Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1908/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən imei kodu **********32404 olan “X1 11” markalı telefon, “AİWA” markalı qulaqlıq, “Huawei Watch GT 3” markalı qol saatı üçün 403,56 (dörd yüz üç manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 40,44 (qırx manat qırx dörd qəpik) manat cərimə, ümumilikdə 444 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən imei kodu **********32404 olan “X1 11” markalı telefon, “AİWA” markalı qulaqlıq, “Huawei Watch GT 3” markalı qol saatı almış və nəticədə 444 (dörd yüz qırx dörd) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1.593,16 (bir min beş yüz doxsan üç manat on altı qəpik) manat (yəni 18 ay x 80,92 manat + 136,6 manat ilkin ödəniş) olan imei kodu **********32404 olan “X1 11” markalı telefon, “AİWA” markalı qulaqlıq, “Huawei Watch GT 3” markalı qol saatı üçün ümumilikdə 444 (dörd yüz qırx dörd) manat olmaqla ondan, 403,56 (dörd yüz üç manat əlli altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40,44 (qırx manat qırx dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 1.189,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “əşyaların təhvil-təslim aktı”ndan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçıya İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 04031833 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Huawei Watch GT 3” markalı qol saatı, “AİWA AT-X80V pink” markalı qulaqlıq və “X1 11” markalı telefon həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Huawei Watch GT 3” markalı qol saatı, “AİWA AT-X80V pink” markalı qulaqlıq və “X1 11” markalı telefon xx.xx.2022-ci il tarixli, 04031833 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 04031833 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 80,92 (səksən manat doxsan iki qəpik) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 403,56 (dörd yüz üç manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 40,44 (qırx manat qırx dörd qəpik) manat cərimə, ümumilikdə 444 (dörd yüz qırx dörd) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barədə hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 479.9.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 40,44 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 403,56 (dörd yüz üç manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 423,56 (dörd yüz iyirmi üç manat əlli altı qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-1908/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1908/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver