Məhkəmə qərarları › İş №e-2(011)-1885/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1885/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1885/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********85289 olan “Honor X8” markalı telefon üçün 395,54 (üç yüz doxsan beş manat əlli dörd qəp) manat ödənilməmiş hissə, 39,46 (otuz doqquz manat qırx altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Hoffmann Led TV”, “Toshiba Led TV” markalı televizorlar üçün 205,6 (iki yüz beş manat altmış qəp) manat ödənilməmiş hissə, 20,4 (iyirmi manat qırx qəpik) manat cərimə, ümumilikdə 661 manat borc məbləği və 30 manat dövlət rüsumunun Cavabdeh oğlundan alınaraq İddiaçınə ödənməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, imei kodu **********85289 olan “Honor X8” markalı telefon, “Hoffmann Led TV”, “Toshiba Led TV” markalı televizorlar almış və nəticədə 661 (altı yüz altmış bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 887,04 (səkkiz yüz səksən yeddi manat dörd qəpik) manat (18 ay x 49.28 manat + 0 manat ilkin ödəniş), imei kodu **********85289 olan “Honor X8” markalı telefon üçün ümumilikdə 435 (dörd yüz otuz beş) manat olmaqla ondan, 395,54 (üç yüz doxsan beş manat əlli dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39,46 (otuz doqquz manat qırx altı qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.946,2 (bir min doqquz yüz qırx altı manat iyirmi) manat (18 ay x 98.4 manat + 175 manat ilkin ödəniş) olan “Hoffmann Led TV”, “Toshiba Led TV” markalı televizorlar üçün ümumilikdə 226 (iki yüz iyirmi altı) manat olmaqla ondan, 205,6 (iki yüz beş manat altmış qəp) manat ödənilməmiş hissə, güzəşt 20,4 (iyirmi manat qırx qəp) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.232,1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan “əşyaların təhvil-təslim akt”larından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh Qəmbər qızının (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 11981183 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Hoffmann Led TV” markalı və “Toshiba Led TV” markalı televizorlar, həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci və ikinci qrafalarda göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, ““Hoffmann Led TV” markalı və “Toshiba Led TV” markalı televizorlar xx.xx.2022-ci il tarixli 11981183 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 11981183 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 98,4 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 07822364 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Honor X8” markalı telefon, həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında dördüncü qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, Honor X8 markalı telefon xx.xx.2022-ci il tarixli 07822364 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 07822364 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə xx.xx.2022-xx.xx.2024-cü il tarixlərində hər ay 49,28 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 395,54 (üç yüz doxsan beş manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 39,46 (otuz doqquz manat qırx altı qəpik) manat cərimə, ümumilikdə 435 (dörd yüz otuz beş) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 205,6 (iki yüz beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 20,4 (iyirmi manat qırx qəpik) manat cərimə, ümumilikdə 226 (iki yüz iyirmi altı) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2022-ci tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə cərimənin ödənilməsi barədə iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 39,46 manat məbləğində deyil, 19,73 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20,4 manat məbləğində deyil, 10,2 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 395,54 (üç yüz doxsan beş manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 19,73 (on doqquz manat yetmiş üç qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 205,6 (iki yüz beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 10,2 (on manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi hər iki müqavilə üzrə 631,07 (altı yüz otuz bir manat yeddi qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar