Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-19/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC «Xalq» Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********25015/1 nömrəli Alqı-Satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.nı yardımçı sahədən ibarət 3 (üç) otaqlı 25 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 65.142,01 (altmış beş min bir yüz qırx iki ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində əsas borcu, 11.503,81 (on bir min beş yüz üç ABŞ dolları 81 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 226.82 (iki yüz iyirmi altı ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində cərimə faizləri üzrə borcun, cəmi 40.208,11 (qırx min iki yüz səkkiz ABŞ dolları 11 qəpik) ABŞ dolları və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 % (yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 420.68 (dörd yüz iyirmi manat 68 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilin alınması məqsədilə 300 ay müddətinə, illik 12% olmaqla, 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixdə Borc alanla İddiaçı arasında xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsinə 01 nömrəli Əlavə saziş bağlanmışdır. Həmin Sazişlə, Kredit müqaviləsi üzrə Sazişin imzalanması tarixinə Borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında 69.426.88 ABŞ dolları məbləğində əsas borcunun mövcud olması təsdiq edilmiş, Tərəflər kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 12%-dən 7%-ə endirilməsi barədə razılığa gəlmişlər. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 kredit vəsaiti hesabına əldə etdiyi mənzili xx.xx.2015-ci il tarixli **********25015/1 nömrəli Alqı-Satqı və İpoteka müqavləsi (həmin müqaviləyə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə saziş nəzərə alınmaqla), bundan sonra birlikdə “İpoteka müqaviləsi” adlandırılacaq)) üzrə Banka ipotekaya qoymuşdur. Bankın yuxarıda qeyd edilən mənzilə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə sazişə müvafiq olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və buna uyğun olaraq ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Kredit müqaviləsinin 1 nömrəli Əlavəsi olan Ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh1 Kreditor qarşısında gecikdirilmiş borcu 76.645,82 ABŞ dolları təşkil edir ki, bunun da 65.142,01 ABŞ dollarını vaxtı keçmiş əsas borc, 11.503,81 ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Bundan əlavə, Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2022-ci il tarixinə bu məbləğ 226.82 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak obyekti hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh1 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2018-ci il il tarixli 603 nömrəli bildiriş göndərilmiş və İddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün bu əmlakın 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2018-ci il tarixli 608 nömrəli Ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş və xx.xx.2018-ci il tarixli **********51 nömrəli cavab məktubu ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. İddiaçı tərəfindən Cavabdehə ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. ”Borcalan ilə yuxarıda qeyd olunmuş Kredit müqaviləsini bağlamaqla İddiaçı kreditdən istifadəyə görə həmin müqavilədə nəzərdə tutulmuş müddətdə və faiz dərəcəsi ilə hesablanan faizlər formasında gəlir əldə etməyi nəzərdə tutmuşdur. Lakin Borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması və bunun nəticəsində İddiaçının krediti vaxtından əvvəl tələb etməsi ilə əlaqədar olaraq İddiaçı ən azı borc alan tərəfindən həmin kreditin Banka faktiki qaytarılma tarixənədək olan dövr üçün kreditə hesablanan faizlər formasında gəlir əldə etmək imkanından məhrum olur. Kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin (xx.xx.2040-cı il) hələ də bitmədiyini və Konstitusiya məhkəməsinin qeyd olunmuş hüquqi mövqeyini nəzərə alaraq İddiaçı həmin dövr üçün əldə çıxmış faydanın hesablanmasında kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 7%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Bundan başqa yuxarıda qeyd etdiyi kimi Cavabdeh1 tərəfindən Kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit müqaviləsinin 7.2.-ci bəndinə əsasən illik 15 % dərəcəsi ilə dəbbə pulu ödənilməlidir. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin ”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tamicra olunması gününədək adi və cərimə faizlərinin hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən etibarən İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7% hesabı ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % hesabı ilə hesablanan penyanın faizlərinin ipoteka predmetinin dəyərindən İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə hazırkı iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə Kredit müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə yanaşı, fərdi yaşayış evinin satışından sonra həmin fərdi yaşayış evində yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində fərdi yaşayış evindən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğu göstərməlidir. İpoteka predmeti olan mənzildə Cavabdeh2 qeydiyyatda olması Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya sistemindən əldə edilmiş çıxarışla təsdiq olunur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli **********25015/1 nömrəli Alqı-Satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaıayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 (üç) otaqlı 25 nömrəli mənzilə tutma yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 65 142.01 (altmış beş min bir yüz qırx iki ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində əsas borcu, 11 503.81 (on bir min beş yüz üç ABŞ dolları 81 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 226.82 (iki yüz iyirmi altı ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində cərimə faizləri üzrə borc, cəmi 76 872.64 (yetmiş altı min səkkiz yüz yetmiş iki dollar 64 sent) ABŞ dolları və xx.xx.2022-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 % (yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli **********25015/1 nömrəli Alqı-Satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 (üç) otaqlı 25 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 65.142,01 (altmış beş min bir yüz qırx iki ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixinədək hesablanmış 15.263,70 (on beş min iki yüz altmış üç ABŞ dolları 70 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləği, 6.553,24 (altı min beş yüz əlli üç ABŞ dolları 24 sent) ABŞ dolları məbləğində cərimə faizləri üzrə borc, cəmi 86.958,95 (səksən altı min doqquz yüz əlli səkkiz ABŞ dolları 95 sent) ABŞ dolları və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 % (yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 437.83 (dörd yüz otuz yeddi manat 83 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli **********25015/1 nömrəli Alqı-Satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 65.142,01 ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2024-cü il tarixinədək hesablanmış 19.532,32 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləğinin, 15.700,26 ABŞ dolları məbləğində cərimə faizləri üzrə borcun, cəmi 100.374,59 ABŞ dolları və xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə 477.79 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəmə iclaısna gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, ASC “Xalq” Bankı ilə Cavabdeh1 arasında 30 oktyabr 2015-ci il tarixdə **********25015 saylı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən satış qiyməti 105.000 manat olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilin alınması məqsədilə cavabdehə 300 ay müddətinə, illik 12% olmaqla, 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 22 fevral 2017-ci il tarixdə Cavabdeh1 ilə bank arasında 30 oktyabr 2015-ci il tarixdə **********25015 saylı kredit müqaviləsinə 01 nömrəli Əlavə saziş bağlanmışdır. Sazişin şərtlərinə əsasən, kredit müqaviləsi üzrə Sazişin imzalanması tarixinə borc alanın kredit müqaviləsi üzrə bank qarşısında 69.426.88 ABŞ dolları məbləğində əsas borcunun mövcud olması təsdiq edilmiş, kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 12%-dən 7%-ə endirilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 kredit vəsaiti hesabına əldə etdiyi mənzili banka ipotekaya qoymuşdur. ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 23 dekabar 2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 22 fevral 2017-ci il tarixli 01 nömrəli Əlavə sazişə müvafiq olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və buna uyğun olaraq ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28 fevral 2017-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Cavabdeh tərəfindən öhdəlik tam və vaxtında icra olunmamış, bank tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilin bazar qiymətinə uyğun olaraq satış məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsində yerləşən 44A nömrəli evin 25 nömrəli mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 108.000 manat, likvid dəyəri isə təqribən 103.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı banka olan əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materialalrında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış 30 oktyabr 2015ci il tarixli **********25015 saylı kredit müqaviləsi və 22 fevral 2017-ci il tarixli əlavə sazişə əsasən verilmiş kredit üzrə Cavabdeh1 ASC “Xalq” Bankına olan əsas borcu 65.198,62 ABŞ dolları, faiz borcu 14.552,60 ABŞ dolları təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: 27.3-cü madddəsinə əsasən, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ASC “Xalq” Bankı ilə arasında bağlanmış kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borcun tutulmasına münasibətdə qeyd edir ki, ekspert rəyində tələb edilən vəsaitin 65.198,62 ABŞ dolları olması göstərilsə də məhkəmə iddiaya tələbin həcmində baxmalı olduğundan və iddiaçı da 65.142,01 ABŞ dolları tələb etdiyindən, iddia tələbinin əsas borca münasibətdə əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin cavabdehlərdən kredit müqaviləsi üzrə 15.700,26 ABŞ dolları cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında əks olunmuş mövqeyə əsasən, kreditor müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirdiyi andan sonra tərəflər arasında mövcud olan müqavilə ləğv olunmuş sayılır. Həmçinin, o da qeyd olunmalıdır ki, məhkəmə təcrübəsində artıq formalaşmış yanaşmaya əsasən öhdəliyin pozulmasına görə kredit müqaviləsi üzrə bütün borcu cavabdehdən tələb etməsi bankın müqavilədən birtərəfli imtinası kimi qəbul edilir və müqavilənin ləğv olunması barədə ayrıca tələbin irəli sürülməsi zəruri hesab edilmir. Hazırkı iş üzrə cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə iddiaçı olan bank ona ilk olaraq pretenziya ünvanlamış, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə məhz istinad olunan vaxtı tərəflər arasında kredit müqaviləsinin ləğv edilməsi anı kimi qiymətləndirir və yuxarıda adı çəkilən Plenum Qərarında formalaşdırılmış hüquqi yanaşmaya istinad edərək qeyd edir ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində ləğvetməyə qədər olan öhdəliklər qüvvədə qalır, sonrakı öhdəliklər qüvvədən düşür. Belə olan halda məhkəmə tələb edilən faiz məbləğini məhkəməyə müraciət edilərkən tələb edilən faiz həcmində tutulmasını ağlabatan hesab edir. İddia ərizəsinin ilkin tərtib olunmuş məzmunundan bu məbləğin 11.503,81 ABŞ dolları olduğu müəyyən edilir. Odur ki, tələb edilən faiz məbləği də bu həddə tutulmalıdır. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq müəyyən edilmiş 15.700,26 ABŞ dolları cərimənin 1.100 ABŞ dolları məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissələrdə qeyri-müəyyən olduğundan, təmin edilə bilməz. Məhkəmə iddia tələbinin xx.xx.2015-ci il tarixli **********25015/1 nömrəli Alqı-Satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutmanın yönəldilməsi və əmlakın açıq hərracda satılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsində yerləşən 44A nömrəli evin 25 nömrəli mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 108.000 manat, likvid dəyəri isə təqribən 103.000 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə ekspert tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan bildirişdən görünür ki, ipoteka predmetinin qeydiyyata alınması ilə bağlı iddiaçı 30 manat (10+20) rüsum ödəmişdir. Məhkəmə iddia tələbinin mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, eyni zamanda oturuşmuş məhkəmə praktikasına əsasən ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə həmin əmlak bir ay ərzində boşaldılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsi üzrə 65.142,01 ABŞ dolları əsas, 11.503,81 ABŞ dolları faiz borcu, 1.100 ABŞ dolları cərimə borcu (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə) və bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməli, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutma yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, borc mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməli, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilin ilkin satış qiyməti 103.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvləri çıxarılmaqla həmin mənzil boşaldılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 477.79 manat dövlət rüsumu ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq cavabdehdən 367.89 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, qalan 109.90 manatı iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspert tədqiqatlarının dəyəri 100 manat və 100 manat təşkil edir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçıdan 46 manat, cavabdehdən 154 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsi üzrə 65.142,01 (altmış beş min yüz qırx iki dollar bir sent) ABŞ dolları əsas, 11.503,81 (on bir min beş yüz üç manat səksən bir sent) ABŞ dolları faiz borcu, 1.100 (bir min yüz) ABŞ dolları cərimə borcu (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə), bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat və 367.89 (üç yüz altmış yeddi manat səksən doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilsin. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutma yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın. Borc mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilsin və ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilin ilkin satış qiyməti 103.000 (bir yüz üç min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 19-cu dağlıq küçəsində 5 mərtəbəli 44A nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvləri çıxarılmaqla həmin mənzil boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı ASC “Xalq” Bankı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manatı onun özünə aid edilsin. İddiaçı ASC “Xalq” Bankından 46 (qırx altı) manat, Cavabdeh1 154 (bir yüz əlli dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-19/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-19/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver