Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-192/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh Məhkəmə Ekspertiza Mərkəzinin X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 42 ay müddətinə, illik 19% olmaqla 20000 manat məbləğində kredit vermişdir.
2. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.
İddiaçının tələbi:
3. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17890,41 manat məbləğində əsas borcun, 2622,03 manat məbləğində faiz borcunun, 159,62 manat məbləğində cərimə borcunun, cəmi 20672,06 manat borcun və 153 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
4. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə ekspertiza təyin edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 öz izahatında bildirmişdir ki, Ekspert rəyi ilə razı deyil, cədvəldə 3 hesab göstərilmişdir. Həm faiz hissəsində, həm də əsas borcda ekspert azalma qeyd etmişdir. Cəriməni isə ümumiyyətlə nəzərə almamışdır. Hazırda 494 manat 93 qəpik cərmə borcu qalmışdır. Hesabdan çıxarışda da bu görünməkdədir. 14 noyabr 2023-cü ildə borclu 500 manat ödənil etmiş, onun 5 manatı faiz borcuna 494,93 manatı isə cərimə borcuna çıxılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında rəyin nəzərə alınmamasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında ekspertiza rəyində 3 tarix üçün fərqli borc məbləğləri yazıldığını bildirmişdir. O, qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixinədək hesablanan əsas borc və faiz borcu ilə razı deyildir. Həmçinin o, bankla müqavilə bağlayan zaman bankda kompaniya olduğunu və kreditin 12% ilə verildiyini, lakin ona 19%-lə verildiyini bildirmişdir. Məhkəmədən əsas və faiz borcunun məhkəməyə müraciət edilən müddətədək hesablanmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Məhkəmə Ekspertiza Mərkəzinin X2 öz izahatında bildirmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən, şəxsin borcunun silinməsi zamanı ilk öncə onun xərcləri, bura vergi borcları və.s aiddir. Daha sonra faiz borcları, əsas borcu və sonda isə cərimə borcları silinməlidir. Yəni şəxsin cərimə borcları xərclərə daxil deyildir. Hazırki iş üzrə şəxsin kifayət qədər yüksək faiz borcu və əsas borcu vardır. Cərimə borcunun müəyyən edilməsi isə məhkəmənin səlahiyyətindədir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. 30 yanvar 2023-cü il tarixli CC/95127/89/10 №-li Kredit sazişinə əsasən, 42 ay müddətinə, illik 19 % dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir.
9. 30 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavə ödəniş cədvəlinə əsasən, kredit 42 ay müddətinə, aylıq 655,57 manat olmaqla müəyyən edilmişdir.
10. 30 yanvar 2023-cü il tarixli məxaic orderinə əsasən, Cavabdeh İddiaçı ASC tərəfindən 20000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
11. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 17890,41 manat əsas, 2622,03 manat faiz və 159,62 manat məbləğində cərimə borcu vardır.
12. İddiaçı ASC tərəfindən verilmiş Cavabdeh adına xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış.
13. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişə (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, müqaviləyə əsasən Cavabdeh banka 17890,41 manat əsas, 2234,58 manat faiz və 159,62 manat məbləğində cərimə borcu vardır. Kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilir və kredit borcunun dərhal ödənilməsi tələb edilmişdir. Əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq, borcdan əlavə məhkəmə və icra xərclərinin də tutulacağı barədə xəbərdarlıq edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/7802/2024 №-li ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, CC/95127/89/10 nömrəli kredit sazişləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2024-cü il tarixədək, əsas borc üzrə 17884,63 manat, faiz borcu üzrə 2161,83 manat müəyyən edilmişdir.
15. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.1. Ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, bu Məcəllənin 172.1.1ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərir. Bu Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə verilir 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2).
20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/7802/2024 №-li ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023cü il tarixli, CC/95127/89/10 nömrəli kredit sazişləri əsas götürülməklə Cavabdeh banka olan borcu xx.xx.2024-cü il tarixədək olan müddət üçün əsas borc üzrə 17884,63 manat, faiz borcu üzrə 2161,83 manat müəyyən edilmişdir. (§14) Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi əsas borc və faiz borcunun ekspertiza rəyinə müvafiq olaraq azaldılaraq, əsas borc üzrə 17884,63 manat, faiz borcu üzrə 2161,83 manat müəyyən edilməsi məqsədəmüvafiqdir.
21. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə 17884,63 manat, faiz üzrə 2161,83 manat, cərimə üzrə 159,62 manat olmaqla, ümumilikdə 20206,08 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq azaldılaraq 150,62 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının üzrə 100 manat ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh əsas məbləğ üzrə 17884,63 manat, faiz üzrə 2161,83 manat, cərimə üzrə 159,62 manat olmaqla, ümumilikdə 20206,08 (iyirmi min iki yüz altı manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 150,62 (yüz əlli manat altmış iki qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tərəfindən X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova