məhərrəm Balaxan oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 54 saylı məktuba əsasən məlum olmuşdur ki, mərhum Fərziyev Məhərrəm Balaxan oğlunun adına qeydiyyatda olan Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 35, 38 saylı mənzildən hal-hazırda mərhumun oğlu Cavabdeh istifadə edir. Belə ki, faktiki vərəsə- Cavabdeh qeyd olunan mənzildən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən o tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh mərhum Fərziyev Məhərrəm Balaxan oğlunun faktiki vərəsəsi hesab edilir. O cümlədən AR ƏN 6 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 3198/2024 saylı cavab məktubundan Fərziyev Məhərrəm Balaxan oğlundan miras qalmış əmlaka dair xx.xx.2023-cü il tarixində oğlu Cavabdeh ərizəsinə əsasən vərəsəlik işinin açıldığı qeyd edilmişdir. Göründüyü kimi, Fərziyev Məhərrəm Balaxan oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə və zaminlərinə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı QSC-nin xeyrinə - xx.xx.2023-cü il tarixli 029A********** saylı kredit müqaviləsi üzrə 1400 manat məbləğində kredit bоrcu, 344.06 manat məbləğində faiz bоrcu və 85.74 manat məbləğində cərimə olmaqla,cəmi 1829.80 manat, - xx.xx.2023-cü il tarixli 029A********** saylı kredit müqaviləsi üzrə 18150 manat məbləğində kredit bоrcu, 3737.07 manat məbləğində faiz bоrcu və 1111.5 manat məbləğində cərimə olmaqla, cəmi 22998.57 manat, ümumilikdə 24828 (iyirmi dörd min səkkiz yüz iyirmi səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 164.48 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırkı məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinın çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Fərziyev Məhərrəm Balaxan oğlu arasında bağlanmış 19 iyun 2023-cü il tarixli 029A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Fərziyev Məhərrəm Balaxan oğluna aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1400 manat məbləğində kredit verilmişdir. İş materialında olan AccessBank” QSC tərəfindən verilmiş 30 iyul 2024-cü tarixli arayışdan görünür ki, Fərziyev Məhərrəm Balaxan oğlunun 029A********** saylı, 19 iyun 2023-cü il tarixli İddiaçı QSC qarşısında 1400 manat əsas, 344,06 manat məbləğində faiz və 85,74 manat cərimə olmaqla, ümumilikdə 1829,80 manat borcu vardır. iş materiallarında olan İddiaçı QSC ilə Fərziyev Məhərrəm Balaxan oğlu arasında bağlanmış 19 iyun 2023-cü il tarixli 029A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Fərziyev Məhərrəm Balaxan oğluna aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18150 manat məbləğində kredit verilmişdir. İş materialında olan AccessBank” QSC tərəfindən verilmiş 30 iyul 2024-cü tarixli arayışdan görünür ki, Fərziyev Məhərrəm Balaxan oğlunun 029A********** saylı, 19 iyun 2023-cü il tarixli İddiaçı QSC qarşısında 18150 manat əsas, 3737,07 manat məbləğində faiz və 1111,5 manat cərimə olmaqla, ümumilikdə 22998,57 manat borcu vardır. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, 03 iyul 2023-cü il tarixdə vəfat etmiş – Fərziyev Məhərrəm Balaxan oğlundan miras qalmış əmlaka dair 30 oktyabr 2023cü il tarixdə oğlu – Cavabdeh ərizəsinə əsasən 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisində vərəsəlik işi açılmış, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşdə yalnız müraciət edən Cavabdeh ərizəsi mövcuddur. İş materiallarında olan Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 368573 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Fərziyev Məhərrəm Balaxan oğlu 03 iyul 2023-cü il tarixdə Salyan rayonunda vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli 54 saylı məktubdan görünür ki, mərhum X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil onun övladı Cavabdeh istifadəsindədir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 23 iyul 2024cü il tarixli məktubdan görünür ki, mərhum X3 adına olan Lənkəran rayonunun Tükəvilə kəndində yerləşən JN-194A nömrəli 2004-cü il tarixli 0,07 ha torpaq sahəsinin hal-hazırda faktiki olaraq qardaşı X6 istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, ev 6, 13 saylı mənzil 29 mart 2011-ci il tarixdə Fərziyev Məhərrəm Balaxan oğlunun adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 40 saylı DNK-nın 4Ə-2-233 reyestr nömrəli 30 avqust 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 35, 38 saylı mənzil 20 aprel 2012-ci il tarixdə Fərziyev Məhərrəm Balaxan oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda Fərziyev Məhərrəm Balaxan oğlunun adına ümumi birgə payda Lənkəran rayonu, Tükəvilə kəndində yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-194A nömrəli 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi verilmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh 30 oktyabr 2023-cü il tarixli **********367 nömrəli ərizənin surətindən görünür ki, 03 iyul 2023-cü ildə ünvan 2 ünvanında yaşamış atası – Fərziyev Məhərrəm Balaxan oğlu vəfat etmişdir. Mirasın tərkibi Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 35, mənzil 38, Lənkəran rayonu, Tükəvilə kəndi ünvanda yerləşən 0.86 ha torpaq sahəsi və ünvan 3 ha torpaq sahəsi ondan irs qalmış mirası qəbul etmişdir. Cavabdeh başqa X4, X5 vərəsələrdir. Mirasın tərkibinə daxil olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 35, mənzil 38, Lənkəran rayonu, Tükəvilə kəndi ünvanda yerləşən 0.86 ha torpaq sahəsi və ünvan 3 ha torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş X1 30 oktyabr 2023-cü il tarixli **********359 nömrəli ərizənin surətindən görünür ki, 03 iyul 2023-cü ildə ölmüş atası Fərziyev Məhərrəm Balaxan oğlundan irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş X2 30 oktyabr 2023-cü il tarixli **********354 nömrəli ərizənin surətindən görünür ki, 03 iyul 2023-cü ildə ölmüş atası Fərziyev Məhərrəm Balaxan oğlundan irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İş materiallarında olan İddiaçı QSC-nin cavabdehə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (Maddə 507) Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (1133.1.) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Maddə 1243.2.) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (Maddə 1243.3.) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (Maddə 1306.1.) Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən tələbin və etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü müvafiq olaraq iddiaçının və ya iddiaya etiraz edən cavabdehin üzərinə düşür. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir. Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Fərziyev Məhərrəm Balaxan oğlu kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı faktiki qəbul etmiş vərəsəsi olan oğlu Cavabdeh kreditor qarşısında öhdəliyini icra etməli olduğu üçün, İddiaçı QSC ilə Fərziyev Məhərrəm Balaxan oğlu arasında bağlanmış 19 iyun 2023-cü il tarixli 029A********** saylı kredit razılaşması üzrə 1400 manat əsas, 344,06 manat məbləğində faiz və 85,74 manat cərimə borcu və 19 iyun 2023-cü il tarixli 029A********** saylı kredit razılaşması üzrə 18150 manat əsas, 3737,07 manat məbləğində faiz borcu Cavabdeh oğlundan tutularaq, iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği 10%-dək azaldılaraq, cavabdehdən 19 iyun 2023-cü il tarixli 029A********** saylı kredit razılaşması üzrə kredit razılaşması üzrə 111 manat məbləğində dəbbə (cərimə) tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 19 iyun 2023-cü il tarixli 029A********** saylı kredit razılaşması üzrə 1400 manat əsas, 344,06 manat məbləğində faiz və 85,74 manat cərimə borcu və 19 iyun 2023-cü il tarixli 029A********** saylı kredit razılaşması üzrə 18150 manat əsas, 3737,07 manat məbləğində faiz və 111 manat cərimə borcu olmaqla, ümumilikdə 23827,87 manat pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 19 iyun 2023-cü il tarixli 029A********** saylı kredit razılaşması üzrə 1400 manat əsas, 344,06 manat məbləğində faiz və 85,74 manat cərimə borcu və 19 iyun 2023cü il tarixli 029A********** saylı kredit razılaşması üzrə 18150 manat əsas, 3737,07 manat məbləğində faiz və 111 manat cərimə borcu olmaqla, ümumilikdə 23827,87 manat pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 164,48 manat dövlət rüsumunun 96%, yəni 158 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 4 %, yəni 6,48 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar